Toqo

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Toqolez Respublikası

République togolaise
Toqo
Toqo gerbi
Gerb
Şüarı: "Travail, Liberté, Patrie"
(isp. "Əmək, Azadlıq, Vətən")
Himni:  (az.)
"Salam olsun sene, əcdadlarımızın torpağı"
Toqo xəritədə yeri
PaytaxtıLome
Ən böyük şəhəriLome- 1 593 min sakin (2009-cu il)
Rəsmi dilləriFransız dili
Etnik qrupları
eve-65%, kabre-14%, tem-6%, qurma-4%, yoruba-1,5%, fulbe-1%
İdarəetmə formasıPrezident respublikası
• Prezident
Faure Gnassingbé
• Baş nazir
Komi Klassu[5.VI.2015-]
Yaranması27 aprel 1960 (Fransadan)
Tarixi 
• Yaranması
27 aprel 1960
Ərazisi
• Ümumi
56 785 (125-cı)
• Su (%)
4,2
Əhalisi
• 2015 təxmini
7,552,318 (100-cü)
• 2010 siyahıya alma
5,337,000
• Sıxlıq
125.9/km2 (326.1/kv. mil) (93)
ÜDM (AQP)2016 təxmini
• Ümumi
11.558 milyard (150-ci)
• Adam başına
1,567
ÜDM (nominal)2016 təxmini
• Ümumi
4.499 milyard
• Adam başına
610
İİİ (2014)0.484
aşağı · 162
ValyutasıKFA frankı (XOF)
Saat qurşağıUTC 0
Telefon kodu228
İnternet domeni.tg
Toqo

Toqo — Qərbi Afrikada dövlət. Ölkə qərbdən Qana, Şərqdən Benin, Şimaldan Burkina-Faso ilə həmsərhətdir. Cənubdan Qvineya körfəzinə çıxışı var. Paytaxtı Lome şəhəridir.

Adının Etimologiyası[redaktə | mənbəni redaktə et]

Ölkənin adı Ewe dilindən gəlir. Ewe dilində Togo sözü to (Dilimizdə: su) və go (Dilimizdə: liman) sözlərindən ibarətdir. Almaniyanın burada qurduğu ilk müstəmləkə nizamında bölgəni Togoland adı verilmiş, buna da əsaslanaraq bütün ölkə üçün Togo adı istifadə edilmiş, müstəqilliyindən sonra da bu ad yeni ölkənin adı olaraq da seçilmişdir.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Ölkənin bütövlükdə sahib olduğu 1,647 km-lik sərhədindən 664 km-i Benin, 126 km-i Burkina Faso, 877 km-i Qana ilə həmsərhəd olduğu halda, ölkənin bundan başqa Atlantik Okeanına da 56 km-lik sahil xətti var.

Togo sahib olduğu 56.785 km² sahəsi ilə Afrika qitəsindəki kiçik bir ölkələrdən biridir. Qitədə bu qədər sahayədən daha az bir sahəyə sahib olan çox az sayda ölkə var. Ölkə uzun və dar bir quruluşa sahib olub, şimal-cənub istiqamətində uzunluğu 550 km olub, qərb-şərq istiqamətində ən dar bölgəsi 50 km, ən geniş bölgəsi isə 140 km-dir. Atakora sıra dağları ölkəni çarpaz bir şəkildə bölür. Sıra dağların orta yüksəkliyi 600 m səviyyəsindədir.Toqoda olan ən yüksək dağ 986 m ilə Agou Dağı, ən uzun çayı isə 50 km-i dəniz nəqliyyatına yararli olan və şimal-cənub istiqamətində axan 400 km-lik Mono çayıdır. Ölkə ərazisinin 16% -i meşə ilə örtülü olduğu halda, 25% kənd təsərrüfatı sahəsi, 3,5% isə yaylalardır.Toqonun mərkəzi hissələri yüksəkliklər olduğu halda, şimala getdikcə nisbətən dərə təpəliklər azalır. Ölkənin cənubunda isə meşəlik sahələr və bataqlıqlar geniş yayılıb.

Əhali[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]