Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Soyuq müharibəSosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən İkinci dünya müharibəsinin davamı adlandırırlar. Dünyada iki bir-birinə əks olan ictimai quruluş — sosializmkapitalizm qaldı. İkinci dünya müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu.

Kapitalist Qərbə, iki partiyalı prezident sisteminə sahib olan federal bir respublika olan Amerika Birləşmiş Ştatları, habelə Qərb Blokunun digər Birinci Dünya xalqları, ümumiyyətlə azad mətbuat və müstəqil təşkilatlara sahib olan, ancaq iqtisadi və siyasi cəhətdən banan respublikaları və digər əksəriyyəti Qərb Blokunun keçmiş koloniyaları olan digər avtoritar rejimlər şəbəkəsi ilə birləşdi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Britaniyalıların Alp dağlarına Hannibal ekspedisiyası — 1959-cu ildə baş vermiş eksperimental arxeologiya hadisəsi. Ekspedisiyaya rəhbərlik edən britaniyalı mühəndis Con Hoytun məqsədi İkinci Pun müharibəsi zamanı e.ə. 218-ci ildə Hannibalın əfsanəvi şəkildə Alp dağlarını keçməsini yenidən canlandırmaq olmuşdur. Ekspedisiya üzvləri Turindəki zooparkın verdiyi dişi fil olan Jumbo ilə birlikdə uğurlu bir şəkildə Fransadan Alp dağlarının Kol du Mon Cenis zirvəsi vasitəsiylə İtaliyaya daxil olmuşdurlar.

E.ə. 264 — e.ə. 241-ci illəri əhatə edən Birinci Pun müharibəsindən sonra Karfagen məğlub olsa da, Hamilkar Barka Karfagen üçün İberiya yarımadasında ciddi ölçüdə torpaq qoruya bildi. İkinci müharibənin başlanğıcında, yəni e.ə. 218-ci ildə Hamilkarın oğlu Hannibal çox gümanki 50 min döyüşçüdən və 37 fildən ibarət ordusunu götürərək Hispaniyadan (müasir İspaniya) İtaliyaya yürüşə başladı.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Masters turniri çempionlarının siyahısı — 1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar.

Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır. Bu pencək çempion tərəfindən bir il saxlanılır və sonra geri qaytarılır. Bu turniri birdən çox qazanan oyunçunun vücudunda çox böyük dəyişiklik olmadığı təqdirdə yalnız bir yaşıl pencək qazanacağı mənasına gəlir.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli