Vikiverilənlər

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Vikiveri loqosu

Vikiverilənlər və ya Vikiverilən (ing. Wikidata) — Vikimedia Fondu tərəfindən idarə olunan və viki-səhifələrdə toplanmış verilənlərin mərkəzləşdirilmiş mühafizəsini təmin edən layihədir. Bu verilənlərə misal olaraq intervikiləri, statistik məlumatları (məsələn, doğum tarixi, əhalinin sayı və s.) göstərmək olar.

Layihə rəsmi olaraq 30 oktyabr 2012-ci ildə istismara verilmişdir. Layihə strukturuna və səhifələrin yaradılması texnologiyasına görə Commons layihəsinə bənzəyir. Vikiverilənlər bazasına müxtəlif dillərdə informasiya daxil etmək mümkündür.

Realizə mərhələləri[redaktə | əsas redaktə]

Layihənin reallaşdırılması rəsmi olaraq 3 mərhələ üzrə həyata keçirilmişdir:

  • Birinci mərhələ – intervikilərin mərkəzləşdirilmiş mühafizəsinin dəstəklənməsi (2013-cü ilin 6 mart tarixində bütün dil bölmələri üçün realizə olundu).

Xarici keçidlər[redaktə | əsas redaktə]

Vikianbarda Vikiverilənlər ilə əlaqəli mediafayllar var.