Rüstəm İbrahimbəyov

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Rüstəm İbrahimbəyov
Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov
Rustam Ibragimbekov.jpg
Doğum tarixi 5 fevral 1939 (1939-02-05) (77 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Məmmədibrahim İbrahimbəyov
Anası Fatimə Məşədibəyova
Həyat yoldaşı Şöhrət Salman qızı İbrahimbəyova [1]
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg RusiyaFlag of Azerbaijan.svg Azərbaycan
Peşələri yazıçı, kinodramaturq
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Neft və Kimya İnsitutu
Rusiya Dövlət Kinematoqrafiya İnstitutu
Əsərlərinin dili azərbaycanca
rusca
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi
Xalq yazıçısı
SSRİ dövlət mükafatı Lenin komsomolu mükafatı
"Şöhrət" ordeni (Azərbaycan)
IMDb ID 0406534

İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu — azərbaycanlı yazıçı, nasir, dramaturq, ssenarist, prodüser, kinorejissor, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi, Ümummittifaq komsomolu mükafatı laureatı (1980), Azərbaycan Dövlət mükafatı laureatı (1980), SSRİ Dövlət mükafatı laureatı (1981), Rusiyanın Dövlət mükafatı laureatı (1994-1996), Azərbaycanın Xalq yazıçısı (1998)[2]. “Şöhrət” ordeni ilə təltif olunub (1995). Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır.

Həyatı[redaktə | əsas redaktə]

Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir.[3] Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir.

1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.

Xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır.

7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilmişdir. 2 iyul 2013-cü il tarixindən birləşmiş müxalifət cəbhəsinin Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilmişdir[4]. Lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilmişdir.[5]

Nailiyyətləri[redaktə | əsas redaktə]

  • "Urqa – məhəbbət dairəsi" (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-da "Cənnətə bağlı" (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Akademiya mükafatına layiq görülüb.
  • Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Akademiya mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.[6]
  • Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
  • 1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.
  • Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.

Mükafatları[redaktə | əsas redaktə]

Qeydlər[redaktə | əsas redaktə]

  • Rüstəm İbrahimbəyov həm də 10-dan artıq teatr tamaşasının müəllifidir.

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) (ssenari müəllifi)
  2. Bir cənub şəhərində (film, 1969) (ssenari müəllifi)
  3. Səhranın bəyaz günəşi (film, 1969) (ssenari müəllifi)
  4. Çekist haqqında povest (film, 1969) (ssenari müəllifi)
  5. Müharibənin sonunda sakit gün (film, 1970) (ssenari müəllifi)
  6. Arzu (film, 1972) (ssenari müəllifi)
  7. Təki dam olsun... (film, 1972) (rejissor, ssenari müəllifi)
  8. O vaxt mən yox dedim (film, 1973) (ssenari müəllifi)
  9. Nəğmə dərsi (film, 1974) (ssenari müəllifi)
  10. Ürək... Ürək... (film, 1976) (ssenari müəllifi)
  11. Süita (film, 1976) (rejissor, ssenari müəllifi)
  12. Ad günü (film, 1977) (ssenari müəllifi)
  13. Risqin strategiyası (film, 1978) (ssenari müəllifi)
  14. Bir ailəlik bağ evi (film, 1978) (ssenari müəllifi)
  15. Kontor (film, 1978) (ssenari müəllifi)
  16. Qara Qarayev-60 (film, 1978) (ssenari müəllifi)
  17. Məhəbbətlə yarıbayarı (film, 1979) (ssenari müəllifi)
  18. İstintaq (film, 1979) (ssenari müəllifi)
  19. Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-ssenari müəllifi
  20. Neft çağırır (film, 1980) (ssenari müəllifi)
  21. Bağlı qapı (film, 1981) (ssenari müəllifi)
  22. Son söz (film, 1981) (ssenari müəllifi)
  23. Başlanğıc (film, 1982) (ssenari müəllifi)
  24. İstirahət gecəsi (film, 1982) (ssenari müəllifi)
  25. İşgüzar səfər (film, 1982) (ssenari müəllifi)
  26. Yeddi gözəl (film, 1982) (ssenari müəllifi)
  27. Gəmi saatının sirri (film, 1983) (ssenari müəllifi)
  28. İlişdim (film, 1983) (ssenari müəllifi)
  29. Nə haqla? (film, 1983) (ssenari müəllifi)
  30. Park (film, 1984) (ssenari müəllifi)
  31. Bir axşam... (film, 1985) (ssenari müəllifi)
  32. Səfillər (film, 1985) (ssenari müəllifi)
  33. Talismanım, qoru məni (film, 1986) (ssenari müəllifi)
  34. Vurulmayan sillə (film, 1987) (ssenari müəllifi)
  35. Sərbəst enmə (film, 1987) (ssenari müəllifi)
  36. Özgə ömür (film, 1987) (ssenari müəllifi)
  37. Filyör (film, 1987) (ssenari müəllifi)
  38. Rüstəm İbrahimbəyov (film, 1988) (filmdə iştirak edən)
  39. Ölsəm... bağışla (film, 1989) (ssenari müəllifi)
  40. Yanar qəlbin ritmləri (film, 1989) (ssenari müəllifi)
  41. Qətldən yeddi gün sonra (film, 1991) (ssenari müəllifi)
  42. Urqa – məhəbbət dairəsi (film, 1991) (ssenari müəllifi)
  43. Həm ziyarət, həm ticarət... (film, 1995) (ssenari müəllifi)
  44. Günəşdən usanmışlar (film, 1994) (ssenari müəllifi)
  45. Azərbaycan kinosu-80 (film, 1996) (filmdə iştirak edən)
  46. Dağıdılmış körpülər (film, 1996) (ssenari müəllifi, rejissor)
  47. Çalışan adam (film, 1996) (rejissor, ssenari müəllifi, prodüser)
  48. Xalqlar Dostluğu muzeyi (film, 1997) (rejissor, ssenari müəllifi)
  49. Ailə (film, 1998) (rejissor, ssenari müəllifi, prodüser)
  50. Sibir bərbəri (film, 1998) (ssenari müəllifi)
  51. Şərq-Qərb (film, 1999) (ssenari müəllifi)
  52. Etimad telefonu (film, 2001) (rejissor, ssenari müəllifi)
  53. Kinorejissor Həsən Seyidbəyli (film, 2002) (filmdə iştirak edən)
  54. Ovsunçu (film, 2003) (ssenari müəllifi)
  55. Köçərilər (film, 2004) (prodüser)
  56. Əbədiyyət elçisi (film, 2005) (arxiv kadrlar)
  57. Əli və Nino (film, 2005) (ssenari müəllifi)
  58. Əlvida, cənub şəhəri (film, 2006) (ssenari müəllifi, prodüser)
  59. 3 qız (film, 2007) (prodüser)
  60. Cənnət quşları (film, 2008) (ssenari müəllifi)
  61. Kabusun gözüylə (film, 2010) (ssenari müəllifi, rejissor, prodüser)[9]

İstinadlar[redaktə | əsas redaktə]

  1. ARDNŞ Rüstəm İbrahimbəyovla bağlı siyahı açıqladı  (azərb.)
  2. ""Xalq yazıçısı" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli, 708 nömrəli Fərmanı.  (azərb.)
  3. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  4. Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildi (FOTOLAR)
  5. Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir (27.08.2013). cec.gov.az  (azərb.)
  6. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  7. Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanıanl.az saytı
  8. "R. M. İbrahimovbəyovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 fevral 1999-cu il tarixli, 88 nömrəli Fərmanı. e-qanun.az  (azərb.)
  9. Sara. “Kabusun gözüylə” Parisdə təqdim olunub: [Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur] //525-ci qəzet.- 2010.- 19 iyun.- S. 16.

Mənbə[redaktə | əsas redaktə]

  • Kapralov, Q. “Ömrə bərabər vuruş” //Ədəbiyyat və incəsənət.- 1988.- 14 oktyabr.- səh. 4.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Həmçinin bax[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]