Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 196.945 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 196.945 məqalə mövcuddur.
Quba xanlığı — 1680–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoydu. O, əvvəlcə xanlığı hakim kimi, Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başladı. Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən isə Quba şəhəri oldu. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi.
Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı xanlığı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Müşkür, Bərmək və digər mahallar vardı. XVIII əsrin ortalarında Quba xanlığının taxtına Hüseynəli xan keçdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi. |
Alxanlı hücumu (2017) — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür.
Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür. Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. |
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı — İsveç Kral Elmləri Akademiyası tərəfindən hər il iqtisadi elmlər sahəsində araşdırma aparan tədqiqatçılara verilir.
İlk mükafatın qalibləri 1969-cu ildə Raqnar Friş və Yan Tinberqen olmuşdur. Hər bir laureat medal, diplom və miqdarı hər il dəyişən pul mükafatı alır. 1969-cu ildə Tinberqen və Frişə 375,000 İsveç kronu verilmişdi(bu pul 2007-ci ildə 2,871,041 İsveç kronudur). Mükafat Stokholmda Alfred Nobelin vəfatının ildönümü olan dekabrın 10-da illik mərasimdə təqdim olunur 2018-ci ildəki mükafatla birlikdə 50 İqtisadiyyat üzrə Nobel mükafatı 81 şəxsə verildi. 2007-ci ilə qədər 9 mükafatla ən çox mükafatın əldə edildiyi sahə makroiqtisadiyyatdır. 2018-in oktyabrından etibarən ən çox laureata sahib universitet 32 laureatla Çikaqo Universiteti olmuşdu. |
- 7 fevral 2024 ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
- Hindistanda “Miçaunq” qasırğası nəticəsində ən azı 17 nəfər həlak olub.
- İndoneziyanın Sumatra adasında Marapi vulkanının püskürməsi (şəkildə) 22 nəfərin ölümünə səbəb olub.
- Azərbaycan Milli Məclisi keçmiş Ağdərə rayonunun bərpa edilməsi ilə bağlı qanun layihəsini təsdiqlədi.
- Hindistanın Uttarakhand bölgəsində yol tunelinin çökməsi nəticəsində dağıntı altında qalan 41 işçinin hamısı 17 gün sonra xilas edilib.
- ABŞ-nin Boliviyadakı keçmiş səfiri Kuba hakimiyyətinə işləmək ittihamı ilə saxlanılıb.
- ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.
- Azərbaycanlı alim Yalçın Əlizadə 83 yaşında vəfat edib.
- Pedro Sançes Kataloniya müstəqillik hərəkatı üzvlərinə amnistiya tətbiq edən razılaşmadan sonra yenidən İspaniyanın baş naziri seçilib.
- 1918 — ADR Parlamentinin (şəkildə) birinci iclası keçirilib.
- 1922 — Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib.
- 1941 — Yaponiya ABŞ-ın Havay adalarındakı "Pörl Harbor" hərbi dəniz bazasını, Filippin adalarını və Britaniya Malayziyasını bombardman edib.
- 1975 — İndoneziya ordusu yeni müstəqillik qazanmış keçmiş Portuqaliya müstəmləkəsi — Şərqi Timoru ilhaq edib. Lissabon Cakarta ilə əlaqələri kəsib.
- 1985 — Terrorçular Parisdə mağazalar şəbəkəsində 41 nəfərin ölümünə səbəb olan partlayışlar törədiblər.
- 1988 — Ermənistanın şimalında baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə, ölənlərin sayı 25 000 nəfəri keçib.
- Yapon dili Yaponiyadan sonra təkcə Palauda rəsmi dövlət kimi istifadə olunur. İkinci Dünya müharibəsi zamanı yapon işğalı altında olmuş ölkənin bir çox adasında hələ də müxtəlif yapon miraslarına rast gəlmək mümkündür.
- Palau bayrağının mərkəzindəki ay təsviri ölkə mədəniyyəti üçün xüsusi məna kəsb edir. Tam ay ənənəvi olaraq balıq ovu, əkin və digər fəaliyyətlər üçün ən yaxşı vaxt hesab olunur.
- Dünyadakı ən nadir meduza növləri Palaunun Eyl Malk adasının cənubunda yerləşən Meduza gölündə yaşayır. Gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Göl Sakit okeandan eni 200 metr olan ensiz quru xəttlə ayrılır. Dərinliyi 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdır.
- Palau dünyada ordusu olmayan ölkələrdən biridir. Əvvəllər ABŞ-nin ərazilərindən biri olan ölkə 1979-cu ildə müstəqilliyini elan etdikdən sonra öz təhlükəsizliyini ABŞ Silahlı Qüvvələrinə etibar etmişdir. 18 min əhalisi olan ölkənin min nəfərə yaxın vətəndaşı ABŞ ordusunda xidmət edərək təqaüdə çıxmışdır. 2023-cü ilin məlumatlarına əsasən 500 palaulu ABŞ Silahlı Qüvvələrində könüllü kimi xidmət edir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi