Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 104.423 məqalə mövcuddur.

Cscr-featured.svg Həftənin seçilmiş məqaləsi

N.Tesla.JPG
Nikola Tesla — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektrikimaşın mühəndisi, ixtiraçısı.

Tesla 1884-cü ildə ABŞ-ın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O, tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb. Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O, bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.

(Davamı...)

Artículo bueno.svg Həftənin yaxşı məqaləsi

Ziya Bünyadov-1.jpg
Ziya Bünyadov — şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi.

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qukasova idi.

Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi.

Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyükü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi.

(Davamı...)

Bilirsinizmi...

Vikipediya məqalələrindən
Mübariz İbrahimov.jpg

Günün seçilmiş şəkli

Jänese raudteesild.JPG

Estoniya dəmiryollarına aid GE C36-7 teplovozu Yaneze körpüsü ilə Emayıgi çayı üzərindən keçir

 

Emoji u1f4f0.svg Xəbərlər

Boeing 737


Son ölümlər: Zaha Hadid, Tofiq İsmayılov, Yohan Kroyff, Maqsud İbrahimbəyov, Fikrət Əliyev, Arif Qasımov, İlhamə Quliyeva, Zahid Quliyev, Butros Butros Qali, Gülrux Əlibəyli

Tarixdə bu gün

Bu gün — 12 aprel 12 aprel: "Nant" futbol klubunun yaranması, Kosmosda ilk insan
Yuri Qaqarin

Digər günlər: 11 aprel12 aprel13 aprel

Feat lists.png Seçilmiş siyahı

Stamps of Azerbaijan, 2013-1070.jpg
Azərbaycandilli televiziya kanallarının siyahısı — Dünyada ilk azərbaycandilli televiziya kanalı 14 fevral 1956-cı ildə Azərbaycan SSRin Bakı şəhərində Azərbaycan Televiziyasının yaradılması ilə yaranmışdır. 1963-cü ildə Naxçıvan şəhərində Naxçıvan Televiziyasının yaradılması ilə dünyada ilk azərbaycandilli regional televiziya kanalı yaranmışdır. 9 mart 1991-ci ildə Vahid Mustafayev, Seyfulla MustafayevMirşahin Ağayev tərəfindən Azerbaijan News Service Televiziyasının (ANS TV) yaradılması ilə dünyada ilk azərbaycandilli özəl televiziya kanalı, SSRİdə isə ilk özəl televiziya kanalı yaranmışdır. 1992-ci ildə İranda İran İslam Respublikası Teleradio Təşkilatının Sərhədaşırı Bölməsinin nəzdində fəaliyyət göstərən Sahar Televiziyasının azərbaycanca xidmətinin fəaliyyətə başlaması ilə dünyada ilk Azərbaycandan xaricdə fəaliyyət göstərən azərbaycandilli televiziya kanalı yaranmışdır. 5 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin 794 saylı fərmanı ilə televiziyaradio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradılmışdır.

(Davamı...)

Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə