Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 196.684 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 196.684 məqalə mövcuddur.
Qozbel balina — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü.
Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. Qozbel balinalar özlərinin vokal repertuarına malikdir. Bu mahnılar onların cütləşmə dövründə mühüm rol oynayır. Dişilər rəngarəng səslər buraxmasına baxmayaraq, erkəklər daha melodik və davamlı mahnılar ifa edirlər. Qozbel balinaların mahnısı müəyyən musiqili hissələrdən və "ifadələrdən" ibarətdir. Bu səslər 40–5000 diapazonda olur. Musiqi 6–35 dəqiqə davam edir. Fasilələrlə "konsert" bir necə saatdan bir necə günə qədər davam edə bilir. Erkəklər balalı dişilərin yaxınlığında uzun müddət üzərək davamlı səslər çıxarır. |
Krım Kommunist Partiyası — Ukraynada, Krımda fəaliyyət göstərmiş kommunist partiyası. 1993-cü ildə Krım Kommunistlər İttifaqının (ukr. Союз Комуністів Криму), 1997-ci ildə partiya Ukrayna Kommunist Partiyasının bir hissəsi olmuşdur. Krım Kommunist Partiyasının lideri Leonid Qraç idi. Partiyanın üzvləri 57 min nəfərdən ibarət idi. Çap orqanı "Kommunist Krıma" qəzeti idi.
SSRİ-nin dağılmasından və 1991-ci ildə SİKP-ninfəaliyyətinin qadağan edilməsindən sonra Ukrayna Kommunist Partiyası Krım Respublika Komitəsinin keçmiş birinci katibi Leonid İvanoviç Qraç yarımadada kommunist təşkilatı yaratmağa başlamışdı. Krım Kommunist Partiyasının yaradılmasında Leonid Qraçın köməkçiləri Sergey Vorobyov və Yuri Aksyutin əhəmiyyətli rol oynamışdır. 1992-ci ilin yayında Ukraynada o dövrdə ilk və yeganə marksist–leninist partiyası "Krım Kommunistləri İttifaqı" qeydiyyata alınmışdır. Onun lideri Leonid Qraç idi. Yeni partiyaya yarımadanın 14 şəhər və rayon təşkilatı daxil idi, onun 10 min üzvü var idi. Ukrayna Xristian-Demokrat Partiyası (UXDP) bəyan etmişdi ki, o, "Kommunistlər İttifaqı"nın tanınmasını irtica qüvvələrinə böyük dərəcədə güzəşt və köhnə rejimin reanimasiyasının başlanğıcı hesab edir. UXDP müstəqil demokratik Ukraynanın inkişafına mane olan kommunistlərə qarşı mübarizənin başladığını da elan etmişdi. |
Fate/Zero seriyalarının siyahısı — Bu siyahı Fate/Zero seriyaları barədə məlumatları əhatə edir.
Fate/Zero (フェイト/ゼロ, Feito/Zero?, azərb. Tale/Sıfır) Ufotable animasiya studiyası tərəfindən eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialdır. Anime serialının rejissoru Ey Aoki, ssenaristləri isə Akira Hiyama və Akihiro Yoşidadır. Personajların ilkin dizaynlarını Takaşi Takeuçi hazırlamış, Atsuşi İkariya və Tomonori Sudo orijinal dizaynlardan istifadə edərək anime üçün personajları dizayn etmişdirlər. Anime üçün musiqi Yuki Kaciura tərəfindən bəstələnmişdir. Anime serialı Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanında baş verən hadisələrin 10 il əvvəlidir: yeddi ustanın və yeddi xidmətçinin Fuyuki şəhərində ortaya çıxacaq Müqəddəs qədəhi əldə etmək üçün qatıldıqları Dördüncü Müqəddəs qədəh müharibəsi animenin mövzusudur. (Davamı...) |
- Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində qız və oğlanlar arasında keçirilən şahmat üzrə dünya birinciliyində 11 oyundan 9,5 xal toplamaqla dünya çempionu olub.
- Xavyer Xerardo Miley (şəkildə) Argentina prezidenti seçilərək dünya tarixində ilk libertarian prezident olub.
- Azərbaycan Milli Məclisinə keçmiş Ağdərə rayonunun bərpa edilməsi ilə bağlı qanun layihəsi daxil olub.
- Somalidə daşqınlar nəticəsində 41 nəfər ölüb, 1,7 milyon insana zərər dəyib.
- Pedro Sançes Kataloniya müstəqillik hərəkatı üzvlərinə amnistiya tətbiq edən razılaşmadan sonra yenidən İspaniyanın baş naziri seçilib.
- Azərbaycanın şahmat millisi Avropa çempionatında gümüş medal qazanıb
- Oktyabr ayının 1-i vəziyyətinə hesablanmış Azərbaycan əhalisinin sayı 10.168.369 nəfər təşkil edib.
- 1642 — Holland səyyahı Abel Tasman Avstraliya ətrafında, sonradan onun şərəfinə adlandırılacaq adalar qrupunu kəşf edib.
- 1859 — Çarlz Darvinin (şəkildə) "Növlərin mənşəyi" kitabı nəşr edilib. Kitabın 1250 nüsxəlik ilk tirajı dərhal satılıb.
- 1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.
- 1945 — BMT-nin Nizamnaməsi ratifikasiya olunub və o rəsmən fəaliyyətə başlayıb.
- 1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.
- 1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.
- 1992 — ABŞ Konqresi "Azadlığı Müdafiə Aktı"na Azərbaycanın əleyhinə olan 907-ci düzəlişi qəbul edib.
- 2006 — Mehriban Əliyeva "İSESKO-nun Xoşməramlı səfiri" adına layiq görülüb.
- Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində fəaliyyət göstərən Pxenyan metrosu dünyanın ən dərin metrolarından biridir. 1973-cü ildən etibarən fəaliyyət göstərən metro sisteminin eskalator dərinliyi 110 metrə yaxındır. Metronun belə dərində inşa edilməsinin səbəblərindən biri kimi onun həm də nə bomba sığınacağı kimi də istifadə edilə bilmə ehtimalı göstərilmişdir.
- Oraq, çəkic və yazı fırçası Şimali Koreyada hakim Koreya Fəhlə Partiyası bayrağında yer alır Çuçxe idealogiyasının əsas simvolu kimi ölkənin bir çox yerində təbliğat məqsədli istifadə edilir.
- ABŞ ordusunun keçmiş hərbçisi olmuş Ceyms Cozef Dresnok Koreya müharibəsi zamanı Şimali Koreya tərəfə keçmiş və burada yaşamağa başlamışdır. Dresnok Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin rəhbərliyi altında çəkilmiş bir çox təbliğat filmində rol almış, həyatına paytaxt Pxenyanda ingilis dili müəllimi kimi davam etdirmişdir.
- Şimali Koreyada vahid Koreya anlayışı mövcuddur. Ölkə paytaxtında yerləşən Birləşmə Tağı abidəsi də, cənubla gələcəkdə baş verə biləcək birləşməni simvolizə edir.
- 1994-1998-ci illərdə Şimali Koreyada baş vermiş aclıq nəticəsində 3.5 milyon insanın həlak olduğu ehtimal edilir. Gənclər aclıqdan xilas olmaq üçün nisbətən müntəzəm qidaların verildiyi Koreya Xalq Ordusuna qoşulmuşdular. Koreya Xalq Ordusu tarixinə ilk dəfə olaraq həqiqi hərbi xidmət üçün nəzərdə tutulmuş minumum boy həddi tələbini aradan qaldırmışdır.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi