Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 199.658 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 199.658 məqalə mövcuddur.
Dağıstan azərbaycanlıları — Azərbaycan türklərinin və ya azərbaycanlılarının Dağıstanda məskunlaşmış bir hissəsi. 2021-ci il siyahıyaalınmasına görə, Dağıstan Respublikasında yaşayan azərbaycanlıların sayı 116.907 nəfərdir. Bu say ilə azərbaycanlılar bölgədə ən çox yayılmış VII etnik qrupdurlar.
Dağıstan azərbaycanlıları Dağıstan tarixində mühüm yeri tutmaqdadırlar. Xüsusən Cənubi Qafqazda Türk tayfalarının mövqesinin güclənməsindən sonra Dağıstanda da türklərin və ya azərbaycanlıların mövqeləri güclənməyə, yeni yaşayış məntəqələri meydana çıxmağa başlamışdır. Səfəvi imperiyası və ya onlardan sonrakı Əfşar sülaləsi dövründə bölgəyə hərbi yürüşlərin həyata keçirilməsi regiondakı azərbaycanlı varlığını daha da gücləndirmişdir. |
Osman ağa Gülməmmədov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
Birinci Dünya müharibəsində, Bakı döyüşündə, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. Birinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığa görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı, ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalları ilə, Bakı döyüşündə göstərdiyi qəhrəmanlığa görə "Məcidiyyə" ordeni ilə, Türkiyə İstiqlaliyyət Müharibəsində göstərdiyi qəhrəmanlığa görə isə "İstiqlal" medalı ilə təltif edilib. |
UEFA İntertoto Kubokunu qazanan məşqçilərin siyahısı — UEFA İntertoto Kuboku turniri Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa Futbol Assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi. Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dəyandırıldı.
1995-ci ildə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. İlk qalib məşqçilər isə fransız Jaki Duqperoks və yuqoslaviyadan Slavolub Muslin oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil üç klub qazanmağa nail oldu. Burada isə fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı. |
- Aydın Süleymanlı kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.
- Malıbəylidə kütləvi məzarlıq aşkar edilib.
- Danimarkanın Kopenhagen şəhərindəki tarixi Börsen (şəkildə) yanıb.
- İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi hava hücumuna cavab olaraq İran İsrailə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
- Rusiya–Ukrayna müharibəsinin növbəti həlledici mərhələlərindən biri Donetsk vilayətinin Çasov Yar şəhərinə nəzarəti ələ keçirmək uğrunda aparılan döyüşlər 6 aprel tarixindən etibarən başlayıb.
- Azərbaycan polyaklarından olan mexanik və mesenat Vitold Zqlenitski xeyriyyəçilik fəaliyyətlərinə görə Bakıda Polşalı Nobel kimi tanınırdı.
- Behbud Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
- Hyu Qlass (şəkildə) qrizli ayısı tərəfindən hücuma məruz qalmasına baxmayaraq 200 mil (320 km) məsafə qət edərək, sağ qalmağı bacarmışdır.
- XX əsrdə Amerikada kommunistlərə qarşı Qırmızı təhlükə təbliğatı aparılmışdır.
- Edqar Allan Ponun Qələbəliklərin adamı hekayəsi əsas obrazın London küçələrində tanımadığı bir nəfəri təqib etməsindən bəhs edir.
- 1930-cu illərin əfsanəvi mafiya rəhbərlərindən olan Al Kapone bir müddət Kaliforniya ştatının, San Fransisko şəhərində yerləşən Alkatraz həbsxanasında saxlanılmışdır.
- Rus mistik Qriqori Yefimoviç Rasputinin ölümündən sonra evində tapılmış məktublarında sui-qəsd yolu ilə öldürüləcəyini yazmışdır.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi