Roy Orbison

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Roy Kelton Orbison
ing. Roy Kelton Orbison
Roy Orbison 1965.jpg
Ümumi məlumatları
Ləqəbləri Böyük O (The Big O)
Rokun Karuzosu (The Caruso of Rock)
Doğum tarixi 23 aprel 1936 (1936-04-23) (80 yaş)
Vernon, Texas, Flag of the United States.svg ABŞ
Vəfat tarixi 6 dekabr 1988 (52 yaşında)
Hendersonvill, Tennessi, Flag of the United States.svg ABŞ
Üslublar rok-n-roll
rokabilli
kantri
Fəaliyyət illəri 19541988
Albom şirkətləri Sun, Monument, MGM, London, Mercury, Asylum, PolyGram, Virgin
Veb saytı RoyOrbison.com
Əhəmiyyətli alətlər
Gibson ES-335
Fender Stratocaster

Roy Kelton Orbison (ing. Roy Kelton Orbison; 23 aprel 19366 dekabr 1988) — "Böyük O" (The Big O) ləqəbi ilə tanınan amerikalı müğənni və bəstəkar. Özünəməxsus səs tembri, mürəkkəb musiqi kompozisiyaları və gərgin emosional balladaları ilə məşhurluq qazanmışdır.

Orbison Texasda böyümüş və orta məktəbdə ikən rokabilli/kantri və vestern musiqi qruplarında ifa etməyə başlamışdır. Ən böyük uğurlarını 1960-1964-cü illərdə Monument Records şirkətində yazdırdığı və Billboard Top Forty siyahısında yer alan 22 mahnısı ilə qazanmışdır, o cümlədən "Only the Lonely", "Crying" və "Oh, Pretty Woman". 1970-ci illərdə karyerasında durğunluq yaşansa da, bəzi mahnılarının kaver-versiyalarının ifası və Devid Linçin 1986-cı ildə çəkdiyi "Blue Velvet" filmində onun "In Dreams" mahnısının ifa edilməsi, Orbisonun karyerasını yenidən canlandırdı. 1988-ci ildə o, Corc Harrison, Bob Dilan, Tom PettiCeff Linnlə birlikdə "Traveling Wilburys" superqrupuna qoşulur və həmin il yeni solo albomunu buraxır.

Roy Orbison 6 dekabr 1988-ci ildə Tennessidə, anasının evində ürək tutmasından vəfat etmişdir. O ard-arda müxtəlif faciələrlə üzləşmişdi, birinci həyat yoldaşının və iki böyük oğlunun müxtəlif hadisələrdə ölümü onu sarsıtmışdı.

Mükafatları[redaktə | əsas redaktə]

1987-ci ildə Orbison "Rok-n-roll Şərəf zalına" və "Naşvill bəstəkarların Şərəf zalına", 1989-cu ildə isə "Beynəlxalq bəstəkarlar assosiasiyasının Şərəf zalı"na qəbul edilmişdir. Rolling Stone jurnalının "Bütün dövrlərin ən yaxşı 50 ifaçısı siyahısı"nda 37-ci və 2008-ci ildə tərtib edilmiş "Bütün dövrlərin 100 ən yaxşı vokalistindən 20-si" siyahısında isə 13-cü yeri tutur.

2002-ci ildə "Billboard" jurnalı Orbisonun adını "600 ən çox yazılan artist" siyahısında 74-cü yerdə yerləşdirmişdi. 29 yanvar 2010-cu ildə Hollivuddakı Şöhrət yolunda Roy Orbisonun ulduzu qoyulmuşdur.

İl Mükafat Nailiyyət
1980 "Qremmi" mükafatı Emili Harrislə duetdə ən yaxşı vokal kantri ifasına görə
1986 "Qremmi" mükafatı Ən yaxşı danışıq albomuna və ya qeyri-musiqili alboma görə
1988 "Qremmi" mükafatı Ketrin Don Lanqla birlikdə ən yaxşı birgə vokal kantri ifasına görə
1989 "Qremmi" mükafatı The Traveling Wilburys qrupu ilə birlikdə ən yaxşı vokal rok ifasına görə
1990 "Qremmi" mükafatı Ən yaxşı vokal ifası
1998 "Grammy Lifetime Achievement Award" mükafatı Musiqi sənayesinin inkişafına verdiyi əvəzolunmaz töhfələrə görə

Diskoqrafiya[redaktə | əsas redaktə]

İl Albom Firma Qeyd Çartlarda ən yüksək yeri RIAA-nın ABŞ-da sertifikasiyası
Flag of the United States.svg ABŞ (Billboard 200)
[1]
Flag of the United Kingdom.svg Böyük Britaniya
[2]
Flag of Canada.svg Kanada
Flag of Norway.svg Norveç
[3]
Flag of Sweden.svg İsveç
[4]
Flag of Australia.svg Avstraliya
[5]
Flag of New Zealand.svg Yeni Zelandiya
[6]
Nielsen SoundScan
1961 Roy Orbison at the Rock House Sun
1961 Lonely and Blue Monument 15
1962 Crying Monument 21 17
1962 Roy Orbison's Greatest Hits Monument Toplu 13 Qızıl albom Flag of the United States.svg
Gümüş albom Flag of the United Kingdom.svg[7]
1963 In Dreams Monument 35 6
1964 More of Roy Orbison's Greatest Hits Monument Toplu 19
1964 Early Orbison Monument Toplu 101
1965 There Is Only One Roy Orbison MGM 55 10
1965 Orbisongs Monument 136 40
1966 The Orbison Way Monument 128 11
1966 The Classic Roy Orbison MGM 12 Qızıl albom Flag of the United States.svg
1966 The Very Best of Roy Orbison Monument Toplu 94
1967 Roy Orbison Sings Don Gibson MGM
1967 Cry Softly Lonely One MGM
1969 Roy Orbison's Many Moods MGM
1970 Hank Williams the Roy Orbison Way MGM
1970 The Big O London
1972 Roy Orbison Sings MGM Qızıl albom Flag of the United States.svg
1972 Memphis MGM
1973 Milestones MGM
1976 I'm Still in Love with You Mercury
1977 All-Time Greatest Hits Monument Toplu 39 4 26 Platin albom Flag of Canada.svg
1977 Regeneration Monument
1979 Laminar Flow Asylum
1985 Class of '55 PolyGram Toplu 15
1987 In Dreams: The Greatest Hits Virgin Toplu 95 86 2 Qızıl albom Flag of the United States.svg
Gümüş albom Flag of the United Kingdom.svg[7]
1988 For the Lonely: 18 Greatest Hits Rhino Toplu 110
1989 Mystery Girl Virgin Ölümündən sonra 5 2 4 1 1 1 7 Platin albom Flag of the United States.svg
3x Platin albom Flag of Canada.svg
Platin albom Flag of the United Kingdom.svg[7]
Qızıl albom Flag of the Netherlands.svg[8]
Qızıl albom Flag of Finland.svg[9]
1989 The Legendary Roy Orbison PolyGram Toplu 1 53 Platin albom Flag of Canada.svg
2x Platin albom Flag of the United Kingdom.svg[7]
1989 A Black & White Night Live Virgin Konsert 123 51 63 45 28 14
1992 King of Hearts Virgin Ölümündən sonra 179 23 69 25 18
1995 Super Hits Epic Toplu 54 Qızıl albom Flag of the United States.svg
1996 The Very Best of Roy Orbison Virgin Toplu 186 18 8 33 22 Gümüş albom Flag of the United Kingdom.svg[7]
1999 16 Biggest Hits Monument Toplu Qızıl albom Flag of the United States.svg
2000 20 Golden Hits TeeVee Toplu 69
2001 Love Songs Virgin Toplu 4 8 Qızıl albom Flag of the United Kingdom.svg[7]
2006 The Essential Roy Orbison Monument Toplu 62 6 5 39
2006 The Very Best of Roy Orbison Virgin Toplu 33 11 3

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Roy Orbison > Charts & Awards". Allmusic.
  2. "UK Singles Chart Roy Orbison discography". Arxivləşdirilib: [1] saytından 2011-08-27 tarixində. http://www.webcitation.org/61FtwiJoR. İstifadə tarixi: 2010-08-28.
  3. "norwegiancharts.com Roy Orbison discography". Arxivləşdirilib: [2] saytından 2011-08-27 tarixində. http://www.webcitation.org/61FtxRgcZ. İstifadə tarixi: 2010-08-28.
  4. "swedishcharts.com Roy Orbison discography". Arxivləşdirilib: [3] saytından 2011-08-27 tarixində. http://www.webcitation.org/61Fty5oBX. İstifadə tarixi: 2010-08-28.
  5. "australian-charts.com Roy Orbison discography". Arxivləşdirilib: [4] saytından 2011-08-27 tarixində. http://www.webcitation.org/61FtzpK17. İstifadə tarixi: 2010-08-28.
  6. "charts.org.nz Roy Orbison discography". Arxivləşdirilib: [5] saytından 2012-02-05 tarixində. http://www.webcitation.org/65DJIjSUC. İstifadə tarixi: 2010-08-28.
  7. 7,0 7,1 7,2 7,3 7,4 7,5 "Certified Awards Search". British Phonographic Industry. Retrieved on 8 September 2009. Note: User needs to enter "Roy Orbison" in the "Search" field, "Artist" in the "Search by" field and click the "Go" button. Select "More info" next to the relevant entry to see full certification history.
  8. "Goud & Platina". NVPI (in Dutch). Retrieved on 20 October 2008. Note: User needs to enter "Roy Orbison" in "Artiest" and click "Zoek".
  9. "Roy Orbison". The Finnish Group of IFPI (in Finnish).

Xarici keçidlər[redaktə | əsas redaktə]