Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 195.627 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 195.627 məqalə mövcuddur.
Şeytan — İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafora, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir.
Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. |
Abxaziyada müharibə — 1992-1993-cü illərdə Gürcüstan hökumət qüvvələri ilə Abxaziya separatçı qüvvələri, Rusiya hökumət silahlı qüvvələri və Şimali Qafqaz silahlıları arasında olan hərbi münaqişə. Müharibə zamanı Abxaziyada yaşayan etnik gürcülər əsasən Gürcüstan hökumət qüvvələrinin tərəfində çıxış etmişdilər. Abxazlar, erməni və ruslar isə müharibədə Abxaz separatçıları tərəfdə döyüşmüşdülər. Müharibə zamanı separatçılar minlərlə Şimali Qafqaz və Kazak yaraqlılarından və Abxaziya sərhədində yerləşən Rusiya Federasiyası hərbi qüvvələrindən dəstək almışdılar.
Bu münaqişənin alovlanması Gürcüstanda vətəndaş müharibəsi (devrilmiş Gürcüstan prezidenti Zviad Qamsaxurdiya tərəfdarları arasında - 1991-1992-ci illərdə və dövlət çevrilişindən sonra Eduard Şevardnadzenin rəhbərliyi ilə) gedişində baş verdi və Abxaziyada gürcülərin vəziyyətini daha da ağırlaşdırdi. Hələ üstəlik 1989-cu ildən bəri Cənubi Osetiya münaqişəsi də davam edirdi. |
Merilin Monronun filmoqrafiyası — amerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir. 1945-ci ildə Monro fotomodel karyerasına başlayıb, 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb. O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb.
Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub. 1949-cu ildə o Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır. 1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb. |
- Vaqner qrupunun rəhbəri Yevgeni Priqojini və digər qrup mənsublarını Moskvadan Sankt-Peterburq şəhərinə aparan təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər (7 sərnişin, 3 ekipaj) həlak olub.
- Hindistanın Çandrayan-3 Ay missiyasının Vikram modulu Ay səthinə uğurlu eniş edib. Bu barədə eniş əməliyyatını canlı yayımlayan Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.
- Dünya şöhrətli İtaliya müğənnisi, bəstəkar Toto Kutunyo (şəkildə) vəfat edib. Məlumata görə, pop veteranı 80 yaşında Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib.
- İranda casusluqda ittiham edilərək həbs edilən Fərid Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib.
- Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının vilayət hərbi komissarlıqlarının bütün rəislərinin işdən azad olunmasını nəzərdə tutan qərarını təsdiqləyib.
- Kambocada partizan müharibəsi ilə hakimiyyətə gələrək 1975–1979-cu illərdə ölkəni idarə edən radikal Qırmızı khmerlərin və onun rəhbəri Pol Potun hakimiyyəti zamanı 2 milyondan çox insan həlak olmuşdur.
- Kambocanın Vyetnam ilə həmsərhəd olan cənub-şərq hissələrində, ya da Tonlesap gölündə və Mekonq çayındakı qayıqxanalarda sayları yarım milyona yaxın olan Kamboca vyetnamlıları yaşamaqdadır.
- Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş, Siemreap şəhərindən 5 km məsafədə yerləşən Anqkor Vat məbədi tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm kompleksidir. Məbəd hər il 3 milyona yaxın turist tərəfindən ziyarət edilir.
- Kamboca bayrağı üzərində bina təsviri olan yeganə ölkə bayrağıdır. 1948-ci ildən etibarən istifadə olunan bayrağın üzərində Anqkor Vat hinduizm kompleksi əks olunmuşdur.
- Dünyada ən çox partlamamış minaların Kambocada olduğu təxmin edilir. XX əsr boyunca ölkədə baş vermiş müxtəlif müharibələr, daxili toqquşmalar nəticəsində ən azı 8-10 milyon civarında mina basdırılıb və bunların bir çoxu aktiv vəziyyətdə qalmaqdadır. Kambocada minalanmış ərazilərə görə 40 mindən çox ölkə sakini həyatını itirib və ya ağır xəsarətlər alıblar.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi