Vikimənbə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Vikimənbənin logotipi

Vikimənbə – müəllif hüquqlarının qorunması haqqında qanunların aid edilmədiyi mətnlərin şəbəkə kitabxanasıdır. Buradakı monoqrafiyaların, məqalələrin, kitabların dəyişdirilməsinə ehtiyac yoxdur. Məsələn, tarixi məqalələr analizə məruz qala bilərlər, lakin, onların dəyişdirilməsi vacib deyildirsə, həmin məqalələr olduğu kimi saxlanılır və dəyişdirilməsinə icazə verilmir.

Vikimənbəyə daxil ola biləcək məqalələr[redaktə | əsas redaktə]

  1. Müəlliflər tərəfindən əvvəllər nəşr edilmiş mətnlər
  2. Orijinal mətnlərin tərcüməsi, eləcə də Vikimənbə istifadəçiləri tərəfindən edilən tərcümələr
  3. Milli və beynəlxalq səviyyədə tarixi materiallar
  4. Mətnlər haqqına mülahizələr, eləcə də Vikimənbə istifadəçilərinin mülahizələri
  5. Vikimənbədə saxlanılan mətnlərin müəlliflərin tərcümeyi-halları

Vikimənbəyə daxil edilməsinə icazə verilməyən mətnlər[redaktə | əsas redaktə]

  1. Vikimənbə istifadəçiləri tərəfindən yaradılmış və heç yanda nəşr edilməyən mətnlər
  2. Əvvəllər nəşr edilməyən riyazi düsturlar və cədvəllər
  3. Proqramların ilkin kodları
  4. Statistik informasiyalar

Vikianbarda Vikimənbə ilə əlaqəli mediafayllar var.