Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Qozbel balinaheyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü.

Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır.

Qozbel balinalar özlərinin vokal repertuarına malikdir. Bu mahnılar onların cütləşmə dövründə mühüm rol oynayır. Dişilər rəngarəng səslər buraxmasına baxmayaraq, erkəklər daha melodik və davamlı mahnılar ifa edirlər. Qozbel balinaların mahnısı müəyyən musiqili hissələrdən və "ifadələrdən" ibarətdir. Bu səslər 40–5000 diapazonda olur. Musiqi 6–35 dəqiqə davam edir. Fasilələrlə "konsert" bir necə saatdan bir necə günə qədər davam edə bilir. Erkəklər balalı dişilərin yaxınlığında uzun müddət üzərək davamlı səslər çıxarır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Krım Kommunist PartiyasıUkraynada, Krımda fəaliyyət göstərmiş kommunist partiyası. 1993-cü ildə Krım Kommunistlər İttifaqının (ukr. Союз Комуністів Криму), 1997-ci ildə partiya Ukrayna Kommunist Partiyasının bir hissəsi olmuşdur. Krım Kommunist Partiyasının lideri Leonid Qraç idi. Partiyanın üzvləri 57 min nəfərdən ibarət idi. Çap orqanı "Kommunist Krıma" qəzeti idi.

SSRİ-nin dağılmasından və 1991-ci ildə SİKP-ninfəaliyyətinin qadağan edilməsindən sonra Ukrayna Kommunist Partiyası Krım Respublika Komitəsinin keçmiş birinci katibi Leonid İvanoviç Qraç yarımadada kommunist təşkilatı yaratmağa başlamışdı. Krım Kommunist Partiyasının yaradılmasında Leonid Qraçın köməkçiləri Sergey Vorobyov və Yuri Aksyutin əhəmiyyətli rol oynamışdır. 1992-ci ilin yayında Ukraynada o dövrdə ilk və yeganə marksist–leninist partiyası "Krım Kommunistləri İttifaqı" qeydiyyata alınmışdır. Onun lideri Leonid Qraç idi. Yeni partiyaya yarımadanın 14 şəhər və rayon təşkilatı daxil idi, onun 10 min üzvü var idi.

Ukrayna Xristian-Demokrat Partiyası (UXDP) bəyan etmişdi ki, o, "Kommunistlər İttifaqı"nın tanınmasını irtica qüvvələrinə böyük dərəcədə güzəşt və köhnə rejimin reanimasiyasının başlanğıcı hesab edir. UXDP müstəqil demokratik Ukraynanın inkişafına mane olan kommunistlərə qarşı mübarizənin başladığını da elan etmişdi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Fate/Zero seriyalarının siyahısı — Bu siyahı Fate/Zero seriyaları barədə məlumatları əhatə edir.

Fate/Zero (フェイト/ゼロ, Feito/Zero?, azərb. Tale/Sıfır‎) Ufotable animasiya studiyası tərəfindən eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialdır. Anime serialının rejissoru Ey Aoki, ssenaristləri isə Akira Hiyama və Akihiro Yoşidadır. Personajların ilkin dizaynlarını Takaşi Takeuçi hazırlamış, Atsuşi İkariya və Tomonori Sudo orijinal dizaynlardan istifadə edərək anime üçün personajları dizayn etmişdirlər. Anime üçün musiqi Yuki Kaciura tərəfindən bəstələnmişdir. Anime serialı Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanında baş verən hadisələrin 10 il əvvəlidir: yeddi ustanın və yeddi xidmətçinin Fuyuki şəhərində ortaya çıxacaq Müqəddəs qədəhi əldə etmək üçün qatıldıqları Dördüncü Müqəddəs qədəh müharibəsi animenin mövzusudur. (Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli