Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 196.248 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 196.248 məqalə mövcuddur.
Müqəddəs Georgi kafedralı — ətrafındakı Müqəddəs Böyük Bazili ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744–1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir.
Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir. 1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsünkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlar və hökmdar bağı (1772) yerləşir. |
Fleş (II mövsüm) — ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır.
Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər. İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. (Davamı...) |
Fullmetal Alchemist fəsillərinin siyahısı — yapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır.
Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir. |
- Daniel Noboa (şəkildə) Ekvador prezidenti seçilib.
- Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
- İqtisadiyyat üzrə Nobel mükafatı amerikalı alim Klaudiya Qoldinə verilib. O, qadınların əmək bazarının nəticələrinə dair anlayışlarını təkmilləşdirdiyinə görə sözügedən mükafata layiq görülüb.
- HƏMAS-ın Qəzzə zolağı üzərindən İsrailə qarşı təşkil etdiyi hücumlar nəticəsində azı 710 fələstinli və 900-dən çox İsrail vətəndaşı həlak olub, 6 minə yaxın şəxs yaralanıb. 137 minə yaxın fələstinli yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
- Həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi qadın hüquqları və demokratiya uğrunda, eləcə də ölüm cəzasına qarşı mübarizəsinə görə cümə günü Nobel Sülh Mükafatına layıq görülüb.
- Muna Mahmudnizad 1983-cü ilin 18 iyun tarixində İranın Şiraz şəhərində, Bəhai dininə mənsub uşaqlara evində təhsil verdiyi üçün digər 9 qadınla birliklə asılaraq edam edilib. İranda 350 minə yaxın bəhai inancına mənsub şəxs yaşasa da, onların rəsmi şəkildə öz inanclarını yaşamaq və təbliğ etmək hüquqları yoxdur.
- 1978-ci ilin 19 avqust tarixində İranın Xuzistan ostanının Abadan şəhərində yerləşən Reks kinoteatrda baş vermiş yanğın nəticəsində 470 nəfərə yaxın şəxs həlak olmuşdur. Qəsdən törədilən yanğının əsil təşkilatçıları bu gün belə məlum deyil.
- İran Parlamentində dini və etnik azlıqlar üçün 5 yer rezerv edilmişdir. Hər parlament seçkiləri zamanı iran erməniləri üçün 2, aysorlar, yəhudilər və zərdüştlərin hərəsi üçün də 1 millət vəkili olmaqla ölkə parlamentində təmsil olunmaqları təmin edilir.
- 1972-ci ilin 3 fevral tarixindən 9 fevral tarixinə qədər davam etmiş şiddətli çovğun İran tarixinin ən dəhşətli qar çovğunu hesab olunur. 6 gün ərzində 9 metr hündürlüyündə qarın yağması nəticəsində, 200-ə yaxın kənd qar altında qalıb və xəritədən tamamilə silinmişdir.
- Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr və 16 oktyabr tarixləri aralığında İranın antik Persepolis şəhərində təşkil edilmiş İran monarxiyasının 2500 illiyi ziyafəti təşkil edilməsinə 2022-ci il məzənnəsi ilə 950 milyon ABŞ dolları xərclənmişdir. Parisin dəbdəbəli Maxim's restoranı ziyafətlə əlaqədar olaraq iki həftə bağlanılmış və bütün heyəti İrana gələrək ziyafətin təşkili ilə məşğul olmuşdular. Xalqın iqtisadi çətinlik çəkdiyi bir dövrdə baş tutan dəbdəbəli ziyafət İran İslam İnqilabının başlanmasında əsas qığılcımlardan biri olaraq qəbul edilmişdir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi