Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 199.262 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 199.262 məqalə mövcuddur.
Krım tatarlarının deportasiyası — 18-20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir.
Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlər və Qırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi. Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. (Davamı...) |
Əlirza Fərşi — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu.
2014-cü ilin fevral ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs və Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib. Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və bir sıra başqa təşkilat və qurumlarla birlikdə dərhal azad edilməsi tələb edilib. O, həm də Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Fondunun qurucusudur. |
İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyahısı — Azərbaycan Respublikasının Prezidenti 2003-cü il oktyabr ayının 31-dən 2009-cu ilin iyun ayının 20-dək dünyanın 40 ölkəsinə 114 dəfə səfərə getmişdir. Bu səfərlərin 44-ü dövlət və rəsmi, 70-i isə işgüzar səfərlər olmuşdu. Səfərlərin 75 faizi Avropa ölkələrinin payına düşür. Belə ki, Prezident İlham Əliyev bu dövrdə Rusiya Federasiyasında 19, Türkiyə Cümhuriyyətində 10, Gürcüstanda 6, İran İslam Respublikasında 3 dəfə səfərdə olmuşdur.
O, həmçinin 7 dəfə Fransaya, 5 dəfə Polşa və Qazaxıstana, 4 dəfə Rumıniya və İsveçrəyə, 3 dəfə Almaniya, Belçika və Səudiyyə Ərəbistanı Krallığına, 2 dəfə ABŞ, Macarıstan, Yunanıstan, Slovakiya, İtaliya, Çin, Belarus, Tacikistan, Vatikan və Litvaya səfərə getmişdir. Prezident bu dövrdə, həmçinin, Küveyt, Çexiya, Özbəkistan, Pakistan, Böyük Britaniya, Moldova, Xorvatiya, Bolqarıstan, Yaponiya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Misir, İordaniya, Finlandiya və Türkmənistan dövlətlərinin hər birində bir dəfə səfərdə olmuşdur. |
- Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində azı 133 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
- Prabovo Subianto (şəkildə) İndoneziyanın 8-ci prezidenti seçilib.
- Dünyada ilk dəfə geni dəyişdirilmiş donuzun böyrəyi canlı insana uğurla köçürülüb.
- BMT Baş Assambleyası süni intellektin tənzimlənməsinə dair ilk qətnaməni qəbul edib.
- Vyetnam prezidenti Vo Van Txıonq istefa verib.
- Vladimir Putin beşinci dəfə Rusiya prezidenti seçilib.
- Dragon Ball kitabının müəllifi, yapon manqa rəssamı Akira Toriyama 68 yaşında vəfat edib.
- "Oskar" mükafatının 96-cı təqdimetmə mərasimində Oppenheymer filmi 7 kateqoriya üzrə mükafat qazanıb: Ən yaxşı kişi roluna görə Oskar mükafatına filmin baş rol ifaçısı Killian Mörfi sahib olub.
- İsveçin bayrağı alyansın 32-ci üzvü kimi ilk dəfə NATO-nun baş qərargahında qaldırılıb.
- "Yaponiya raketçiliyinin atası" hesab olunan Hideo İtokava (şəkildə) 1955-ci ildə Yaponiyanın bərk yanacaqla işləyən ilk raketini hazırladığı üçün "Doktor Raket" ləqəbini qazanmışdır.
- 2014-cü ildə əsası qoyulmuş San-Marino məbədi Avropada yerləşən ilk və yeganə rəsmi şintoist məbədi olmaq xüsusiyyətini daşıyır.
- Cənubi afrikalı Sandra Leynq ağdərili ailədə doğulmasına baxmayaraq, 1966-cı ildə karandaş testini keçə bilmədiyi üçün CAR hökuməti tərəfindən doğum irqi ağdan rəngliyə dəyişdirilmişdir.
- Finlandiyanın "Hanoi Rocks" qrupunun adı Hanoyda hazırlanan "Hanoy qayası" adlı çəhrayı rəngli heroin növündən götürülmüşdür.
- Tokio şəhərində yerləşən Nişirokuqo parkındakı heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı kimi tanınır və parkın girişində şinlərdən hazırlanmış Qodzilla heykəli yerləşir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi