Ana səhifə
Naviqasiyaya keç
Axtarışa keç
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycanca Vikipediyada 200.562 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 200.562 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Yevgeniya Medvedeva — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. O, karyerası ərzində ISU Qran-Pri turnirlərində 10 dəfə mübarizə aparıb və bunların 5-də qızıl, 2-də gümüş və 1-də isə bürünc medala sahib olub. 2015-ci ildə ISU ABŞ Qran-Prisinin, 2016-cı ildə ISU Fransa Qran-Prisi və ISU Kanada Qran-Prisinin, 2017-ci ildə ISU Rusiya Qran-Prisi və ISU Yaponiya Qran-Prisinin qızıl medallarına sahib olub. Yevgeniya Medvedeva ISU Qran-Pri turnirlərinin Çin mərhələsi istisna olmaqla digər beş mərhələsində — ABŞ, Fransa, Kanada, Rusiya və Yaponiya mərhələlərinin qalibi olan azsaylı idmançılardan biridir.
Yevgeniya Medvedeva 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. |
Həftənin yaxşı məqaləsi
Hüseyn bəy Şamlı — (şəkildə Şah İsmayılın 1508 tarixli fərmanlarından birində Hüseyn bəy Şamlının adının çəkildiyi təsvir olunub) Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk əmir-əl-ümərası və vəkili. Hüseyn bəy Lələ Şamlı I Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni 1502–1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi. 1504-cü ildə Yəzdin idarəsi də ona tapşırılmışdı. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir əl-üməra vəzifəsindən azad edilmiş, ulka və nökərləri Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı.
Hüseyn bəy Lələ Şamlı 1509-cu ildə Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə Herata vali göndərilmiş və 1514-cü ildə Çaldıran döyüşündə öldürülmüşdür. |
Həftənin seçilmiş siyahısı
Azərbaycan medallarının siyahısı — Azərbaycanda mövcud olan medalların siyahısı. Ölkənin müdafiəsində, dövlət quruculuğunda, iqtisadiyyatda, elmdə, mədəniyyətdə, incəsənətdə, təhsildə, sağlamlığın, vətəndaşların həyat və hüquqlarının müdafiəsində, xeyriyyəçilik fəaliyyətində və dövlət qarşısındakı digər görkəmli xidmətlərində fərqlənən vətəndaşların mükafatlandırılması formasıdır. Hal-hazırda Azərbaycanda 99 medal mövcuddur. "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "Qüsursuz xidmətə görə" medalı, "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı, "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı, "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı üç dərəcədən ibarətdir. |
Xəbərlər
- Məsud Pezeşkiyan (şəkildə) İranda keçirilən prezident seçkilərində qalib gəlib.
- Azərbaycan Milli Məclisi və Naxçıvan Ali Məclisi buraxılıb. Milli Məclisə və Ali Məclisə növbədənkənar parlament seçkiləri təyin edilib.
- Birinci Qarabağ müharibəsi döyüşçüsü Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
- "WikiLeaks"in qurucusu Culian Assanc ABŞ hökuməti ilə razılığa gələrək azadlığa buraxılıb.
Aktual hadisələr: İsrail–Həmas müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Tarixdə bu gün
Bilirsinizmi…
Vikipediya məqalələrindən:
- Laymen Frenk Baumun "Öz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan "Tik-Tok" (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
- Azərbaycan kinosunda ilk dəfə Stalin və Mir Cəfər Bağırovun obrazı Bakı neftçiləri haqqında bəhs edən "Bakının işıqları" filmində yaradılmışdır.
- Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
- Axtarış sistemi "Google"-a "What is the loneliest number?" (azərb. Ən tənha ədəd hansıdır?") yazdıqda nəticə kimi "1" ədədi çıxır.
- Hinduizm dinində olan sati ritualına görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi