Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 200.186 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 200.186 məqalə mövcuddur.
Amerika Birləşmiş Ştatları və ya qısaca ABŞ — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir.
Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər. Avropalıların kolonizasiyası XVI əsrdə başlamışdır. ABŞ şərq sahili boyunca qurulan On üç ingilis koloniyasından yarandı. Fransız-hindu müharibəsindən sonra Böyük Britaniya ilə koloniyalar arasında çoxsaylı mübahisələr 1775-ci ildə başlamış Amerika inqilabına və ardından 1776-cı ildə ABŞ istiqlal bəyannaməsi ilə nəticələndi. Müharibə ABŞ-nin Avropa hakimiyyətindən müstəqillik əldə edən ilk ölkə olması ilə 1783-cü ildə başa çatdı. Mövcud konstitusiya 1788-ci ildə qəbul edilmiş və bir çox fundamental vətəndaş azadlıqlarını təmin etmək üçün ümumilikdə hüquqlar haqqında Bill adlanan ilk on dəyişikliklə 1791-ci ildə ratifikasiya edilmişdir. ABŞ XIX əsrdə Şimali Amerikada güclü bir genişlənməyə başladı, yeni torpaqlar aldı, yerli amerika qəbilələrini köçürdü və 1848-ci ildə qitəyə yayılanadək tədricən ştatları qəbul etdi. |
Dinosaur Game — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır.
İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna |
Rusiya imperatorlarının siyahısı — 22 oktyabr 1721-ci ildə I Pyotr (şəkildə) tərəfindən Senatın xahişi ilə Şimal müharibəsindəki qələbədən sonra qəbul edilmiş 1917-ci il Fevral inqilabına qədər mövcud olmuş Rusiya imperatoru titulu və bu titula sahib imperatorların siyahısı.
200 ilə yaxın mövcud olan bu titulu rəsmi olaraq 14 imperator/imperatiça daşımışdır. |
- Vərziqanda baş vermiş helikopter qəzası nəticəsində İran prezidenti İbrahim Rəisi (şəkildə), İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanınındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi və Şərqi Azərbaycan ostanının general-qubernatoru Mələk Rəhməti həlak olub. İranda 5 günlük matəm elan olunub.
- Minifutbol üzrə Dünya Çempionatı 2025-ci ildə Bakıda keçiriləcək.
- Hidayət Heydərov Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində dünya çempionatında qazanılan ikinci qızıl mükafatdır.
- Fransa Dənizaşırı Bölgələr Birliyinin inzibati ərazilərindən olan Yeni Kaledoniyada 13 may tarixində başlamış etirazlar nəticəsində ən azı 6 nəfər həlak olub. Fransa etirazları yatırmaq məqsədilə adaya xüsusi təyinatlı birliklərini göndərib.
- Rusiya Silahlı Qüvvələri 10 may tarixindən etibarən otuz min nəfərlik canlı qüvvə ilə Ukraynanın Xarkov şəhərini ələ keçirmək üçün hərbi əməliyyatlara başlayıb.
- 68-ci Avroviziya Mahnı Müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemo Mettler olub.
Aktual hadisələr: İsrail–Həmas müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda müharibə
- Nərimanov rayonunda Fətəlixan Xoyski küçəsinə və Heydər Əliyev prospektinə paralel olan Təbriz küçəsinin keçmiş adı Çapayev olmuşdur.
- Ölü dilə çevrilmək üzrə olan Yurakare dilində 2004-cü ilin məlumatına görə təxminən 2700 nəfər danışır.
- Alban yazıçısı olan Musine Kokalari (şəkildə) Albaniyada kitabı çap edilən ilk qadın yazardır.
- Tempera rəssamlıq texnikası ənənəvi olaraq, yumurta, yapışqan, su, bal və müxtəlif bitki yapışqanları kimi vasitələr və ya boyalara əllə narın hala salınmış tozvari piqmentlərlərin əlavə olunması ilə yaradılır.
- Aleksandr sütununu bəzən Aleksandr Puşkinin “Abidə” şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar.
- Praqa qəsrində yerləşən barokko üslublu Lobkovitz sarayı şəxsi mülkiyyətdə olan Praqa qəsrinin yeganə binasıdır.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi