Azərbaycan Silahlı Qüvvələri

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Azərbaycan Silahlı Qüvvələri
Azərbaycan Respublikasının bayrağı
Azərbaycan Respublikası Azərbaycan Silahlı Qüvvələrinin bayrağı:
Silahlı qüvvələr Army Flag of Azerbaijan.png Azərbaycan Quru Qoşunları
AzAF Flag of Azerbaijan.png Azərbaycan Hərbi Hava Qüvvələri
Naval Flag of Azerbaijan.svg Azərbaycan Hərbi Dəniz Qüvvələri
Müdafiə naziri Zakir Həsənov
Baş Qərargah rəisi Nəcməddin Sadıxov
Əsgərlərin sayı 67 000
Əsgərlik yaşı 18
Hərbi xidmət 12/18 ay
Beynəlxalq əməkdaşlıq Flag of Turkey.svg Türkiyə
Flag of the United States.svg ABŞ
Flag of Ukraine.svg Ukrayna
Flag of Belarus.svg Belarus
Flag of Russia.svg Rusiya
Flag of Israel.svg İsrail
Flag of Pakistan.svg Pakistan
Hərbi büdcə 3.185 milyard $ 2014

Azərbaycan Silahlı Qüvvələri — Təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.

2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard ABŞ dolları, 2011-ci ildə 3,413 milyard ABŞ dolları, 2012-ci ildə 3,474 milyard ABŞ dolları, 2013-ci ildə 3,7 milyard ABŞ dolları, 2015-ci ildə 7,5 milyard ABŞ dolları təşkil edir.

Tarixi[redaktə | əsas redaktə]

Əsas məqalə: Qarabağ müharibəsi

1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.

1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını həyata keçirdi. Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi. Yayda 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin, 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir. 1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradılmışdı.

Azərbaycan ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin Israeli Aerospace Industries (İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsrail hərbi mütəxəssislərinin böyük dəstəsi azərbaycanlı həmkarlarına yeni silah sistemləri ilə işləməyi öyrətmək üçün Bakıya göndərilib. Yeni müqaviləyə əsasən İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların alınması, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınmasından söhbət gedir. Bu HHM sistemləri Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiə etməyə qadirdir.

2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 mlrd. ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb.

NATO[redaktə | əsas redaktə]

NATO-nun bayrağı

Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da yardım edir. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər. Sülh Naminə Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir. Hər il NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir. 1997-ci ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, 2000-cı ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur. Azərbaycanın NATO-ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan hazırlanır. Yaxın vaxtlarda bu plan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənəcək.

Kosovo[redaktə | əsas redaktə]

Azərbaycan sülhməramlı qüvvələri 1999-2008-ci illərdə Kosovoda beynəlxalq əməliyyatlarda iştirak etmişdir. 4 mart 2008-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu ilin sentyabrından Kosovada yerləşən Azərbaycan sülhməramlı qüvvələrinin geri çağrılması barədə qərar qəbul edib. Buna səbəb Kosovada sülhməramlı əməliyyat keçirilməsi üçün mandat verən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması və Kosovonun müstəqil dövlət elan edilməsidir.

Əfqanıstan[redaktə | əsas redaktə]

Azərbaycan sülhməramlı qüvvələri Əfqanıstanda beynəlxalq əməliyyatlarda iştirak edirlər.

Azərbaycan ordusunda zabit rütbələri[redaktə | əsas redaktə]

Şəkillər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]


Xarici keçidlər[redaktə | əsas redaktə]

VikiAnbarda Azərbaycan Silahlı Qüvvələri ilə əlaqəli mediafayllar var.

Həmçinin bax[redaktə | əsas redaktə]

Azərbaycan bayrağı Azərbaycan Silahlı Qüvvələri kiçik komandir rütbələri
Quru Qoşunları: Əsgər Baş Əsgər Kiçik Çavuş Çavuş Baş Çavuş Kiçik Gizir Gizir Baş Gizir
Hərbi Hava Qüvvələri: Əsgər Baş Əsgər Kiçik Çavuş Çavuş Baş Çavuş Kiçik Gizir Gizir Baş Gizir
Azərbaycan Silahlı Qüvvələri zabit rütbələri üçün bax: Zabit rütbələri


Azərbaycan bayrağı Azərbaycan Silahlı Qüvvələri zabit rütbələri
Hərbi Dəniz Qüvvələri: Kiçik leytenant Leytenant Baş leytenant Kapitan-leytenant Üçüncü Dərəcəli Kapitan İkinci dərəcəli kapitan Birinci dərəcəli kapitan Kontr-admiral Vitse-admiral Admiral
Quru Qoşunları: Kiçik leytenant Leytenant Baş leytenant Kapitan Mayor Polkovnik-leytenant Polkovnik General-mayor General-leytenant General-polkovnik
Hərbi Hava Qüvvələri: Kiçik leytenant Leytenant Baş leytenant Kapitan Mayor Polkovnik-leytenant Polkovnik General-mayor General-leytenant General-polkovnik