Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Berserk (anime, 1997)Kentaro Miuranın eyniadlı manqa seriyasına əsaslanan Yaponiya anime televiziya serialı. Serial "Nippon Television" və "VAP" tərəfindən istehsal edilmiş, "Oriental Light and Magic" tərəfindən animasiya edilmişdir. "Berserk" serialının rejissoru Naohito Takahaşi olmuşdur. Serialın ssenarisi üzərində Atsuhiro Tomioka, Makoto İtakura, Şinzo Fucita, Şoci Yonemura və "Yu Yū Hakusho"nun baş ssenaristi Yukiyoşi Ohaşi olmaqla beş fərqli ssenarist işləmiş, konsepsiya məsləhətçisi isə Yasuhiro İmaqava olmuşdur. "Berserk" serialının bəstəkarı Susumu Hirasava olmuşdur.

Personajları səsləndirən orijinal heyətə Nobutoşi Kanna (Qats), Toşiyuki Morikava (Qriffit), Yuko Miyamura (Kaska) və başqaları daxildir. Bir mövsümdə iyirmi beş seriyadan ibarət anime serialı 1997-ci ilin oktyabrından 1998-ci ilin aprelinə qədər "Nippon TV"-də yayımlanmışdır. Bu, "Berserk" manqasının birinci anime adaptasiyasıdır. Bundan başqa, 2012-ci ildə "The Golden Age Arc" film trilogiyası və 2016-cı ildə onun sikveli olan anime serialı yayımlanmışdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Planet arxivləri — 1909–1931-ci illər arasında 50-dən çox ölkədə çəkilmiş təxminən 72 min avtoxrom fotoşəkildən və 183 min metrlik film çəkilişlərindən ibarət olan, bu günə qədər qorunub saxlanılan şəkil arxivi. Layihənin təsisçisi və maliyyəçisi fransız iş adamı Albert Kandır. Layihənin koordinatorlarından biri olan Cin Brunhes komandaya nəyi və necə qeyd etməli olduqları ilə barədə təlimlər keçmişdir.

Kan çıxdığı dünya səyahətləri zamanı sürətlə dəyişən dünyanın fotolarını çəkmək fikrinə düşdü və Fransaya qayıdan zaman bu layihə üzərində çalışmağa başladı. Bu zaman o Lümyer qardaşlarının kəşf etdiyi avtoxrom fotoaparatla tanış oldu. Kan düşünürdü ki, layihənin ilk şəkilləri məhz bu fotoaparat vasitəsilə çəkilməlidir. Avtoxrom şüşə üzərində müsbət rəngli görüntü təmin edən fotoqrafik texnikadır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısıZlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi.

İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır.

2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli