Azərbaycan dili

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Azərbaycan dili
Orijinal adı: Azərbaycan dili (Azərbaycanda), آذربايجان ديلی, Azərbaycan türkcəsi, Türk azərbaycanca(İranda), Азәрбајҹан дили (Rusiyada)
Ölkələr: Azərbaycan, İran, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya, ABŞ, İraq, Türkiyə, Suriya, Qazaxıstan, Böyük Britaniya[1][2]
Regionlar: Flag of Iran.svg İranda: Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Qum ostanlarında; qismən Mərkəzi, Gilan, Kürdüstan; MazandaranRəzavi Xorasan ostanlarında; Tehran, Kərəc, Məşhəd şəhərlərində.
Flag of Georgia.svg Gürcüstanda: Marneuli, Bolnisi, Dmanisi, Qardabani; yığcam halda Saqareco, Kaspi, Mtsxeta, Salka, Laqodexi, Kareli, Tetri-Skaro, Qori, Telavi; eləcə də Tbilisi, Rustavi, Dedoplis-Skaro şəhərlərində.
Flag of Russia.svg Rusiyada: yığcam halda Dağıstanda (Dərbənd, Tabasaran, Rutul, Qızılyar rayonlarında); eləcə də Rusiyanın bir çox digər şəhərlərində.
Flag of Turkey.svg Türkiyədə: kompakt halda Qars, İqdır, Ərzurum illərində; eləcə də Türkiyənin bir çox digər şəhərlərində.
Flag of Iraq.svg İraqda: türkmanların dili
Rəsmi status:

Flag of Azerbaijan.svg Azərbaycan
Flag of Russia.svg Rusiya

Danışanların ümumi sayı: 45-50 milyon[3][4][5][6][7][8]
Reytinq: 30
Təsnifatı
Kateqoriya: Avrasiya dilləri
Altay dilləri
Türk dilləri
Oğuz dilləri
Yazı: latın əlifbası (Azərbaycanda)
kiril əlifbası (Dağıstanda)
ərəb əlifbası (İranda)
Dil kodları
QOST 7.75–97: азе 025
ISO 639-1: az
ISO 639-2: aze
ISO 639-3: aze, azj, azb, qxq, slq
Bax: Layihə:Dilçilik

Azərbaycan dili[9][10] (Azərbaycanca, Azərbaycan türkcəsi) — Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının[11] rəsmi dövlət dilidir. Türk dillərinin cənub-qərb qrupuna daxildir.

Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində geniş istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

  1. Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
  2. Qərb dialekti — Qazax, Qarabağ, Gəncə dialektləri
  3. Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
  4. Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri [12]

Azərbaycan dili genealoji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Azərbaycan dili türk, türkmənqaqauz dilləri ilə yanaşı türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir.

Qısa tarixi[redaktə | əsas redaktə]

İranın şimalında Azərbaycan dilinin ləhcələri

Eyni zamanda yazı dili də olan Azərbaycan Türkcəsi, yazı dili ənənəsinə sahib olma baxımından Türkiyə Türkçesiyle dərhal dərhal paraleldir. Türkmən Türkcəsi və Gagavuz Türkcəsinin nisbətən daha gec yazı dili olmasına baxmayaraq Azerbaycan Türkçesi köklü bir yazı dili ənənəsinə malikdir.[13]

Azərbaycan türkcəsinin yaranması[redaktə | əsas redaktə]

Azərbaycan dilinin və xalqının təşəkkülü III–VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdir.[14] XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər farsərəb dilləri ilə yanaşı bu dildə də əsərlər yazırdılar.[15] N.Cəfərov "Azərbaycan türkcəsinin milliləşməsi tarixi" əsərində "XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı türkidən də istifadə olunduğunu" göstərir.[16]

Səfəvilər dövlətində Azərbaycan türkcəsi sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət dili idi[17] [18]. Rus alimi V.V.Bartold 1912-ci ildə yazırdı: "...xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı."[19]

Azərbaycan dilinin iki dövrü haqqında[redaktə | əsas redaktə]

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII (13-cü) əsrdən XVIII (18-ci) əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII (18-ci) əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsi (əski əlifba ilə)

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük. [20]

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir. Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

  1. ədəbi dilin təşəkkül mərhələsi XIII-XIV (13-14-cü) əsrlər
  2. klassik şeir dili mərhələsi XV-XVII (15-17-ci) əsrlər

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

  1. ədəbi dilin xəlqiləşməsi mərhələsi XVIII (18-ci) əsr,
  2. milli dilin yaranması və inkişafı mərhələsi XIX-XX (19-20-ci) əsrin əvvəli,
  3. müasir mərhələ XX (20-ci) əsrin 1-ci rübündən sonra).

Azərbaycan türkcəsinin rəsmi adı[redaktə | əsas redaktə]

Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət "türki", "türk dili", "Azərbaycan türkcəsi", bəzən isə "tatar dili", "Qafqaz tatarlarının dili" (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır[21]

1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.

1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.

1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: "Azərbaycanın dövlət dili Azərbaycan dilidir…"[22]

Dövlət dilinə həsr edilmiş bütün iclaslarda demokratik şərait yaradıldığından müxtəlif fikirlər özünü göstərir:

  • Azərbaycan dilidir;
  • Türk dilidir;
  • Azərbaycan türk dilidir;
  • Azərbaycan türkcəsidir;
  • Türk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir.

Prezident Heydər Əliyevin çıxışından: "Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var... Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm"[23]

Yenə həmin iclasda dövlət başçısı qeyd edir: "… taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyiblәr Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı – "russko-tatarskaya şkola"… Mən bununla sa­dəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz "Azərbaycan dili", "azərbaycanlı" deyirik. İndi bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək".

Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədirlər. Buna səbəb isə:

  • iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi – Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir;
  • Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və s.) "Azərbaycan dili"nin "türk dili" adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək "xırda millətçilik" hisslərini qızışdırırlar;
  • "Azərbaycan dili" adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.[24]

Fonetik xüsusiyyətləri[redaktə | əsas redaktə]

Fonetik xüsusiyyətinə görə "ə" foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz ("işıq", "ildırım" kimi "i" saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilinin fonem tərkibində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) sait var. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.

Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma /ɑlˈmɑ/ (meyvə)– alma /ˈɑlmɑ/ (almaq).

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Danışıq dili[redaktə | əsas redaktə]

Danışıq dili yazılış dilindən bəzi hallarda fərqlənə bilər, məsələn:

  • dəqiqə-dəyqə
  • səhifə-səyfə
  • sillə-şillə
  • şer-şeir
  • inək-inəy
  • və s.

Sintaktik xüsusiyyətləri[redaktə | əsas redaktə]

Ana dili abidəsi (Naxçıvan)

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.

Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.

Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.

Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.

Əlifbası[redaktə | əsas redaktə]

Azərbaycan türkcəsi – Ərəb əlifbası ilə yazılmış şeir kitabı (Mirzə Məhəmməd Tağı Qumri 1819-1891)

Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkçəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuqosmanlı türkləri X (10-cu) əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuş və bu əlifba ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX (20) əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.

1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929-1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939-1991-ci illərdə isə kiril əlifbasından istifadə olunub. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından istifadə edirlər.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.[25]

Ərəb qrafikalı Azərbaycan əlifbası
پ چ
ژ
گ هـ ی
Azərbaycan dilində Latın və Ərəb əlifbalarının qarşılıqları ·
Hərəkə · hamza ء
Rəqəmlər

Azərbaycan dilində əlifba dəyişikləri və qarşılıqları[redaktə | əsas redaktə]

Ərəb
Cənubi Azərbaycanda (1929-cu ilə qədər həm də Şimali Azərbaycanda)
Latın
(1929–1939)
Şimali Azərbaycanda
Kiril
(1939–1991)
Şimali Azərbaycanda
Latın
(1992-h.h.)
Şimali Azərbaycanda
ا,آ A a А а A a
B b Б б B b
C c Ҹ ҹ C c
چ Ç ç Ч ч Ç ç
D d Д д D d
  E e Е е E e
,(کسره) Ə ə Ә ә Ə ə
F f Ф ф F f
گ G g Ҝ ҝ G g
Ƣ ƣ Ғ ғ Ğ ğ
, H h Һ һ H h
X x Х х X x
  Ь ь Ы ы I ı
ی I i И и İ i
ژ Ƶ ƶ Ж ж J j
K k К к K k
Q q Г г Q q
L l Л л L l
M m М м M m
N n Н н N n
O o О о O o
  Ɵ ɵ Ө ө Ö ö
پ P p П п P p
R r Р р R r
,, S s С с S s
Ş ş Ш ш Ş ş
, T t Т т T t
U u У у U u
Y y Ү ү Ü ü
V v В в V v
ی J j Ј ј Y y
,,, Z z З з Z z

Ərəb qrafikalı Azərbaycan əlifbası[redaktə | əsas redaktə]

Cənubi Azərbaycanda işlənən ərəb alifbası fars dilindən və Osmanlı türkcəsindən təsirlənib. Bu əlifba ərəb dilinə uyğun olsa da, Türk dil ailəsinə mənsub olan Azərbaycan dilinə səslərin çoxluğuna görə asas formada əlverişli deyil. Bu əlifbanın bərpası uğrunda müasir əsrimizdə bir neçə addım atılsada bu çalışmalar xalq içində yayılmayıbdır. Cənubi Azərbaycanda əhali fars dilində təhsil almağa məcbur olduqları üçün ərəb və fars sözlərilə orijinal diktə ilə tanışdırlar.

Hazırda İranda Azərbaycan türkəsi üçün işlədilən ərəb əlifbası ilə bağlı vəziyyət çox qarışıqdır. Cənubi Azərbaycan ziyalılarının latın əlifbasının daha münasib olduğunu qəbul etmələrinə baxmayaraq bu əlifbanın tətbiqinə dövlət tərəfindən qadağa və məhdudiyyətlər qoyulub. İranda Azərbaycan türkcəsində kitab və qəzetlər yalnız ərəb əlifbası ilə işıq üzü görür.

Ərəb əlifbasını bərpa etmə təşəbüslərinin biri Türk Dil Ortoqrafiya Seminarı tərəfindən həyata keçirilib. Bu seminar Doktor Cavad Heyətin başçılığıyla 2001-ci ilin oktyabrında Tehranda keçirilmişdir. Ərəb əlifbasında yazılan Azərbaycan türkcəsinin imlasında (yazılmasında) birlik yaratmaq Seminarın baş hədəfi seçilmişdir. Türk Dili Yazı Quralları ترک دیلی یازی قورالاری adlı qərarlar seminarın sonunda qəbul olunmuşdur.

Ərəb əlifbasında bəzi hərflərin forması kəlmə arasında harada gəlməsindən asılıdır. Bu hərflər kəlmə başında, sonunda və ortasındə dəyişir.

Aşağıdakı cədvəl, Ərəb əlifbası tərtibi ilə düzülüb və Latın əlifbasında yaxın olan qarşılıqları göstərir.

Azərbaycan dilində Ərəb və Latın əlifba qarşılıqları
Təkdə Əvvəldə Ortada Sonda Adı Latın Misal (latın) Misal (ərəb) Misal (farsca)
آ / ا əlif a / ə / o / ’ آچ
ﺒـ be b baba بابا
پ ﭙـ پ pe p papaq پاپاق
ﺘـ te t Tat تات
ﺜـ se s saniyə ثانیه
ﺠـ jim j cib جیب
چ چـ ـچـ ـچ che ch çap چاپ
ﺤـ he h hal حال
ﺨـ xe x xal خال
ﺪـ dal d dil دیل
ﺬـ zal z Azərbaycan آذربایجان / آزربایجان
ﺮـ re r rəng رنگ
ﺰـ ze z zor زور
ژ ـژ zhe zh Jalə ژاله
ﺴـ ـﺲ sin s sal سال
ﺸـ ـﺶ şin ş şirin شیرین
ﺼـ ـﺺ sād s Səməd صمد
ﺿ ﻀـ ـﺾ zād z zərər ضرر
ﻄـ ـﻂ t təbil طبیل
ﻈـ ـﻆ z zahir ظاهیر/ ظاهر
ﻌـ ـﻊ əyn ə / ‘ əməl عمل
ﻐـ ـﻎ ğeyn ğ bağ باغ
ﻔـ ـﻒ fe f fil فیل
ﻘـ ـﻖ qaf q qələm قلم
ک ﮑـ ـﮏ kaf k kitab کیتاب / کتاب
گ ﮕـ ـﮓ gaf g gül گل/گول
ﻠـ ـﻞ lam l lalə لاله
ﻤـ ـم mim m mən من
ﻨـ ـﻦ nun n naz ناز
و ﻮـ vav v / o vilayət ولایت / ویلایت
ha h , ə hava , dədə هاوا , دده
ﻴـ ye y , i yaz یاز
- ئـ ـئـ - həmzə ı , e beş بئش

Bu hərflər özlərindən sonra heç bir hərfə vəsl olmazlar: آ،ا،د،ذ،ر،ز،ژ

Latın qrafikalı Azərbaycan əlifbası[redaktə | əsas redaktə]

Azərbaycan dilində Latın və Ərəb əlifba qarşılıqları
Latın Ərəb Təkcə Ərəb Başda Ərəb Ortada Ərəb Sonda Misal (latın) Misal (ərəb) Misal (farsca)
Aa آ / ا آ / ا al آل آزاد
Bb ﺒـ baş باش بنده
Cc ﺠـ can جان
Çç چ چـ ـچـ ـچ çal چال چونکه
Dd د د د د diş دیش دوست
Ee ائ ائـ ئـ ئ sel
el
ev
سئل
ائل
ائو
Əə ع / ا عـ/ ـَ ـه / ه əl
sələ
əmi
اَل
سَله
عمی
Ff ف فـ ـفـ ف fil فیل
Gg گ گـ گـ گ göz گوز گل
Ğğ غ غـ غـ غ Ağır آغئر زغال، غوک
Hh ه / ح هـ / حـ هـ / حـ ـه / ح/ ه hərbə حربه هزار
ای /اێ ای /اێ ئـ/ێ ی/ێ mıx میخ / مێخ
İi ای ایـ یـ ی diz دیز
Jj ژ ژ ژ ژ Jalə ژاله
Kk ک کـ کـ ک Kitab کیتاب
Ll ل لـ لـ لـ lülə لوله
Mm م مـ مـ م muqam موقام
Nn ن نـ نـ نـ Nina نینا
Oo اوْ/او اوْ/او وْ/ و و/وْ Dolu دولو / دوْلو
Öö او / اؤ او / اؤ و/ؤ و/ؤ söz , özüm سوز / سؤز , اوزوم / اؤزوم
Pp پ پـ پـ پ pul پول
Qq ق قـ قـ ق qaşıq قاشیق
Rr ر ر ر ر radar رادار
Ss ث/س/ص ثـ/سـ/صـ ثـ/سـ/صـ ث/س/ص müsəlləs
səggiz
səhifə
صحیفه
سگگیز
مثلّث / موثللث
Tt ت/ط تـ/ط تـ/ط ت/ط tut
təbil
توت
طبیل
Uu او/اۇ او/اۇ و/ۇ و/ۇ uzun
quzu
اوزون / اۇزون
قوزو / قۇزۇ
Üü او/اۆ او/اۆ و/ۆ و/ۆ üzüm
düz
اوزوم / اۆزۆم
دوز / دۆز
Vv و و و و vahid واحید
Xx خ خـ خـ خ xahiş خاهیش


Yy ی یـ یـ ی yay یای
Zz ز/ض/ظ ز/ذ/ضـ/ظ ز/ذ/ضـ/ظ ز/ذ/ض/ظ zor
nəzir
zamin
münəzzəm

نذیر
ضامین
منظّم / مونظظم
زور

Yuxarıdakı cədvəldə səsli hərflərin həqiqi qarşılıqları Ərəb əlifbasında olmamağı aydınlıqla göstərilir.

Azərbaycan dilinin söz ehtiyatı[redaktə | əsas redaktə]

2004-cü ildə çap edilmiş Azərbaycan dilinin orfoqrafiya lüğətində təqribən 70, yeni çap edilən son orfoqrafiya lüğətində isə 105 min söz vardır[26].

Azərbaycan dilinin öyrənilməsi[redaktə | əsas redaktə]

  • Argentinanın La Plata Milli Universitetinin nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunun Avraziya fakültəsində azərbaycanşünaslıq fakültəsi fəaliyyət göstərir[27].
  • Mərakeşdə Rabatdakı V Məhəmməd Universitetinin nəzdində Azərbaycan dili kursları fəaliyyət göstərəcək. Bu ərəb ölkələrində açılmış ilk belə bölmədir [28].
  • Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviriliyinin təşəbbüsü ilə Rus pravoslav kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsinə başlayıb. Bakı şəhərinin bir neçə kilsəsində həftədə iki dəfə Azərbaycan dili dərsi keçiləcək. Kilsə əməkdaşlarının da qatıldığı bir neçə bölmədə fəaliyyət göstərəcək ödənişsiz kurslara ilkin mərhələdə 60-dan çox dinləyici yazılıb. Xüsusi müsabiqə yolu ilə ali və orta məktəblərin rus bölmələrindən seçilən müəllimlərin əmək haqları Bilik Fondu tərəfindən ödəniləcək.
Yeparxiya belə kursların Azərbaycanın digər bölgələrində - Gəncədə, Xaçmazda, Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də açılmasını təklif edib[29].

İstinadlar[redaktə | əsas redaktə]

  1. Н. Г. Волкова (Наталья Георгиевна Волкова — одна из ведущих советских этнографов-кавказоведов, признанный ученый в области этнической истории народов Кавказа, автор нескольких монографических исследований по этническому составу населения Северного Кавказа, по кавказской этнонимике) Кавказский Этнографический Сборник, Статья: Этнические процессы в Закавказье в XIX—XX вв. — IV. — СССР, Институт Этнографии им. М.Маклая, АН СССР, Москва: Наука, 1969. — С. 10. — 199 с. — 1700 экз. — ISBN 2131 Т11272
  2. http://monderusse.revues.org/docannexe4079.html стр.188, Арсений Саппаров, International Relations Department, London School of Economics, Houghton Street, London WC2A 2AE, A.Saparov@lse.ac.uk — According to this plan some 100,000 people had to be «voluntarily» resettled. The emigration occurred in three stages: 10,000 people were resettled in 1948, another 40,000 in 1949, and 50,000 in 1950.29
  3. "Peoples of Iran" in Looklex Encyclopedia of the Orient. Retrieved on 22 January 2009.
  4. http://www.terrorfreetomorrow.org/upimagestft/TFT%20Iran%20Survey%20Report%200609.pdf
  5. "Iran: People", CIA: The World Factbook: 24% of Iran's total population. Retrieved on 22 January 2009.
  6. G. Riaux, "The Formative Years of Azerbaijan Nationalism in Post-Revolutionary Iran", Central Asian Survey, 27(1): 45-58, March 2008: 12-20%of Iran's total population (p. 46). Retrieved on 22 January 2009.
  7. "Iran", Amnesty International report on Iran and Azerbaijan people. Retrieved 30 July 2006.
  8. Ethnologue total for South Azerbaijani plus Ethnologue total for North Azerbaijani
  9. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu. Normativ hüquqi aktların vahid internet elektron bazası
  10. Azərbaycan dili
  11. Dağıstan Respublikasının Konstitusiyasına görə rus dili və Dağıstan xalqlarının hər birinin dili respublikanın dövlət dilidir. Yazısı olan 14 dil, o cümlədən Azərbaycan dili dövlət dili kimi istifadə olunur.
  12. Azərbaycan dili tarixi
  13. Erdem,KONUR,"AZERBAYCAN TÜRKÇESİNİN FONETİK ÖZELLİKLERİ",Çukurova Üniversitesi Türkoloji Merkezi
  14. "Azərbaycan tarixi", 1994. Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə, s. 235
  15. Şirvanşahlar dövləti, Sara Aşurbəyli
  16. Cəfərov N.Q. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. В., 1995. səh.181
  17. O. Əfəndiyev – Səfəvilər dövləti, Bakı, 2007
  18. Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, III cild
  19. Məmmədov Ə. Şah Təhmasibin Azərbaycan dilində bir məktubu. ADU-nun "Elmi xəbərlər"i (dil və ədəbiyyat seriyası). 1964, N6. səh.73
  20. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
  21. "Azərbaycan dili milli varlığımızın aynasıdır". "21 fevral – Ana dili günü" nə həsr olunmuş metodik vəsait. Bakı – 2010
  22. "Azərbaycan" qəzeti, 7 noyabr, 1995
  23. "Azərbaycan" qəzeti, 9 noyabr, 1995
  24. Nizami CƏFƏROV. Heydər Əliyev və Azərbaycan dili
  25. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasinin Qanunu Dövlət dilinin əlifbası. Maddə 14
  26. http://az.trend.az/news/society/2312420.html
  27. http://news.day.az/politics/510057.html
  28. http://az.trend.az/azerbaijan/society/2356425.html
  29. http://sia.az/az/news/social/461054-kilselerde-azerbaycan-dili-tedris-olunacaq

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • Məhəmməd Rza Heyət. "Şairlərimiz bizi və dilimizi necə adlandırırlar" // "Varlıq" məcmuəsi, Tehran, 1376.
  • Məhəmmədtağı Zehtabi. "İran türklərinin əski tarixi" – Təbriz, 1378.
  • Xaqan Babayev. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən (XVI-XX əsrlər). "Elm və həyat" nəşriyyatı. Bakı. 2002

Həmçinin bax[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]