Martin Lüter Kinq

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Martin Lüter Kinq
Martin-Luther-King-1964-leaning-on-a-lectern.jpg
Doğum tarixi: 15 yanvar 1929(1929-01-15)
Vəfatı: 4 aprel 1968 (39 yaşında)
Vəfat səbəbi: qətlə yetirilib
Mükafatları: Nobel mükafatı

Martin Lüter Kinq (ing. Martin Luther King, Jr.; 15 yanvar 19294 aprel 1968) — ABŞ insan hüquqları müdafiəçisi, 1964-cü il Nobel Sülh mükafatı laureatı. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Həyatı[redaktə | əsas redaktə]

Afrika mənşəli amerikalıların vətəndaş hüquqları uğrunda qeyri-zorakı yolla mübarizənin önündə gedən Martin Lüter Kinq 1964-cü ildə Nobel Sülh mükafatına layiq görülmüşdü, bundan dörd il sonra o qətlə yetirilmişdir.

Ailəsi və keçmişi[redaktə | əsas redaktə]

Martin, 1929-cu ilin 15 yanvarında ABŞ-ın Corciya ştatının Atlanta şəhərində anadan olmuşdur. Doğulanda ilk adı Maykl olmuşdur. Məktəbdən sonra Meyrhaus Kollecində təhsilini davam etdirmişdir. Burada müdir və eyni zamanda vətəndaş haqları lideri olan Benjamin Maysdan təsirlənmişdir. 1948-ci ildə Sosiologiya fakültəsindən məzun olmuşdur. 1953-cü ildə Koretta Skott ilə ailə qurmuşdur. 4 övladı var idi: Yolanda Denis, Martin Lüter II, Dekster Skott və Bernis Albertin.

Xarici keçidlər[redaktə | əsas redaktə]

VikiAnbarda Martin Lüter Kinq ilə əlaqəli mediafayllar var.