Mübariz İbrahimov

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Mübariz İbrahimov
Mübariz Ağakərim oğlu İbrahimov
Mübariz İbrahimov.jpg
Mübariz İbrahimov hərbi təlim zamanı
İlk adı: Mübariz
Doğum tarixi: 7 fevral 1988(1988-02-07)
Doğum yeri: Əliabad, Biləsuvar
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR
Vəfatı: 18 iyun 2010 (22 yaşında)
Vəfat yeri: Çaylı kəndinin yaxınlığı, Tərtər
Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi: şəhid olmuşdur
Atası: Ağakərim İbrahimov
Vətəndaşlıq: Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi: Hərbçi
Milliyyəti: azərbaycanlı
Mükafatları: Azərbaycanın Milli Qəhrəmanı
Azərbaycanda ilin adamı mükafatı

Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988-ci il, Əliabad, Biləsuvar, Azərbaycan SSR18 iyun 2010-cu il, Çaylı kəndinin yaxınlığı, Tərtər, Azərbaycan) — Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda "ilin adamı" (2010).

Həyatı[redaktə | əsas redaktə]

Erkən illəri[redaktə | əsas redaktə]

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.[1] 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur.[1] 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.[1]

Hərbi illəri[redaktə | əsas redaktə]

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib.[1] Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.[1] Bir müddət “İnter Sekyuriti” MMC-də[2] mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.[1] Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.[1]

Qəhrəmanlığı[redaktə | əsas redaktə]

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir.[3] Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir.[4] Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Atası Ağakərim İbrahimovun dediklərindən:

" Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar....[5] "
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması.

2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:

" Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin.[6] "

Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır.[3] Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.[3] Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

" Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına şəhid olduğu göstərilmişdir.[7] "

Ölümü[redaktə | əsas redaktə]

Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, ermənilər onun cəsədini 141 gün saxlamışlar. Ermənilər tutduqları əməldən zövq alırmış kimi, İbrahimovun şəkillərini internet saytlarında yayımlamışlar.[8]

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, hərbçi Mübariz İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında qarşı tərəfdən alınmışdır.[9] Proses əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.[10]

2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimində Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.[11]. 2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir.[12]

Şəxsi həyatı[redaktə | əsas redaktə]

Boksla məşğul olmağı sevirdi.[13] Mübarizin cəbhə yoldaşı Rəşad Həsənlinin sözlərinə görə, İbrahimov namaz qılan idi və onun ən böyük arzusu səngərdə namaz qılanların olması idi.[14]

Mübariz İbrahimov barədə olan fikirlər[redaktə | əsas redaktə]

Dünyanın və Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərinin Mübariz İbrahimov barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir neçəsi aşağıdakı kimidir:

  • "Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük... Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var." - Vladimir Putin[15][16]

İrsi[redaktə | əsas redaktə]

Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır.[17][18] 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.[19]

2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən İbrahimova “İlin adamı” mükafatı təqdim olunmuşdur.[20] 2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin və Əliabad kəndi ərazisində prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub.[21] Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanova və digərləri çıxış etmişdir.[21] Həmin ildə “Palmali” şirkətinin Türkiyədə hazırlardığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb.[22]

2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Sakarya Fırat" serialında geniş yer alıb.[23] 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.[24][25] 2014-cü ildə onun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Qızıl Alma" serialında geniş yer alıb.[26]

2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.[27]

Təltif və mükafatları[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • Fəxrəddin Mustafayev, "Mübarizlər yolu". Bakı, "Hərbi Nəşriyyat", 2011. 88 səh.[30]
  • Maarif Köçkün, "Mübariz cəsarəti". Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2011. 160 səh. 500 nüsxə.[24]
  • Zaur Ustac, "Oriyentir Ulduzu". Bakı, "MTR group" nəşriyyatı , 2011. 56 səh.[24]
  • Elxan Elatlı, "Qisas gecəsi" romanı. 2011.[24][31]
  • Balayar Sadiq, "Hünər simfoniyası" romanı. Bakı, "MHS-poliqraf" nəşriyyatı , 2011.[32]
  • Asif Rüstəmli, "Turan Mübarizi". 2011.[33]
  • Baxşeyiş Abbasoğlu, “Ölüm son deyil... və yaxud əbədiyyət nəğməsi” romanı. Mingəçevir, "Mingəçevir Poliqrafiya Müəssisəsi" nəşriyyatı , 2011.[24][34]
  • Mustafa Çəmənli, "Mübariz" romanı. Bakı, "Təhsil" nəşriyyatı , 2010.[35]
  • Çingiz Qacar, “Turan bahaduru”.[24]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 134-135.
  2. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol üzrə turnir keçiriləcəkdir
  3. 3,0 3,1 3,2 Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.485.
  4. Ermənilər Mübarizin meyitini qaytarırlar
  5. Bu gün Mübariz İbrahimovun şəhid olduğu günüdür
  6. Şəhid Mübariz İbrahimovun son məktubu…
  7. M.A.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  8. Mübariz İbrahimov Azərbaycan gəncliyinin qürur mənbəyidir
  9. Şəhidlərimizin meyitinin ermənilərdən alınması prosesi başlayıb
  10. Şəhid hərbçilərimizin meyitlərinin qaytarılması ilə bağlı rəsmi məlumat
  11. Şəhidlər
  12. Prezidentin adından şəhidlərə ehsan verilib
  13. Mübariz İbrahimov haqqında bilmədiklərimiz (Müsahibə)
  14. Mübariz İbrahimov haqqında bilmədiklərimiz (Müsahibə)
  15. Mübariz İbrahimov: Şəhid olsam, ağlamayın
  16. Mübariz İbrahimovun xatirəsi harada və necə əbədiləşdirilib?
  17. Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçədə yenidənqurma və abadlıq işləri başa çatmaq üzrədir
  18. Yeni təhsil ocağı Milli Qəhrəmanın adını daşıyır
  19. Mübariz İbrahimovun adını daşıyan "Mübariz" snayper tüfəngi
  20. ANS Milli Qəhrəmana mükafat verəcək
  21. 21,0 21,1 Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun heykəlinin və ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub
  22. Milli Qəhrəmanın adını daşıyan gəmi Azərbaycanda
  23. "Sakarya Fırat" serialının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş bölümünün geniş xülasəsi veriləcək
  24. 24,0 24,1 24,2 24,3 24,4 24,5 Mübariz İbrahimovun xatirəsi harada və necə əbədiləşdirilib?
  25. Mubariz Ibrahimov’s memory perpetuated in Canada
  26. Mübariz İbrahimovun qəhrəmanlığı Türkiyənin “Qızıl Alma” serialında da yer alıb.
  27. Zakir Fərəcov Sumqayıtda Mübariz İbrahimovun adını əbədiləşdirdi
  28. "Year passed since National Hero Mubariz Ibrahimov's death". news.az. http://news.az/articles/society/38713. İstifadə tarixi: 6 November 2015.
  29. Milli Qəhraman Mübariz İbrahimov “2010-cu ilin adamı” seçildi
  30. Elektron Kitabxana: M hərfi
  31. Elxan Elatlı: “Detektiv janrda yazılan kitablar insan fantaziyasını gücləndirir”
  32. Milli Qəhrəman Mübariz İbrahimovla bağlı “Hünər simfoniyası”
  33. Milli Qəhrəmana həsr olunmuş kitab maraqla qarşılandı
  34. Milli Qəhrəman Mübariz İbrahimov haqqında yeni kitab çapdan çıxmışdır
  35. Mustafa Çəmənlinin Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitabı işıq üzü görüb

Xarici keçidlər[redaktə | əsas redaktə]