Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən sporadik və adətən lokal xarakter daşıyan təqiblər. Roma ilkin olaraq Roma paqanizmiellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı.

Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir. Desinin dövründə xristianların təqibi xüsusilə genişmiqyaslı olmuşdur. İmperator I Valerianın (253–260) dövründəki təqib onun İran–Roma müharibələri zamanı baş tutan Edessa döyüşündə Sasani imperiyasının şahənşahı I Şapur (240–270) tərəfindən əsir götürülməsi ilə sona çatmışdır. Onun xələfi Qallien (253–268) təqiblərə müvəqqəti olaraq son qoymuşdur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferinə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Sword Art Online seriyalarının siyahısıReki Kavahara tərəfindən yazılan və abec tərəfindən çəkilən eyniadlı fentezi ranobe seriyası əsasında çəkilmiş anime serialının seriyaları haqqındadır. Anime serialı A-1 Pictures, Genco və SAO Project tərəfindən istehsal olunmuş və Tomohiko İtonun rejissorluğu ilə çəkilmişdir.

Serial iki arka bölünmüşdür: Aynkrad və Pəri rəqsi. Anime serialı Sword Art Online (SAO) adlı virtual reallıq dünyasında ilişmiş Kazuto "Kirito" KiriqayaAsuna Yuukinin başına gələn hadisələrdən bəhs edir. Onlar oyundan azad olmaq üçün 100 mərtəbəni təmizləməli və final bossu məğlub etməlidirlər. Ölüm oyunundan 3 ay sonra Kirito Asunanın bu dəfə SAO-nun xələfi olan və insanların pəri rolunda çıxış etdikləri ALfheim Online (ALO) adlı başqa virtual reallıq oyununda ilişdiyini öyrənir. Kirito oyuna daxil olur və bacısı Suquha "Lifa" Kiriqaya ilə birlikdə Asunanı xilas etməyə çalışır.

Anime serialı 8 iyul 2012-ci ildən 23 dekabr 2012-ci ilə kimi Tokyo MX kanalında yayımlanmış və 25 seriya davam etmişdir. Daha sonra başqa 12 kanal tərəfindən yayımlanmışdır. Aniplex of Amerika animeni ingilis dilinə dublaj etmiş və 27 iyul 2013-cü ildə Adult Swim-in Toonami blokunda yayımlamağa başlamışdır.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli