Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 195.080 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 195.080 məqalə mövcuddur.
Türkofobiya — türkdilli xalqlara, onların mədəniyyətinə və tarixi irsinə qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəz hisslərini və ifadələrini təsvir etmək üçün istifadə edilən termin, etnofobiyanın istiqaməti. Bunun əksi türkpərəstlikdir.
Türkofobiya həmişə türkdilli xalqlara yox, Balkan yarımadasında yaşayan müsəlmanlara, xüsusən də boşnaklar, albanlar, pomaklar və tobeşlərə, eləcə də türk diasporuna istiqamətləndirilir. Həmçinin, indiki dövrdə türkdilli xalqların nümayəndələri Yunanıstan, Almaniya, Belçika, Bolqarıstan, Çin, Polşa, Ermənistan, ABŞ, İsveç, Danimarka, Fransa, Avstriya, İran və Rusiya kimi ölkələrdə irqçi hücumlara məruz qalırlar. Türkofobiya islamofobiya ilə yaxından əlaqəlidir. Əslində, müasir türkofobiyanın özü islamofobiyaya əsaslanır. İslamofobların türkləri hədəfləməsinin başqa bir səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın islamçı siyasətidir. Türkofobların əhəmiyyətli hissəsi xristiandır və xristian milliyətçiliyi fəlsəfəsini təqib edir. |
Salman Mümtaz — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932).
Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi. |
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısı — Nickelodeon üçün dəniz bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Birinci çıxışı 1 may 1999-cu ildə olan serialın indiyə qədər 188 seriyası yayımlanıb; onun doqquzuncu sezonunun premyeri 21 iyul 2012-ci ildə olub. Seriyalar uydurma sualtı şəhər Bikini Bottomda baş verir və hadisələrin mərkəzində Süngər Bob Kvadrat Şalvarın (Tom Kenni) macəraları və səyləri durur. |
- Tszyuy Ventszyun (şəkildə) görüşdə həmyerlisi Ley Tintszeni 6½:5½ hesabı ilə məğlub edərək şahmat üzrə qadınlararası dünya çempionu titulunu qoruyub.
- Parisdə 17 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra bütün Fransada kütləvi iğtişaşlar başlayıb.
- Rusiyada "Vaqner qrupu"nun qaldırdığı üsyan yatırılıb.
- Gədəbəy rayonunun Söyüdlü kəndində baş tutan etiraz aksiyaları nəticəsində çoxlu sayda vətəndaş yaralanmış və həbs edilmişdir.
- Meksikanın cənubundakı cəngəlliklərdə qədim Mayya Okomtun şəhəri aşkar edilib.
- Estoniya eynicinsli nikahları qanuniləşdirən ilk postsovet ölkəsi olub.
- Şimali Koreya ilə Cənubi Koreya arasında yerləşən və Koreya yarımadasının iki hissəyə bölən 250 km uzunluğunda və 4 km enində sərhəd xətti Koreya silahsızlaşdırılmış zonası adlanır.
- Cənubi Koreya intihar hallarına görə dünyada XII yerdədir. Ölkə, İƏİT-ə üzv ölkələr arasında ən yüksək intihar nisbətinə malikdir. Ortalama 26,9 gənc Cənubi Koreyada hər gün ya intihara cəhd edir, ya da özünə xəsarət yetirir.
- Cənubi Koreyada bir adamın adını qırmızı rəngli və ya qırmızı mürəkkəbli qələmlə yazmaq yaxşı qarşılanmır. Belə bir batil inanc varki, əgər yazılarsa, bu həmin insanın başına pis bir hadisə gələcəyinə və ya öləcəyinə işarədir.
- Cənubi Koreyada kişilər üçün hərbi xidmət icbaridir. 21-28 yaş arasındakı ölkə vətəndaşları ən azı 21-24 ay davam edən hərbi xidmətlərə cəlb olunurlar və bundan mümkün yayınma cəhdləri sərt formada cəzalandırılır.
- 4 rəqəmi uğursuzluq simvoludur. Liftlərdə IV mərtəbəni işarə etmək üçün F hərfindən istifadə olunur. Bu inancın geniş yayılmasının əsas səbəblərindən biri "4" rəqəminin tələffüzü "ölüm" sözünün tələffüzü ilə çox oxşar olmasıdır. Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi