ANS TV

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
ANS TV
ANS TV loqosu (19 may 2012-günümüz).jpeg
19 may 2012-ci ildən bu günə kimi istifadə edilən loqotip
Bütöv adı Azerbaijan News Service Television
Başlama tarixi 26 noyabr 1991
Şirkət "ANS" Şirkətlər Qrupu
Sahibi Vahid Mustafayev
Rəhbərlik Vahid Mustafayev
Seyfulla Mustafayev
Mirşahin Ağayev
Şüar Dəqiq, qərəzsiz, vicdanlı
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tezlik Azerspace-1: 11135, H, 27500, 5/6
Türksat 3A: 11001, H, 3200, 3/4
B&B TV kabel televiziyası
KATV1 kabel televiziyası
Ailə TV kabel televiziyası
SNTV kabel televiziyası
Albax TV kabel televiziyası
Connect TV kabel televiziyası
Smart TV Plus kabel televiziyası
ATV Plus kabel televiziyası
Dil Azərbaycan dili
Yayım ərazisi Azerspace-1 və Türksat 3A peyklərinin əhatə dairəsi.
Baş qərargah Abbasqulu Abbaszadə küçəsi, Bakı, Azərbaycan
Keçmiş adı AZV (1991-ci ilə kimi)
Qardaş kanal(lar) ANS ÇM
Sayt www.anstv.ws

ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalıdır. Sonralar telekanal əsasında fəaliyyət dairəsini çap və kommersiya məhsullarına genişləndirmiş şirkətə çevrilmişdir. ANS Şirkətlər Qrupuna "ANS TV", "ANS-PRESS Nəşriyyat Evi", "ANS Kommers" və "ANS ÇM" daxildir. Qrupun prezidenti Vahid Mustafayevdir.

Tarixçə[redaktə | əsas redaktə]

Mirşahin.jpg

Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb tarixin yaddaşına salan jurnalsitlər də məhz bu şirkətdə çalışmışdılar. Vahid - Seyfulla Mustafayevlər və Mirşahin Ağayev Azərbaycan qəzetində tanış olmuşdular. 1991-ci ildə 3 nəfər gənc Azərbaycanlı jurnalist, Vahid, Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən Azərbaycanda fəaliyyət göstərən ilk müstəqil televiziya şirkəti kimi yaradılmışdır. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. İlk yayım günündə aparıcı Mirşahin Ağayev idi. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar.

Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verənlər idi. Yarandığı vaxtdan bu günə kimi ANS, Qarabağ müharibəsi, Xocalı soyqırımı, AXCP tərəfdarlarının "istefa" səsləri ilə Milli Məclis binasına silahla basqın etməsi və Ayaz Mütəllibovun istefası, Bakı metrosunda partlayışlarmetrodakı yanğını, 19941995-ci ildə dövlət çevrilişinə cəhdlər, Neft Akademiyasındakı terror, Əfqanıstan, Çeçenistan, İnquşetiya, İraq, Gürcüstan, MisirTürkiyə kimi ölkələrdə baş verən münaqişə və qarşıdurmalar kimi məsələlər ANS-in tarixində böyük yerə sahibdir. Məhz bu hadisələr BBC, CNN, Euronews, CBS, NBC, NHK, ITN, TBS, ZDF, RAI, ARD, WTN, RTL, Amerikanın Səsi, Azadlıq Radiosu və Rusiya, İsveç, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələrin media qurumlarının marağına səbəb olmuş və ANS-lə əməkdaşlıq etmişlər

ANS-ə ən çox məhşurluq gətirən isə Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur.

1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı. O ildə jurnalist Çingiz Mustafayev Azərbaycan Televiziyasında çıxış edərək Şuşanın işğal xəbərini çatdırmaq istəyirdi. Lakin Müdafiə Nazirliyinin əməkdaşları verilişin efirə çıxmaması üçün əllərindən gələni edirdilər. Çingiz çıxış yolunu ANS-də gördü və ANS-in efirinə çıxıb "nə qədər çətin də olsa bilməliyik ki, Şuşa mayın 8-dən ermənilərin əlindədir" deyərək xalqı Şuşanın işğalından xəbərdar etdi.

1993-cü ildə, yəni AXCP hakimiyyəti dövründə kanalın yayımı dayansa da Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev üçlüyü işlərini davam etdirirdilər. Həmin ilin mart ayında (Kəlbəcərin işğalından təxminən 1 həftə əvvəl) Mirşahin Ağayev prezident Əbülfəz Elçibəydən müsahibə almışdı. Həmin müsahibə 21 il sonra yayımlandı. 6 aprel 2014-cü il tarixində Mirşahin Ağayev "Hesabat" verilişində müsahibənin efirə getməmə səbəbini açıqlamışdı: "Əbülfəz Elçibəy müsahibədən sonra soruşdu ki, müsahibə nə vaxt yayımlanacaq, biz isə cavabımızda "cənab prezident, ANS-in fəaliyyətini bərpa edəcəyiniz vaxt, axı biz efirdə deyilik, telekanalı bağlamısız" deyə cavab verdik və ANS bir də 1993-cü ilin iyul ayında açıldı, onda da artıq gec idi, biz bir də Elçibəy ilə Kəlbəcər məsələsinə 2000-ci ildə toxunduq və o Kəlbəcəri qoruya bilmədiyinə görə xalqdan üzr istədi". [1] 1993-ci ilin iyul ayında ANS-in fəaliyyətini Heydər Əliyev bərpa etdi.

1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ilin oktyabr hadisələrini daha ətraflı şəkildə xalqa çatdırmışdı. Həmin ildə ANS televiziyası ilə AzTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və ANS ÇM radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və onun oğlu İlham Əliyevin işə qarışmasından sonra ANS-in efiri bərpa edildi.

1995-ci ildə OMON qüvvələri ilə olan atışmalarda çəkilişlər aparmışdı. Atışmalar zamanı OMON-çuların ağ bayraq qaldırdığı xəbərini təhlükəsizlik orqanlarına ANS-çilər çatdırdı. Çəkiliş vaxtı şirkətin 7 əməkdaşı güc strukturları tərəfindən saxlanılmış, 4 maşın əzilmiş və biri sradan çıxmışdı. Daha sonra Rövşən Cavadov haqqında "Heç kim və Heç Nə Unudulmayacaq" verilişinin buraxılışı hazırlandı. Həmin verilişdə "ANS Records"-da Rasim Müzəffərli və Gündüz Bakılı tərəfindən ifa edilən "Üzü Küləyə" mahnısı səsləndirildi.

1996-cı ildə ANS-DX (Data Xchange) İnternet xidmətinin əməkdaşları teleşirkətin internet səhifəsini (www.ans-dx.com) hazırladılar. Eyni ildə ANS müəllif hüquqlarının qorunması ilə bağlı kampaniyaya başlamışdı. "MTV"nin köməyi ilə dünyanın məhşur ulduzları, həmçinin "MTV"nin əməkdaşları Bakıya gəldilər və prezident Heydər Əliyev ilə görüşmək istədilər. Bu görüşü də ANS təşkil etdi. Görüşdə Heydər Əliyev ANS-in vacibliyini və gördüyü işləri də qonaqların diqqətinə çatdırdı.

O illərdə ANS hələ heç bir media qurumunun edə bilmədiyi cəsarəti - Çeçenistanın səhra komandiri Şamil Basayevdən müsahibəni almışdı.[2] Lakin sonradan Azərbaycan Respublikası Baş Prokurorluğunun xəbərdarlıq məktubunu bir saat efirdə saxladı.

1999-cu ildə isə ANS artıq ABA TV-yə qarşı təbliğata başladı. Tez-tez verilişlərində Rusiya telekanallarının yayımını gündəmə gətirir və bunun reklam büdcəsinə zərər vurduğunu deyirdilər. Məhz o vaxtdan ANS ilə ABA arasında mübahisə yarandı. Bu məsələ 2001-ci il iyul ayının 17-nə kimi, yəni ABA-nın bağlandığı günə kimi davam etdi. ABA bağlandıqdan sonra isə Mirşahin son dəfə ABA teleşirkətini və sahibi Faiq Zülfüqarovu tənqid etdi. [3]

1999-cu ilin avqust ayının 17-də Türkiyədə başverən zəlzələ əlaqədər yardım kampaniyasına başladı və toplanan məbləğ Türkiyə hökumətinə verildi.

2000-ci ilin sentyabrın 12-də, saat 23:45-dən etibarən Azərbaycan televiziya tarixində ilk dəfə dünyanın nüfuzlu futbol turnirlərindən hesab olunan Çempionlar Liqasının oyunları ANS kanalını izləyə bilən tamaşaçılara yayımlandı. Yayım, UEFA-nın razılığılə, Avropada futbol oyunlarının Yayımlanması Şirkətilə ANS kanalı arasında bağlanan müqaviləyə əsasən həyata keçirilirdi. 2009-cu ildə bu hüquq Lider TV-yə keçdi. Həmin ilin noyabr ayının 25-də hazırlıqlar var idi. Çünki növbəti gün Azadlıq meydanında təşkil olunacaq konsertlə ANS 9 yaşını qeyd edəcəkdi. O axşam Bakıda zəlzələ baş verdi. O çətin gecədə ANS işində idi və xalqı məlumatsız qoymadı.

2003-cü il prezident seçkiləri vaxtı Azadlıq meydanında baş verən etirazlar barədə xəbəri də ətraflı şəkildə tamaşaçıya çatdırdı.

2006-cı il noyabrın 24-də MTRŞ ANS TV və ANS ÇM-in fəaliyyətinin dayandırılması haqqında press reliz yaydı. "Xəbərçi"nin 15:00 buraxılışında Afət Telmanqızı efirə çıxaraq ANS-in əvvəl analoq yayımının, sonra isə peyk yayımının dayandırıldığını bildirdi.[4] [5]ANS televiziyası və radiosu 17 gün efirdə olmadı. 29 noyabr 2006-cı ildə prezident İlham Əliyev təyyarəsində Azərbaycan Televiziyasına müsahibə verdi. Müsahibədə mətbuat azadlığından da danışmışdı. Və müsahibədə "ANS ilə bağlı yaranan məsələlər müzakirə mövzusudur, məsələyə siyasi nöqteyi nəzərindən yanaşmaq olmaz, mən həmişə ANS-in yanında olmuşam" dedi. Dekabrın 10-da Milli Televiziya və Radio Şurası bəyan etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətləri, həmçinin ANS Şirkətlər Qrupunun çoxsaylı kollektivinin müraciətini nəzərə alaraq ANS-in yenidən efirə qayıtması barədə qərar çıxardı. 1 il sonra isə Mirşahin bu barədə sənədli film hazırladı.[6]

2011-2012-ci illərdə Misirdə baş verən iğtişaşlara görə Vahid Mustafayev Misirə getmiş və ordan canlı bağlantı ilə ətraflı məlumatlar çatdırmışdı.

Yayım[redaktə | əsas redaktə]

Loqotip[redaktə | əsas redaktə]

  • 1991-ci ildə ilk dəfə efirə çıxarkən introda "Bayatı Şiraz" səsləndirilmişdir. Həmin intro 1995-ci ilə kimi efirdə oldu. 1991-ci ildə ekranda loqotip görünmür. 1992-ci ildə loqotipi yalnız xəbər sujetləri vaxtı ekranın sağ alt kənarında yerləşdirirdi. Həmin loqotip çəhrayı rəngdə "ANS" yazısından ibarət idi.[7]
  • 1993-cü ildə ekranın sağ üst kənarında ağ rəngdə sadə "ANS" yazısı idi. Əslində loqotip sayılmaz.
  • 1994-cü ildə çəhrayı rəngli loqotip kiçildildi, ağ rəngdə oldu, lakin loqotipə göy arxa fon da əlavə edildi. Loqotipin ekrandakı yeri isə dəyişmədi. Eyni zamanda ilk efir günündən yayımlanan introlar da eyni idi.
  • 1995-ci ilin 2-ci yarısında həmin loqotip də dəyişdirildi. Yenə əvvəlki loqodakı "ANS" yazısı dəyişmədi. Ancaq göy arxa fon yerinə Azərbaycan bayrağının rəngləri seçildi. Loqotipdəki bayraq rəngləri insan barmaqları ilə çəkilmiş boyanı xatırladırdı. Həmin loqotip 1999-cu ilin sonlarına kimi ekranda oldu. Artıq bu dəfə introlar dəyişmişdi. 1999-cu ildə isə introlar yenidən dəyişdirildi.
  • 1999-cu ildə loqotip yenə dəyişdirildi. Bu dəfə də bayraq rəngləri qaldı, lakin rənglər "ANS" yazısının altına yerləşdirildi. "A" hərfinin altına göy, "N" hərfinin altına qırmızı, "S" hərfinin altına isə yaşıl. Həmin loqotip 2009-cu ilin yanvar ayının 1-nə kimi (31 dekabr saat 00:00-a kimi) efirdə qaldı. 2001-ci ilin sentyabr ayında introlar və "Xəbərçi" studiyası dəyişdi. 2006-cı ilin sonlarında həmin loqotipin yuxarısında "15 il yayımda" yazısı olan qara-qırmızı loqotip də var idi. 12 dekabr 2006-cı ildə efirə qayıtdıqdan sonra o loqotip görünmədi.
  • 2009-cu ildə təxminən 10 ilə yaxın eyni loqotipi olan ANS loqosunda müəyyən dəyişiklik edərək ekranın sağ alt kənarından sol üst kənarına köçürdü. Və bəzi introlarını dəyişdi. Lakin bu yenilik 2011-ci ilin fevralına kimi davam etdi.
  • 2011-ci ilin fevral ayının 24-də təxminən 1 saat görüntü ağ-qara oldu və loqotip ekranda görünmədi. Daha sonra kanal 10 ilə yaxın istifadə etdiyi (1999-2009-cu illər arasında) sağ alt kənardakı loqotipi sol üst kənarda yerləşdirdi. Həmin günün axşamı, Xəbərçinin 21:00 buraxılışında loqotip daha da düzəldilərək sol üst kənardan sol alt kənara köçürüldü.
  • 18 may 2012-ci il tarixində ANS korporativ üslubunu dəyişdirməsi ilə əlaqədar tədbir keçirdi. Tədbirdə loqotipin alman dizaynerləri tərəfindən hazırlandığı bilindi.[8] 19 may 2012-ci il tarixində həmin loqotip ilə efirə çıxdı. Həmin loqotip bu günə kimi dəyişməz qalır. Lakin Yeni il bayramı, Qara Yanvar, Xocalı soyqırımı, Novruz bayramı və digər buna bənzər günlərdə o günə xüsusi olan loqotiplə efirə çıxır.

Texniki imkanlar[redaktə | əsas redaktə]

2000-ci ilin yanvar ayında Salyanda ANS TV-nin ilk regional ötürücü mərkəzi quruldu, ANS TV-nin auditoriyası Aran bölgəsi rayonlarına qədər genişləndi. Növbəti bu qəbildən olan mərkəz sentyabrda Cəlilabadda yaradıldı. Noyabrda Respublikanın üç məntəqəsində Mərəzədə, ŞamaxıdaXızıda ötürücü mərkəz quruldu. Dekabr ayı İvanovkada belə bir mərkəzin qurulması ilə yadda qalan oldu. 2001-ci ilin yanvar ayında Xaçmazda ötürücü mərkəzin yaradılması ilə şimal rayonlarının sakinləri indi daha keyfiyyətli siqnal qəbul edir. Lənkəranda isə belə ötürücü mərkəz həmin ilin iyulunda yaradıldı. ANS Müstəqil Yayım və Mediya Şirkəti sentyabrın 10-u 2002-ci ildən etibarən peyk vasitəsilə yayıma başlayıb. 2002-ci ilin sentyabr ayında Göygöl, ŞəkiQuba rayonlarında ötürücü mərkəzlər qurularaq əhatə dairəsi daha da genişləndirildi. 2009-cu ildə rəqəmsal yayıma keçmişdir. 2013-cü ilin iyul ayından isə Azerspace-1 peyki vasitəsilə də yayımlanır. ANS TV və ANS ÇM bütün ölkə ərazisində yayımlanmaqla yanaşı Azerspace-1 və Türksat 3A peyki üzərindən Orta Asiya, Yaxın Şərq, Avropa, Şimali Afrika ölkələrində və Rusiyanın böyük bir hissəsində yayımlanır. Teleşirkətin Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstanda nümayəndəlikləri var. 21 aprel 2014-cü ildə isə buna biri də əlavə olundu: ANS İranda fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) əldə etdi.[9]

Bağlanması[redaktə | əsas redaktə]

Jurnalist Mais Məmmədovun sözlərinə görə kanal yarandığı gündən bu günə kimi 6 dəfə bağlanıb ki, bu da hər 4 prezidentin hakimiyyəti zamanı olub. 1992-ci ildə 3 dəfə bağlanıb. 1993-cü ilin mart ayında (Əbülfəz Elçibəyin hakimiyyəti dövründə) fəaliyyəti dayandı. Təxminən 4 aya yaxın bağlı qalan ANS-i həmin ilin iyul ayında Heydər Əliyev efirə qaytarıb. 1994-cü ilin noyabr ayının 4-də teleşirkətin vitse-prezidentlərindən biri Seyfulla Mustafayevə Azərbaycan Televiziyasının binasında zərər vermişdilər. Həmin gün ANS ilə AzTV arasında mübahisə baş vermişdi. Yayımı dayanan ANS-in fəaliyyətini bir neçə saatdan sonra prezident Heydər Əliyev bərpa etdi. Kanalın 6-cı bağlanması isə 24 noyabr 2006-cı il tarixinə təsadüf edir. Bu məsələnin bəhanəsi isə ANS-in MTRŞ-nın xəbərdarlıqlarına məhəl qoymaması və lisenziya müddətini uzatmaması idi. Təxminən 17 gün fəaliyyət göstərməyən ANS Heydər Əliyev-in vəfatının 3-cü ildönümündə, yəni 12 dekabr 2006-cı il tarixində yayımını bərpa etdi.

Verilişlər[redaktə | əsas redaktə]

Xəbər[redaktə | əsas redaktə]

  • 1991: - Xəbərçi (Xanım Yadigarlı, Natavan Babayeva, Rita Ömərova, Əfsanə Mehdiyeva)
  • 2003: - Cinayət İşi (Rəşad Abbasov)
  • 2004: - İç Xəbər (Kəmalə Əlisgəndərqızı, Səbinə Heydərova, Murad Lətifov)
  • 2004: - Növbətçi (Kəmalə Əlisgəndərqızı, Sərxan Kamallı)
  • 2007: - Hesabat (Mirşahin)
  • 2011: - Düz Bucaq (Nigar Mahmudova)
  • 2012: - Hesab Vaxtı Vəfa Şəhlayi, Diana Dadaşova
  • 2012: - Passport (Sevinc Eminzadə, Kənan Hakimov)
  • 2012: - ŞouBiz (Xanım Yadigarlı)
  • 2013: - İTİ Bucaq (Töhfə Bədəlli, Samir Cabbarov)

Şoular[redaktə | əsas redaktə]

  • 2000: - Salam, Azərbaycan!
  • 2000: - Ən yeni tarix (Mirşahin)
  • 2009: - Günə Baxan (Elgiz Əkbər)
  • 2009: - Bazar səhəri Rövşanə ilə (Rövşanə Bektaşi,Kamran Həsənli)
  • 2009: - Ağıl Dəryası (Murad Əzimzadə)
  • 2009: - Keçmişə salam (Fidan Abdulzadə, Şəbnəm Xeyrulla)
  • 2010: - Uşaqdan böyüyə (İrəm Nəbiyeva)
  • 2010: - Sağlıq olsun (Sadiq Bəbirov)
  • 2012: - Alın yazısı (Şəbnəm Xeyrulla)
  • 2013: - Medicatrans (Bilge Sebilcioğlu)
  • 2013: - Əslində Mən (Ülviyyə Alovlu)
  • 2013: - Xalqın artisti (Çingiz Əhmədov)
  • 2013: - Benefis
  • 2014: - Şəxsiyyət vəsiqəsi (Həmid Herisçi)
  • 2014: - Evdəyik (Ülvira Qarayeva)
  • 2014: - Fərqi var (Vüsalə Yüksel Tağıyeva)
  • 2014: - Bir Gün (Sərxan Kərəmoğlu)
  • 2014: - Şəbəkə (Murad Əzimzadə)
  • 2014: - Xəbər sizsiniz (Murad Əzimzadə)
  • 2014: - İstiqlal (Şirməmməd Hüseynov)
  • 2014: - Universual (Çingiz Abdullayev, müəllif: Mirşahin)
  • 2014: - ŞouMız (Elməddin Məmmədov, Əbdül Məcidli)
  • 2015: - A-dan Z-yə (Zaur Nəbioğlu)
  • 2015: - Məchulu tapın (Fidan Abdulzadə)
  • 2015:- Xoşqəmlə Axtarıram Səni (Xoşqədəm Hidayətqızı)
  • 2015:- Sən Tək Deyilsən (Xoşqədəm Hidayətqızı)

Əvvəl yayımlanmış verilişlər[redaktə | əsas redaktə]

  • 1992-2003: Heç Kim və Heç Nə Unudulmayacaq (ölkədə vacib məsələlər olarkən efirə çıxırdı) (Vahid Mustafayev)
  • 1992-1995: Dərs (Mirşahin)
  • 1998-2007:Təmiz Söhbət
  • 2007: Bol futbol (veriliş, 2007)
  • 2007: Gecə yarı (veriliş, 2007)
  • 2007: Krossvor
  • 2007-2008: Qoy Oturmuşuq
  • 2009-2010: Zərif Çərşənbə
  • 2010-2012: Toylar Kralı
  • 2012: Eldən elə (Xəzər TV-dən gəldi)
  • 2010-2012: Dəyər
  • 2011-2012: Gəzək-görək
  • 2012: Sağlam nəsil
  • 2012: Cücələrim
  • 2012: Qurman (Lider TV-dən gəldi)
  • 2012: Bizimkilər 2.0
  • 2012-2013: İkinci Şans
  • 2012-2014: SportsMən
  • 2012-2014: BiznesMən
  • 2012-2014: ŞouMən
  • 2013: Göstər Özünü
  • 2014: Göyçək Fatimə
  • 2014:İncə+
  • 2009-2014:İncə Maraqlar

Sənədli filmlər[redaktə | əsas redaktə]

  1. 102 an (film, 2000)(sənədli film)(ANS tv)
  2. 80 kilometr yerin altı ilə (film, 2002)(qısametrajlı sənədli film)(ANS tv)
  3. Adam cinsi arasında cins adam (film)(qısametrajlı sənədli film)(ANS)
  4. Amerika-Gürcüstan hərbi yolu (film, 2003)
  5. Azərbaycan Amerikada (film)
  6. Azərbaycan naminə! (film, 2004)
  7. Azərbaycana namus və sevgiylə (film, 2006)
  8. Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
  9. Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
  10. Çətən (film, 1995)
  11. Daha doğrusu (film, 2007)
  12. Dahilərin divanı (film, 2007)
  13. Dodaq Qaçdı (????)
  14. Erməni soyqırımı. Türkün sözü (film, 2001)
  15. Əliyevin əli (film, 2000)
  16. İnsan (film, 2003)
  17. O gün (film, 2005)
  18. Palata (film, 2002)
  19. Payızın 17 anı (film, 2007)
  20. Şəhər. I film (film, 2003)
  21. Şəhər. II film (film, 2003)
  22. Şəhər. III film. Səsimizin yolu ilə (film, 2003)
  23. Şəhər. IV film. Bir gün yerin altında (film, 2003)
  24. Şəhər. V film. Bakının yol fəlsəfəsi (film, 2003)
  25. Şəhər. VI film. Küçələrə su səpmişəm (film, 2003)
  26. Şəhər. VII film. 103 eşidir... (film, 2003)
  27. Şəhər. VIII film. 101 eşidir (film, 2003)
  28. Şəhər. IX film. Mavi alov (film, 2003)
  29. Şəhər. X film. Aydınlığa aparan yol (film, 2003)
  30. Şəhər. XI film. Hərarət (film, 2003)
  31. Şəhər. XII film. Bərəkət (film, 2003)
  32. Şəhər. XIII film. Bazar olsun (film, 2003)
  33. Terror (film, 2003)
  34. Uzaq yaşıl ada (film, 2004)
  35. ADıNA günü (film, 2010)(qısametrajlı sənədli film)(ANS)

İstinadlar[redaktə | əsas redaktə]

  1. https://www.youtube.com/watch?v=KkV53RoD174
  2. https://www.youtube.com/watch?v=Pd3R4HniSFo
  3. https://www.youtube.com/watch?v=jFVgCEBG_tU
  4. https://www.youtube.com/watch?v=JIb6URX4ur0
  5. http://www.mediaforum.az/az/2006/11/24/ANS-TELEV%C4%B0Z%C4%B0YASININ-v%C9%99-RAD%C4%B0OSUNUN-F%C6%8FAL%C4%B0YY%C6%8FT%C4%B0-DAYANDIRILDI-045102706c.html#.VSrHV_msW6g
  6. https://www.youtube.com/watch?v=2Y0WkonMbnw
  7. https://www.youtube.com/watch?v=LBUFjTum92k
  8. https://www.youtube.com/watch?v=vELVHVlri1M
  9. http://musavat.com/news/media/ans-iranda-fealiyyet-uchun-lisenziya-aldi_192164.html

Qeyd: bəzi məlumatlar ANS TV-nin saytındakı arxiv videolardan alınmışdır.

Keçidlər[redaktə | əsas redaktə]