Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search

Fayl

  • Salam hər kəsə, bir çox məqalə şəkilsiz qalıb və demək olar görünüş baxımındam heçdə yaxşı görsənmir. Bunun həll yolunu tapmaq lazımdır əlavə olaraq öz yaratdığım məqalələr var ki, faylı həmən şəxsdən alıram yerləşdirirəm amma yeni nəsə müəllif hüququ olur. Commonsda isə fayl yükləyə bilmirəm həm bloklanmışam :( həmdə orada nə edirsən et yenədə silinir. Azvikinin özündə hansı şablonu əlavə etsək fayl yerləşdirə bilərik? - Onyeddi (müzakirə) 09:03, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
    @Onyeddi salam dəyərli həmkar. fotonu həmin şəxsin özündən almaq kifayət etmir. fotonu çəkən şəxs sizsinizsə mail ilə təsdiqləyə bilərsiniz commonsda. onda problem çıxmır. internetdə daha öncə olan fotoları öz adınız ilə yükləyəndə commons problem çıxarır haqlı yerə. və ard-arda bir neçə fotonuz eyni səbəbdən silinəndə bloklana bilirsiniz dediyim kimi. siz fotonu çəkən şəxsdən vikidə yeni hesab açmasını və o fotonu ora yükləyib mail ilə təsdiqlətməsini istəyə bilərsiniz, daha sonra o fotonu müəllifi olduğunuz məqalədə problemsiz istifadə edə bilərsiniz. Atakhanli (müzakirə) 11:25, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
  • Elə fayl var müəllifə ödəniş olunub oda təbii haldı işini görüb bəs bu necə? Fayl şəxsin özünün sayılmır. Maillə təsdiq məsələsində çətinlik çəkirəm çünki ingilis dilində bilmirəm. Azvikiyə yükləmək daha rahatdır burada hər şeyi qeyd edib faylları yükləmək olar fikrimcə? - Onyeddi (müzakirə) 12:35, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Commonsda niyə bloklanmısız? Şiroi Akuma 16:19, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
  • White Demon illər öncə yüklədiyim fayllar var idi və demək olar təsdiqlənmişdi bu yaxınlarda biri çıxdı başladı o faylları sildirməyə sonrada deyəsən məni şikayət etdi və bloklandım. - Onyeddi (müzakirə) 16:28, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
    Commons-dakı bloklama qeydlərinə baxdım, qeyd olunub ki, bir neçə hesabdan istifadə etməyə görə bloklanmısız. Özü də Checkuserlə təsdiqləndiyi qeyd olunub. Şiroi Akuma 17:13, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Orda bloklandığım üçün məcbur fayl yükləmişdim ona görədə blok tətbiq olundu. - Onyeddi (müzakirə) 17:29, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
@Onyeddi fotoqrafa ödəniş olunsa da, hüquq yenə ondadər. ya da müqavilə filan bağlamalədırlar, fotoqraf hüququnu rəsmi olaraq sənətçiyə verməlidir və s. bu da çox uzun məsələdir. ən doğru və etibarlı variant dediyim kimidir Atakhanli (müzakirə) 17:44, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]

Atakhanli biz bu üsulu azviki üçün etsək bəs? Commons əvəzi... - Onyeddi (müzakirə) 17:45, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]

Mümkün deyil. Yaşayan şəxsin fotosunu bura yükləyə bilmərik. Müəllifdən icazə almısızsa, elə icazəni rəsmi şəkildə göstərib Commons-a yükləməlisiz. "AzVikinin fayl yükləmək üçün daha rahat yer" görüntüsü verməsi əslində bizim üçün mənfi haldır. Biz də eynilə EnViki, Commons kimi bu məsələni ciddiləşdirməli, sərtləşdirməliyik. Keçən 10 ildə bu sahədə irəliləyişlərimiz olmayıb. Amma yavaş-yavaş hiss edirəm ki, bu sahədə ciddiləşmə gedir. Nə qədər fair use olmayan fayl silindi. Bu aralar bu prosesə fasilə verilib, amma davam ediləcək mütləq. Şiroi Akuma 18:10, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]

Azvikinin özünə fayl yükləmək istəyirəm çünki bəzi fayllar var ki, onları ora yükləmək olmur. - Onyeddi (müzakirə) 17:42, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]

@Onyeddi azvikinin özünə də müəllifi hüququnu pozan fayllar yükləyə bilmərsiniz. bu dəfə də azvikinin özündən bloklana bilərsiniz. qeyd etdiyiniz şey vəfat etmiş şəxslərə aiddir ki, bu da sırf azvikiyə özəl deyil. ingilis vikisinin özündə də bu var. yəni lokal fayl yükləmə. siz isə yaşayan insanları nəzərdə tutursunuz, nəticə etibarı ilə eyni şey çıxır. bundan əlavə commonsa yüklədiyiniz fayl google-da daha çox görünən olur. Atakhanli (müzakirə) 17:49, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
White Demon, Onyeddi adlı istifadəçi dəfələrlə Namiq Qaraçuxurlunun fotosunu əlavə edib bura. Əvvəl Commonsda var idi həmin şəxsin fotosu. Amma müəllif hüquqlarına görə silinib həmin foto. İndi də locala əlavə edir bu fotoları. Mən başa düşə bilmirəm bir məsələni. Müəllif hüquqları ilə bağlı qaydalar varsa, niyə fayl silinmir ? Qayda hamı üçün bir deyil ? Faylların qorunmasında olan marağları başa düşə bilmirəm. Grenzsoldat 17:50, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
@Grenzsoldat bildiyim qədəri ilə @Onyeddi Namiq Qaraçuxurlunun meneceridir. fotonu özü çəkdiyini təsdiqləyərsə qala bilər məncə. problem yoxdur burada. Atakhanli (müzakirə) 18:14, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Meneceridir, çox gözəl. Commonsa fotoların hamısını rahatlıqla əlavə eləsin də. Grenzsoldat 18:20, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Grenzsoldat Niyə normal sakit gedən müzakirəni davaya çevirməyə çalışırsız? Hər bir məsələdə bir ajataj axtarırsız? İmkan verin müzakirə edək bir nəticəyə gələk söhbət burda ümumi problemdən gedir ki, məqalələr faylsız xoş görsənmir siz gəlib ad çəkib aranı başqa şeylərlə qatırsız. - Onyeddi (müzakirə) 18:42, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Yaxşı, yaxşı, əsəbləşməyin. Onsuzda bu günlərdə "qara siyahıdayam". Gedim biraz məqalə yazım. Grenzsoldat 18:44, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Burda heç kim sizi qəsnən qara siyahıya salmayıb nə etmisinizsə özünüz etmisiz - Onyeddi (müzakirə) 18:47, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Bu günə qədər nə eləmişəmsə, hamısını xoş niyyətlə eləmişəm. Müəllif hüququ ilə qorununan faylların silinməsindən, q/e məqalələrin silinməsinəcən. Heç bir zaman verdiyim töhfələr barədə danışmağı sevməmişəm. Amma adicə istifadəçi səhifə baxıb, nə qədər töhfə verdiyimi görə bilərsiniz. Sadəcə bir sıra xırda səhvlərə görə idarəçilər illərdir prinsip aparır. Grenzsoldat 18:50, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
@Onyeddi eyni ilə. @Grenzsoldat ilə ən çox problem yaşayan istifadəçi bəlkə də mənəm)) amma bütün hallarda fəaliyyətini həqiqətən təqdir edirəm. vikipediya üçün olduqca böyük töhfələri var. buna xüsusən də onun bloklandığı dönəmdə qarşıma çıxdığı "əsərləri " oldu. bu səbəbdən blok olunmamağını ən çox istəyən istifadəçilərdən biri də mənəm :) ümid edirəm problemlər sülh ilə həll olacaq. və bu həqiqətən son xəbərdarığı olar))) Atakhanli (müzakirə) 19:48, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Bunu əslində sözlərinizə görə ən çox siz anlamalısız ki, siz mən və daha bir neçə nəfər xırda xırda səhvlər etsək nəticədə nəçə böyük səhvlərə gəlib çıxa bilər ona görə məsələ başa düşüləndi məncə siz inad etməyib k-к söhbətini bağlasaz heç bir problemdə qalmaz. İnşallah məsələ bloklanmadan həll olunar sizdə yenə tövhə verməyə davam edərsiz. Uğular :) - Onyeddi (müzakirə) 18:55, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
  • Atakhanli hal hazırda Namiq Qaraçuxurlunun bir faylını əlavə etmişəm ancaq müəllif yəni fotonu çəkən buna icazə verməyi ilə bağlı hara nə ünvanlamaq lazımdır ki, fayl qalsın? Mən commonsa yüklənməsini istəmirəm elə azvikidə qalsa yaxşıdır. Yox əgər commonsa yüklənməlidirsə bu məsələnin əziyyətini çəkməyinizi sizdən xaiş edəcəyəm :) - Onyeddi (müzakirə) 18:51, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
    @Onyeddi fotoqraf başqa ip ilə hesab açsın. sizlə heç bir aidiyyatı olmayan kompüterdən. və commonsa yükləsin. qalanında dəstək göstərəcəm. amma sizlə aidiyyatı olmayan komputer olsun ki, sonra sizin kukla hesab kimi anlaşılmasın. Atakhanli (müzakirə) 19:00, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
    Bir şey soruşum, özünüz niyə fotoaparatla çəkmirsiz? Belə olanda silinməsi mümkün olmayacaq, çünki müəllif birbaşa sizsiz. Şiroi Akuma 19:17, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Əslində elə fayl var sadəcə commonsda bloklanmışam artıq bu mümkün görünmür. - Onyeddi (müzakirə) 19:34, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
@Onyeddi son dediyim yolu edin. cihazın, ip nin ayrı olmasına diqqət yetirin. Atakhanli (müzakirə) 19:43, 20 yanvar 2023 (UTC)Cavabla[cavabla]
@Onyeddi, @White Demon sağolsun, mən onun məsləhəti sayəsində bu problemi həll etmişəm. Kimin ki şəkli silinir. Həmin şəxsə deyirəm ki, özünə "Flickr" hesabı açsın və ürəyi istəyən şəklini keyfiyyətli formada ora yükləyib şəklin müəllif hüquqlarını "Public" etsin. Daha sonra mən həmin şəkli çox rahat şəkildə Commons-a ixrac edirəm. samral müzakirə 17:12, 21 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Samral məndə etdim ancaq silindi yəqin ki, şəkili çəkən şəxsin adından açmamışdım flickr hesabını ona görə... - Onyeddi (müzakirə) 19:25, 21 yanvar 2023 (UTC)Cavabla[cavabla]
"Flickr" hesabını siz açmamalısız zatən. Bu saxtakarlıq olar. Şəkil kimə aiddirsə o şəxsə yolunu izah etməlisiz o özü yükləməlidi. Siz sadəcə Commonsa ixrac edirsiz. Bu qədər. samral müzakirə 19:32, 21 yanvar 2023 (UTC)Cavabla[cavabla]

Stenfordun 1901-ci ilin xəritəsində Azərbaycanın əraziləri - Xankəndi, Şuşa, Ağoğlan..

hörmətli vikiçilər. sizə maraqlı ola biləcək məlumatı bölüşmək istəyirəm. 1901-ci ilə məxsus olan bu xəritədə (Kiçik Asiya, Qafqaz və Qara dəniz. London atlas seriyası.) Kiçik Asiya, Qafqaz və Qara dəniz hissəsində Azərbaycan əraziləri də yer alıb. həmin xəritənin keyfiyyətli forması viki commonsda var. üzərinə klik etsəniz həmin hissə böyüyəcək və çox keyfiyyətli olduğu üçün adları çox rahatca oxumaq olar. xəritədə Xankəndi, Şuşa, Ağoğlan və s. yaşayış məntəqələri olduğu aydın görünür. maraqlıdır ki, Göyçə gölü "Göyçə gölü və ya Sevan gölü" kimi qeyd olunub. @Solavirum @En Merker @Sefer azeri @Shafa Movsumov

Xəritəyə keçid üçün. Atakhanli (müzakirə) 10:17, 27 yanvar 2023 (UTC)Cavabla[cavabla]

Ermənistanda kəndlər

İndiki Ermənistan Respublikası ərazisində yerləşən kəndlər haqqında məqalələrin preambulasında (giriş hissəsində) XIX əsr inzibati bölgüsündən istifadə etmək nə dərəcədə düzgündür? Birinci planda Ermənistan Respublikasının inzibati bölgüsü olmalı deyil? Məsələn, Qaraşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. yazılıb. Ermənistanda rayon sistemi, o cümlədən Gorus rayonu 1990-cı illərdə ləğv edilib, miqyas cəhətdən daha böyük mərzlər formalaşdırılıb. Nümunədəki vəziyyət əvəzinə Qaraşen — Ermənistanın Sünik mərzinin Tex bələdiyyəsində kənd. Həmçinin, Ermənistanda toponimləri dəyişdirilmiş yaşayış məntəqələri haqqında məqalələrin ikinci cümləsinə Hal-hazırda "X" adlanır. yazmaq da olar. --► Hörmətlə: SolaVirum 11:31, 30 yanvar 2023 (UTC)Cavabla[cavabla]

Razıyam. Əgər kənd hələ də mövcuddursa, indiki inzibati bölgü ön planda olmalıdır. Mənə də qəribə gəlir ki, niyə görə keçmiş inzibati bölgü ilə göstərilir. Şiroi Akuma 14:14, 30 yanvar 2023 (UTC)Cavabla[cavabla]
VP:MİLLİ-ni pozmaq məqsədilə məncə. --► Hörmətlə: SolaVirum 14:37, 30 yanvar 2023 (UTC)Cavabla[cavabla]
Və ya da köçürüldüyü mənbədə belə yazıldığı üçün. Şiroi Akuma 15:31, 30 yanvar 2023 (UTC)Cavabla[cavabla]
@Solavirum, haqlısız. Lakin kəndin adı bizim mənbələrdə necədirsə o cür verməliyik. samral müzakirə 06:43, 23 fevral 2023 (UTC)Cavabla[cavabla]
Kənd adlarında problem yoxdur, problem odur ki, başlıqda birinci köhnə inzibati bölgü göstərilir. Şiroi Akuma 10:17, 23 fevral 2023 (UTC)Cavabla[cavabla]

Təkmilləşdirmə Kateqoriyaları

Salam, bu və digər buna oxşar kateqoriyaları necə yaratmaq olar? — Wealszy (müzakirə) 13:52, 30 yanvar 2023 (UTC)Cavabla[cavabla]

Şablonlarda xüsusi parametrlər qoyulur ki, bu cür kateqoriyalar avtomatik yaransın. Bu cür kateqoriyalar əllə əlavə olunmur. Şiroi Akuma 14:25, 30 yanvar 2023 (UTC)Cavabla[cavabla]
@White Demon məlumat üçün təşəkkürlər.🙂 — Wealszy (müzakirə) 15:00, 30 yanvar 2023 (UTC)Cavabla[cavabla]

White Demon həmin xüsusi parametrləri bütün istifadəçilər qoya bilir yoxsa yalnız interfeys inzibatçıları? — Wealszy (müzakirə) 15:28, 30 yanvar 2023 (UTC)Cavabla[cavabla]

Şablonlarla işləməyi bacaran hər kəs. Şiroi Akuma 15:30, 30 yanvar 2023 (UTC)Cavabla[cavabla]

Checkuser

Salam, bu iki istifadəçi (‎Dragqueenladyslim və Emil Adoj Darvishyanov) barədə check usere müraciət etmək istəyirəm ancaq bu barədə təcrübəsiz olduğum üçün digər istifadəçilərdən bu barədə yardım etməsini xaiş edəcəm. - Onyeddi (müzakirə) 08:40, 1 fevral 2023 (UTC)Cavabla[cavabla]

@Onyeddi bəy, müraciətinizin qəbul edilməsi üçün əlinizdə əsaslı şübhələr olmalıdır. bundan başqa əgər şəxs səsvermələrdə, SNS, BNS-də hər 2 hesab ilə iştirak etməyibsə 2-ci hesab işlətmə qadağası yoxdur. Atakhanli (müzakirə) 08:53, 1 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • Atakhanli SNS-də Ledi Slim və Əli Məlikov məqalələrində hər iki istifadəçi iştirak edib. Demək olar bir birlərini müdafiə edirlər. Bir birlərinin məqalələrində düzəlişlər edirlər ona görə check usere təqdim etmək lazımdır. - Onyeddi (müzakirə) 09:08, 1 fevral 2023 (UTC)Cavabla[cavabla]
Əlavə olaraq bu redaktəni başa düşə bilmədim vikipediya səhvidir yoxsa yazıb sonra silib (yazıb silib) - Onyeddi (müzakirə) 09:13, 1 fevral 2023 (UTC)Cavabla[cavabla]
White Demon baxardınız zəhmət olmasa. - Onyeddi (müzakirə) 14:34, 1 fevral 2023 (UTC)Cavabla[cavabla]
Çekyuzeri burda edirlər. Başlıqda qeyd olunub necə müraciət etmək lazımdır ("How to make a request"). Şiroi Akuma 15:40, 1 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Onyeddi yekunlaşıb. nəticə çıxıb. Atakhanli (müzakirə) 10:06, 2 fevral 2023 (UTC)Cavabla[cavabla]
Atakhanli bilirəm məlumatım var sağolsun White Demon artıq tədbirdə görüb məsələ ilə bağlı. - Onyeddi (müzakirə) 10:32, 2 fevral 2023 (UTC)Cavabla[cavabla]

Redaktə Liqasının birdəfəlik ləğv edilməsi

Dostlar, mən düşünürəm ki, bu layihəni birdəfəlik ləğv etmək və bir daha aktivləşdirməmək lazımdır. Bu layihəni ilk dəfə mən başlatmışdım, hardasa 2015-ci ildə. Layihəni 1-2 il mən idarə etmişdim. Sonra bir müddət sonra layihədə fasilə oldu, Grenzsoldat kimi bəzi istifadəçilər layihəni idarə etməyə başladılar.

Layihənin məqsədi aktiv istifadəçiləri mükafatlandırmaq olsa da, indi mən görürəm ki, bu layihə istifadəçiləri "süni redaktələrə" təşviq edir. Xüsusilə, 1-2 istifadəçidə sırf bu layihəyə görə süni redaktələr etdiyi qanaətinə gəlmişəm. Açıq danışaq, məsələn, götürək yeni istifadəçilərdən Əvəz Orucovu. Neçə vaxtdır ki, hər məqalədə çoxsaylı kiçik redaktələr edir. Əvvəl düşünürdüm ki, sırf yeni, təcrübəsiz istifadəçi olduğu üçündür, amma indi düşünürəm ki, sırf bu layihənin səbəb olduğu təşviqdir.

Bu layihə istifadəçiləri süni redaktələrə təşviq etdiyi xeyirdən çox ziyanı olduğunu düşünürəm. Ona görə də bu layihənin həmişəlik dayandırılmasını təklif edir, daha çox redaktə etməyə yox, daha çox məqalə, məzmun, kontent yaratmağa təşviq edən layihələrə yönəlməyi vacib bilirəm. Düşüncələriniz maraqlıdır. Şiroi Akuma 19:36, 3 fevral 2023 (UTC)Cavabla[cavabla]

  1. + Lehinə: - Onyeddi (müzakirə) 20:00, 3 fevral 2023 (UTC)Cavabla[cavabla]
Belə bir təklif irəli sürə bilərəm ki, oxşar liqa redaktə sayına görə yox, yaradılan məqalə sayına görə aparılsın. Düzdü, N sayda qaralama halında məqalə yaratmaq olar, ona görə də məqalədə qaralama şablonun olmaması əsas şərt kimi götürülməlidi. Sonra da hansı məqalələrə qaralama şablonu qoymaq olar(və hansı qalda şablonu çıxarmaq olar) haqqında şərtlər qəbul etmək lazımdı(seçilmiş məzmunun şərtləri kimi amma daha primitiv). Azvikidə məqalə sayı artacaq, qarşılaşacağımız yeganə problemin isə maşın tərcüməsi olacağını düşünürəm. Bikar Orxan (müzakirə) 20:05, 3 fevral 2023 (UTC)Cavabla[cavabla]
Mən də istəyərəm belə şey olsun, amma bütün məqalələri təftiş etmək lazımdır. Şiroi Akuma 23:28, 3 fevral 2023 (UTC)Cavabla[cavabla]
Şərh Şərh: İradlarla tam razıyam. Təklif edirəm ki, redaktə liqasında yalnız böyük redaktələr (500+ baytlıq) nəzərə alınsın. Digərləri kiçik redaktə hesab olunsun Toghrul R (m) 06:59, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]
+ Lehinə: təkliflə razıyam. --► Hörmətlə: SolaVirum 16:44, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]
İlkin rəydə adları qeyd olunan GrenzsoldatƏvəz Orucov teq olunsa, yaxşıdır. --► Hörmətlə: SolaVirum 16:45, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]
mənim iradım layihənin fasilələrlə idarə olunmasıdır amma. --► Hörmətlə: SolaVirum 16:47, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]
+ Lehinə: qatılıram təklifə.— E.Imanverified Verified 21:44, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]
Şərh Şərh: Mənim üçün Redakte liqası çoxda əhəmiyyət daşımır. Son 3 ayda 70 yaxın məqalə yaratmışam. Mənim məqalərimə diqqət yetirsəniz hər biri incəliklə işlənir. Məqaləmin keyfiyyətinə və yazılışına görə yox belə bir iddia ilə adım hallanırsa dordanda bu mənim üçün çox üzüçüdü. Redakte liqası olsada olmasada mən Azvikidə çox boşluq görürəm və buna aradan qalxızmaq üçün əlimdən gələni edəcəm.
Əvəz Orucov (müzakirə) 15:40, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
Yaratdığınız məqalələr üçün təşəkkür edirəm, sevinirəm ki, yeni məqalələr yaratmaqla məşğulsuz. Amma mənim iradım sizin məqalə yaradarkən etdiyiniz çoxsaylı kiçik redaktə sayıdır. Adicə götürək son yaratdığınız Josef Virt məqaləsini. Siz bu məqaləni yaradarkən saat yarım ərzində düz 123 redaktə etmisiz. Bu cür ortaölçülü məqalə üçün bu rəqəm çox anormaldır. Bu ölçüdə olan məqalələrin yaradılması zamanı adətən 10-20 redaktə sərf olunur. Məsələn, mənim tərəfimdən yaradılmış və yaxın ölçüdə olan Elifalet Braun Cunior məqaləsi 11 redaktə ilə yaradılıb: 4 redaktə məzmun, qalan redaktələr də səhvlərin düzəldilməsi, kateqoriya əlavəsi və s. Mən 9 ilə yaxındır ki, Vikipediyada fəaliyyət göstərirəm, 1800-ə yaxın məqalə yaratmışam, amma cəmi 11 məqalədə redaktə sayım 120-ni keçib. Və həmin 11 məqalədən 10-u status almış, böyükhəcmli məqalələr olub. Təsəvvür edin ki, mənim yazdığım və yaxşı məqalə statusu almış həcmli Murasaki Şikibu məqaləsi 74 redaktə ilə yaradılıb, amma siz Josef Virt üçün saat yarım ərzində 123 kiçik redaktə etmisiz. Şiroi Akuma 15:52, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
+ Lehinə: bəzən buna görə məqsədsiz və kütləvi redaktələr olur azvikidə. Buna görə də ləğv olunması daha yaxşı olar. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:05, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
+ Lehinə: deyilən fikirlərlə razıyam. sadəcə layihə silinməsin, səhifəsi filan qalsın. sadəcə artıq fəaliyyət göstərməsin. Atakhanli (müzakirə) 11:19, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]

Animanqa şablonları

Salam. Animanqa şablonlarındakı parametrlərin, demək olar, 90%-i ingiliscədir. Bu da, fikrimcə, azərbaycanca Vikipediyanın görüntüsünə xələl gətirir — digər bir çox məlumat qutusu şablonu azərbaycanca olduğu halda animanqa şablonlarının ingiliscə olması həm qəribədir, həm də estetik cəhətdən əlverişli deyil. Təklif edirəm ki, nə qədər ki, gec deyil (200-dən az səhifədə istifadə olunur), bu şablonları tərcümə edək (şablonun kod məzmununu & məqalələri redaktə eləməyi @Bot6421 ilə köməkləşərək həll edə bilərəm). Yoxsa, sabah-o biri gün bu şablonlar da Mənbələrə istinad şablonları kimi on minlərlə məqalədə istifadə olunanda işimiz daha da çətinləşəcək. @White Demon @Atakhanli (ağlıma bu mövzu üçün teq edə biləcəyim başqaları gəlmədi :D) Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 20:18, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]

Belə əksər halda daha asan olur. Türklərin istinad şablonları, məsələn, sadəcə yorucudur. --► Hörmətlə: SolaVirum 22:12, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]
Düzdü, məsələn, sırf bu səbəbdən illərlə TrVikidən məqalə tərcümə etmirəm. Çünki istinadı copy-paste edə bilmirsən, gərək uyğunlaşdırasan. Adicə yaponca vikipediyada belə istinad şablonları ingiliscə parametrlərlə qoyulur, niyə TrViki işi belə çətinləşdirir, anlamıram. Şiroi Akuma 23:09, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]
Deyəsən, hər yerdə olduğu kimi burada da müxalifət mən olacağam, amma olsun. :D türkcə Vikipediyatürkcə Vikisözlüyün bu prinsipini çox bəyənirəm — azərbaycanca Vikipediya, rusca Vikipediya, afrikaansca Vikipediya, indonezcə Vikipediya, almanca Vikipediya, yunanca Vikipediya, çincə Vikipediya və s. daxil olmaqla əksər dillərdə ingiliscədən copycat kimi görünən istinad şablonları türkcə Vikipediya, italyanca Vikipediya, fransızca Vikipediya, ispanca Vikipediya, niderlandca Vikipediya, katalanca Vikipediya və s. proyektlərdə ingilis mənşəli internasionalizm sayılan web sözü istisna olmaqla, demək olar ki, tam tərcümə olunub və, beləcə, daha rahat anlaşıla bilən bir sintaksisə malikdir. Məncə, bizdə də bu şablonlar tərcümə olunsa, yaxşı olardı, ancaq nəzərə alsaq ki, artıq bu şablonlar 10 minlərlə səhifədə istifadə olunur, Animanqa şablonlarındakı kimi sonradan tərcümə edilmələri ya qeyri-mümkündür, ya da hətta botlarla belə çoooooooooox vaxt aparacaq bir əməliyyat tələb edir. Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 07:32, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
Animanqa şablonuna gəldikdə isə etirazım yoxdur, amma parametrlərin tərcüməsi ilə mən məşğul olmaq istəyirəm. İllərlə anime və manqa məqalələrini mən yaratmışam, məqalələrdə "demoqrafiya" parametrinin "əhali" kimi verilməsini istəmirəm :D Şiroi Akuma 23:11, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]
Əlbəttə, necə istəyirsinizsə, o cür redaktə edə bilərsiniz. :D Diqqətiniz üçün minnətdaram! Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 07:04, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
Yeri gəlmişkən, şablonların adlarının da dəyişdirilməsi yaxşı olar — mənim nəzərdə tutduğum məsələ yalnız author parametrinin müəllif parametri ilə əvəz edilməsi yox, ingiliscə Vikipediyadakı şablonlara uyğunlaşdırılmasıdır — belə olduqda {{Animanqa/Manqa}}, {{Animanqa/Roman}} və s. şablonları yeganə {{Animanqa/Çap}} (yaxud {{Animanqa/Nəşr}}; hansını uyğun görsəniz) şablonunda, eyni şəkildə {{Animanqa/Anime}}, {{Animanqa/Film}}{{Animanqa/OVA}}{{Animanqa/Video}} kimi tək bir şablonda birləşdirmək və s. Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 07:10, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
Etmək olar, amma gərək bütün məqalələrdə başlığa "növü" paramterini əlavə etmək. Şiroi Akuma 15:23, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
Bəli, ancaq bu şablonları istifadə edən səhifələrin sayı az olduğu üçün o qədər də zəhmətli bir iş olacağını düşünmürəm. Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 17:33, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
Salam, @Wiki6421. Animanqa şablonunda xeyli dəyişikliklər aparıldı:
  • Bütün parametrlər Azərbaycan dilinə tərcümə olundu. Amma ingiliscə parametrlər də saxlanıldı. Ona görə də şablonun istifadə olunduğu səhifələrdə parametrlər işləməyə davam edir.
  • Vahid {{Animanqa/Video}}{{Animanqa/Çap}} şablonları yaradıldı. Artıq anime serialı, anime filmi, ova, ona üçün və ya manqa, roman, ranobe, film komiksi üçün ayrı-ayrı şablonlardan istifadə etməyə ehtiyac yoxdur. Mövcud olan ayrı-ayrı şablonlardan müvafiq şablonlara istiqamətləndirmələr verildi.
  • Bəzi şablonlarda yeni parametrlər əlavə olundu və parametrlər təkmilləşdirildi. Məsələn, artıq {{Animanqa/Oyun}} şablonunda rejissor, prodüser və oyun mühərriki üçün parametrlər var.
Şablonların yenilənməsindən sonra cəmi bir dənə problem üzə çıxıb. Belə ki, {{Animanqa/Video}} istifadə edəndə "növü" parametrində anime serialı və ya anime filmini qeyd etmək lazımdır ki, görünsün. Çünki |növü = yeni parametrdir. Əks halda, sadəcə Anime yazılır. Şablonun istifadə olunduğu məqalələrdə növü parametri qeyd olunmayıb deyə hamısında sadəcə Anime yazısı görünür. Eynisi {{Animanqa/Çap}} üçün də keçərlidir. Ümid edirəm ki, məqalələri redaktə edib, növü parametrini qeyd edəcəksiz. Hörmətlə, Şiroi Akuma 23:05, 9 fevral 2023 (UTC)Cavabla[cavabla]
Göstərdiyiniz diqqət və əməyiniz üçün minnətdaram, @White Demon! Tezliklə məqalələrdəki keçidlərin tərcüməsinə başlayacağam. o7 Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 00:08, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
Gələcəkdə bəzi parametrləri vikidata elementi ilə birləşdirməyə çalışacam. Şiroi Akuma 11:08, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
HəY @White Demon, Animanqa/Başlıq şablonuna keçid verən bütün səhifələri avtomatik olaraq redaktə elədim. Gözümdən qaçan bir problemlə rastlaşsanız, zəhmət olmazsa, qeyd edərsiniz. Məsələyə olan diqqətiniz üçün bir daha çox sağ olun! Sayğılarım, gözəl diləklərimlə, 6421 20:48, 17 fevral 2023 (UTC)Cavabla[cavabla]
P.S. digər şablonların (çap, video və s.) da redaktələrini həftə sonu ərzində bitirərəm. Sayğılarım, gözəl diləklərimlə, 6421 20:49, 17 fevral 2023 (UTC)Cavabla[cavabla]
Yenə də problemli işləyir. Şiroi Akuma 21:00, 17 fevral 2023 (UTC)Cavabla[cavabla]
Zəhmət olmasa, bir daha həmin botla redaktələr aparmayın. Demək olar ki, bütün məqalələr pis günə düşüb. Çox yerdə janr parametri infoqutunun içində deyil, qırağa düşüb və məqalənin əvvəlində görünür. Romaci və kanci adların çoxu silinib, hətta istinadların bəziləri də silinib. Özünüz redaktə fərqlərinə baxaraq nələrə səbəb olduğunuzu görə bilərsiz. Məcbur bütün redaktələrinizi qaytarmalı oldum. Ya botlarla işləyə bilən təcrübəli şəxslərə müraciət edin, ya da parametrləri əllə tərcümə edin. Şiroi Akuma 21:42, 17 fevral 2023 (UTC)Cavabla[cavabla]
Bəzi məqalələri əllə çevirəcəyəm, eyni zamanda yeni bir skript üzərində işləyirəm. Sayğılarım, gözəl diləklərimlə, 6421 19:29, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]

SSRİ-nin polkovniki ensiklopedik sayıla bilər?

Hörmətli Sortilegus, Araz Yaquboglu, Eminn, Babək Akifoğlu, Nicat49, Turkmen, White Demon, Solavirum Burocan zəhmət olmasa fikrinizi bildirin. 1-ci Medal 1944, 2-ci medal 1945, 3-cü medal 1945, 4-cü medal 1948, 5-ci medal 1954, 6-cı, 1-ci dərəcəli medal 1961, 7-ci medal 1966. 7ədəd medalla təltif olunmuş polkovnik, milis idarəsinin rəisi ensiklopedik hesab oluna bilər? Nəzərə alsaq ki, o dövrdə polkovniklərin əhəmiyyəti yüksək olub, yəniki indiki dövrlə müqayisə ediləsi deyildi, indi bir polis bölməsində az qala 2 polkovnik var, əvvəl general rütbəsi ancaq nazirlərə veilirdi indi isə idarə rəisləridə general rütbəsini daşıyır. E.Imanverified Verified 22:28, 4 fevral 2023 (UTC)Cavabla[cavabla]

Düşünürəm ki, xeyr, deyil. Medal almaq bəs etmir, fəaliyyəti və fəaliyyətininin nə qədər işıqlandırıldığı vacibdir. Şiroi Akuma 16:44, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
Medalların hansı xidmətlərə görə verilməsi barədə məlumat verilsə, xidmətlərin Azərbaycan tarixinə, ümumiyyətlə cəmiyyət üçün hansı tarixi əhəmiyyətli hadisələrdə iştirakına görə medalların verilməsi işiqlandırılsa dəyərli mənbə ola bilər. Алиева Егана (müzakirə) 18:55, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
Hörmətli @White Demon, şəxsin fəaliyyəti az olmayıb, buradanda görünür. Hətda general onun ailəsinə baş sağlığı məktubuda göndərib. Xalam oğlu Rəşad Nəsirov əməkdar jurnalistdir, onun dediyinə görə bir neçə il bundan əvvəl ADY-də Bəşir İmanova aid fəxri guşə olub, sonunçu əsaslı təmir işlərindən sonra ADY-dən həmin sözü gedən fəxri guşə yığışdırılıb. Mənə əslində general rütbəsinin ona verilməsini sübut edə bilən bir məlumat lazımdır, qızı və kürəkəninin dediyinə görə moskvadan çağırış olub həqiqətəndə sadəçə olaraq sabiq polkovnik moskvadan gələn sənədi burada təsdiqlətməyə çatdıra bilməyib, ürək tutmasından vəfat edib, bununla əlaqədar mən rəsmi moskvaya sorğuda ünvanlandırmışam, nəticəsi mənim üçün maraxlıdır. E.Imanverified Verified 19:09, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
Xəbərlərdə deyilir ki, Bəşir İmanov DTK-nın nazirlik olduğu dövrlərdə, 1948-ci ildən SSRİ Dövlət Təhlükəsizlik nazirliyinin Azərbaycan şöbəsində birinci şəxsin müavini vəzifəsində çalışıb. 1953-cü ildə Nikita Xruşşov hakimiyyətə gələndən bir qədər sonra, general-mayoru bu vəzifədən uzaqlaşdırıb, Azərbaycan Dəmiryol Milis İdarəsinin rəisi təyin ediblər…— E.Imanverified Verified 21:34, 5 fevral 2023 (UTC)Cavabla[cavabla]
bunların əksəriyyəti birinci dərəcəli mənbələrdir (sənədlər) axı. İkinci (ikinci tərəf müəllif tərəfindən yazılmış etibarlı mətn) və üçüncü (ensiklopediyalar) daha uyğundur. --► Hörmətlə: SolaVirum 18:00, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]
Symbol reply.svg Cavab: Kriteriyanı ödəyirsə, onda mediada işıqlandıraq və ikinci dərəcəli və ya üçüncü dərəcəli mənbələrdə şəxs haqqında məlumatı əks elətdirmək üçün təşəbbüs irəli sürək. E.Imanverified Verified 18:12, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]
bu, vikipediyaçıların borcu deyil. --► Hörmətlə: SolaVirum 11:05, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
Mən demədim ki, bu vikipediyaçıların işidir? mənim sualım kankretdir, polkovniki ensiklopedik hesab etmək olar? olarsa onda ikinçi dərəçəli mənbələr mediada işıqlandırıla bilər. E.Imanverified Verified 17:51, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • Məsələn bu şəxs Cəlil Xəlilov (polkovnik) ensiklopedikdirsə, nə üçün SSSR-nin polkovnikini ensiklopedik hesab etməyək? yuxarıda qeyd etdiyim kimi əvvəlki rütbəlilər daha əhəmiyyətli hesab oluna bilər hal-hazırki rütbəlilərlə müqayisədə. Zaqafqaziya dəmiryolu ensiklopedikdir, həmin dəmiryolunun Lavrenti Beriya adına milis idarəsinin rəisi ensiklopedik sayılmalı deyil? Bu şəkildə mayor olduğu görünür, bu şəkildə isə polkovnik olduğu görünür. SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 yanvar 1943-cü il tarixli "Qırmızı Ordunun şəxsi heyəti üçün çiyin poqonlarının tətbiqi haqqında" Fərmanı, SSRİ Xalq Müdafiə Komissarının 10 yanvar tarixli 24 nömrəli əmri ilə elan edilmişdir. , 1943— E.Imanverified Verified 10:37, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • 07.02.2023-cü il tarixində mail ünvanıma Moskvadan rəsmi cavab daxil oldu. Vikipediya cəmiyyətindən xahiş edirəm məqalənin bərpası məsələsinə baxsın. Hörmətlə: E.Imanverified Verified 22:14, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
Salam Elshad Iman (Elşad İman), dəfələrlə digər vikilərdə bloklanmısınız. Misal üçün enviki və trvikini nümunə kimi qeyd edə bilərəm. Azvikidə də bir neçə dəfə bloklanmağınızla bağlı müzakirələr olundu. Siz isə hər dəfə baxıram hansısa bir məqaləni israrla ya sildirməyə ya da bərpa etdirməyə çalışırsınız. Burada fəaliyyət göstərən könüllü insanları nə üçün yorursunuz? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:03, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
Salam, heç kimi yormaq niyyətim yoxdur əslində, sadəcə olaraq mənə qaranlıq qalan məsələlər üzərində müzakirəmi davam etdirmək istəyim olub həmişə, belə olmayanda özüm çaşqınlıq içərisində qalmış oluram. Vikipediya cəmiyyətinin fikrini yekdilliklə öyrənmək üçün israrlı oluram bəzi məsələlərdə, bu isə məsələyə subyektivlikdən çox obyektivlik gətirir. Sizə hörmətim böyükdür, bir çox məsələlərdə istiqamət verməyiniz məni çox ruhlandırıb həmişə. Hörmətlə: E.Imanverified Verified 07:52, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • Hörmətli vikipediyaçılar, şəxsin fəaliyyətini birinci dərəcəli mənbələrə əsasən, ikinçi dərəcəli mənbələrdə (mediada) işıqlandırıb, məqaləni bərpa üçün namizəd vermək olar? — E.Imanverified Verified 21:57, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]

Problem

Dostlar, belə bir kiçik problemimiz var. Bu siyahıdakı istifadəçilərin hamısı kütləvi şəkildə keçid qoymaq və ya xırda redaktələr etməklə məşğuldurlar. Xüsusilə, keçid tövisyəsi funksiyası ilə keçid yerləşdirirlər. Amma yerləşdirdikləri keçidlərin çoxunda problemlər var, əlaqəsiz keçidlər verirlər. İstifadəçi Neymarın qol sayından il məqaləsinə keçid verir və s. Bəziləri keçidi nowiki yazısı ilə qoyur, bəziləri bölmənin başlığından keçid verir, bəziləri nədənsə keçidləri çıxarır və ya nöqtədən əvvəl boşluq qoyur. Müzakirə səhifələrində cavab vermirlər. Bloklamaq da keçmir ürəyimdən, çünki faydalı redaktələri də var, xoş niyyətlə redaktə etməyə çalışırlar. Belə başa düşürəm ki, hansısa təlimdəndirlər. Amma bununla bağlı nə tədbir görə bilərik? Xüsusilə, keçid tövsiyəsi funksiyasının ləğv olunmalı olduğunu düşünürəm, çünki verdiyi tövsiyələrin çoxu məntiqli deyil. Şiroi Akuma 17:07, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]

@Bikar Orxan sağ olsun, göstərdi, buradakı istifadəçilərdən söhbət gedir. Şiroi Akuma 17:09, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]
yəqin haradasa, kimsə təlim keçir. --► Hörmətlə: SolaVirum 17:59, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]
1 il öncədən açılmış hesablar? Bikar Orxan (müzakirə) 18:01, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]
Olsun 1 il, yəqin təlimlərə gec başlayıblar, köhnə hesablardan istifadə edirlər. Hesabların çoxu elə fəaliyyətsiz qalıb. Şiroi Akuma 18:08, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]

Fikirləşirəm ki, bir müddət sərbəst fəaliyyətərinə imkan vermək lazımdır. Nə məqsədlə eləsələrdə, vizyonları nə olsa da, nəticə olaraq azvikini zənginləşdirirlər. Sadəcə olaraq fəaliyyətlərini izləmək lazımdır, səs vermədə və ya SNS, BNS-də fəaliyyətləri olarsa bloklayın. Memmedli Farid 19:49, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]

Yeni istifadəçilər də əlavə olunur sizin siyahıya. Baxıram, məsələn, Nury Quluzadə da o tip redaktələr edir. Təlimə oxşayır, amma bunlara təlim keçənin özünə təlim keçmək lazımdır. Çünki mənasız daxili keçidlər, simvollar, probellər və s. əlavə edirlər. Ciddi problemə çevrilə bilər belə redaktələr, çünki kütləvi xarakter daşıyır.— Sortilegus (müzakirə) 20:41, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
500 redaktəni keçən 3 istifadəçi səsverməyə getdi, daha 20+ hesabın səsvermədə iştirakı lazımdır ki, bloklama başlasın? Bikar Orxan (müzakirə) 20:45, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
Artıq mən də hiss edirəm ki, ortada nəsə düzgün deyil. Digər inzibatçılar da fikir bildirsin, onlar bloklamağa necə baxırlar, ondan sonra bloklamağa keçərik: @Araz Yaquboglu, @Babək Akifoğlu, @Wertuose, @Eldarado@Nicat49, @Turkmen, @Burocan, @Toghrul R. Şiroi Akuma 20:58, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
çoxusunun redaktələri uyğun deyil. Məqalələrdə hansısa sözə yerli-yersiz daxili keçid verirlər, dərc edirlər və bu prosesi dəfələrlə təkrarlayırlar. --► Hörmətlə: SolaVirum 20:42, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
Amma normal keçidlər də qoyurlar. Məsələn, burda. Şiroi Akuma 20:49, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
White Demon onlar da normal daxili keçidlər deyil, redaktə sayı artırmaq üçündür. Ümumiyyətlə, azvikidə [[Fransa]]nın daxili keçidi yerinə götürüb [[Fransa|Fransanın]] yazmaq mənasız bir işdir. Bu ənənə çox əvvəllər bizim rusdilli redaktorlar tərəfindən yaradıldı və bu günə qədər şəxsən mən bu cür daxili keçid qoymaqla mübarizə aparıramsa da, davam edir. Ruslar elə keçidlər verə bilər, çünki onlarda ismin kökü dəyişir - [[Франция]] olur [[Франция|у Франции]]; [[Франция|во Францию]]; [[Франция|с Францией]], amma bizdə [[Fransa]]nın, [[Fransa]]ya, [[Fransa]] ilə və s. ismin kökü dəyişmir. Daxili keçid verəndə də azvikid. "nowiki" teqinin işlədilməsi ayrı bir dərddir. — Sortilegus (müzakirə) 21:07, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]
Hörmətli həmkar, SNS və BNS üçün fəaliyyətlərini artırırlar çox güman, səs ovçuluğu indidən hiss olunur, SNS -də qeyd etmişəm. E.Imanverified Verified 22:36, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]

@White Demon redaktələrin əksəriyyəti sadəcə kəmiyyət olsun deyə edilir, bu açıq-aşkardı. Xeyirdən çox ziyan verirlər. Təlim olması da heç inandırıcı deyil. Normal redaktələr edə bilmir, amma SNS-də gəlib aktiv iştirak edir. Zənnimcə belə profilləri yaradanlar, məsələn belə elan verənlərdi. Ödəniş alıb məqalə yaradırlar, sonra silinməyə namizəd olanda bənzər profillərə ehtiyac duyurlar. Bloklanmalıdırlar.— Nicat49   müzakirə 00:08, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]

Bloklanmları daha məqsədə uyğundur gələcək zamalarda kütləvi formada AzVikipediyada problem yarada bilərlər -- ⟨Qraf⟩061   (müzakirə) 00:50, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
Səsəvermələrdə iştirak üçün olunan redaktələr hesab edirəm. Belədirsə bloklanmalıdılar. Ən azı heç olmasa 3-4-ü indidən bloklansın ki, nəticə çıxarsınlar. — Araz Yaquboglu (müzakirə) 05:18, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Nicat49 @White Demon @Eldarado lütfən tədbir görülə bilər artıq? hamısı bloklanmalıdır. mən ciddi çətinlik çəkirəm artıq. sayı hesabı yoxdur redaktələrin, istifadəçilərin. bu gün də yeniləri peydə oldu artıq. sabaha qalsa daha da yenilər çıxacaq. təlimdirsə də, bu cür redaktələr vikiyə fayda vermir. (ki, artıq o istifadəçilər SNS-dədir :) ) xəbərdarlıqlara da məhəl qoyulmur. bildiyiniz ordu yığılır gözümüzün qabağında. Atakhanli (müzakirə) 06:31, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
HəY Müzakirələri oxudum, vikiyə ziyan vuran hər kəs layihədən uzaqlaşdırılmalıdır, yararlı fəaliyyətləri də olsa belə. Deyilənlərlə razıyam və bloklamalara başlayıram. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:37, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
Mən də, sözügedən istifadəçilərin fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində bildirilən rəylərə qatılıram. Burocan (müzakirə) 11:16, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Burocan @Sortilegus @Nicat49 @White Demon Eldar bəy xeyli istifadəçini blokladı, viki bir az yüngülləşdi. amma indi də daha yeniləri peydə olmağa başladı. deyəsən bloklanma da işə yaramayacaq. ya da hesab edirəm ki, eyni IP-dəndirdlər. həmin IP-ni bloklamaq lazımdır. ya da keçid tövsiyəsini ləğv edək, məhdudiyyətlər gətirək. @Toghrul R Atakhanli (müzakirə) 13:03, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
lütfən buna da nəzər yetirin: 1. (bir neçəsi də vardı, arada qaynadı itdi. tapdıqca bura əlavə edəcəm) 2. Atakhanli (müzakirə) 20:00, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]

Spam filtrı

Bəzi saytlar var ki, spam filtrındadırlar. Hər halda, bunlardan bəziləri məntiqsizdir deyə düşünürəm. "About.com" İngilisə Vikipediyada spamda deyil, amma bizdə elədir. Bu, məqalələri tərcümə etməkdə problem yaradır. EnVikidə daha məntiqli olaraq "Sputnik" kimi pis reputasiyalı nəşrlər manual olaraq çıxarılır. --► Hörmətlə: SolaVirum 17:54, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]

Toghrul R, White Demon, qeyd etdiyim saytı spam filtrından necə çıxarmaq olar? --► Hörmətlə: SolaVirum 17:54, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]
Ağ siyahımız burdadır. Saytlar bura əlavə olunanda həmin sayt spamda sayılmır. Şiroi Akuma 18:05, 6 fevral 2023 (UTC)Cavabla[cavabla]

1858-ci il Rusiya İmperiyasının Hərbi Nazirliyinin rəsmi orqanında "Xankəndi" və ..

salamlar, Sizə maraqlı gələ bilər deyə paylaşıram. Uluxanlı, Kəmərli, Qarabulaq, Sərdarabad, Gözəldərə, Bulaqbaşı.. keçid. Atakhanli (müzakirə) 07:46, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]

Qaydalar

Salam. Son günlərdəki aktivliyə baxaraq belə qərara gəldim ki, Vikipediyanın VandalizmBloklama qaydalarında dəyişikliyə ehtiyac var. Sadəcə redaktə sayı artırmaqla məşğul olan hesabların qarşısını öncədən alacaq mexanizmə ehtiyac var. Amma hansı formada? Fikirləriniz önəmlidir. Bikar Orxan (müzakirə) 17:43, 7 fevral 2023 (UTC)Cavabla[cavabla]

Bunun üçün hər hansısa bot yaradılsa əla olar. Məsələn istifadəçilərin müəyyən yerə qədər müəyyən vaxt muddətinde limitlər edə bilər -- ⟨Qraf⟩061   (müzakirə) 00:52, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
həqiqətən də mənzərə dəhşətli hal almağa başlayır)) xüsusən də keçidlərlə bağlı hal daha da böyüyür, daha yeni istifadəçilər peydə olmağa başlayıb. vikiyə ziyan verir bu hal artıq. operativ addım lazımdır. Atakhanli (müzakirə) 06:26, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]
Göz görə-görə fəaliyyətin qarşısı alınmırsa deməli qaydalarda dəqiqləşdirməyə ehtiyac var. Gələcəkdə oxşar halların(səsvermə ordusunun) yaradılmasının qarşısını almaq üçün qaydaları dəqiqləşdirmək lazımdı. Məsələn: son 24 saatda istifadəçi 10 yanlış keçid əlavə edirsə 24 saat bloklansın, uyğun olaraq blok müddəti artsın. Ona yanlış keçidin də nə olduğunu dəqiq yazmağ lazımdı ki, suallar yaranmasın. Bikar Orxan (müzakirə) 06:44, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]

Özəl İnsident Raportu Sistemi haqqında yeni detallar

Salam!

Bizim Özəl İnsident Raportu Sisteminin (ÖİRS) inkişafına dair bir yeniliyimiz var.

Biz suallarınızın cavablandırılmasında kömək olması məqsədilə proyekt səhifəsində tez-tez verilən suallar səhifəsi yaratdıq. Lütfən o səhifəyə göz gəzdirin və rəy bildirin, yaxud əgər varsa, əlavə suallar yönəldin.

Ən gözəl diləklərimizlə, Güvən və Təhlükəsizlik Alətləri komandası.

STei (WMF) 19:07, 8 fevral 2023 (UTC)Cavabla[cavabla]

Mişni (Laçın)

Salam. Bu məqaləyə uzun müddətdir qeyri-ensiklopedik məzmun əlavə olunub-silinir. İstifadəçi pis niyyətli deyil, lakin qaydalarla da tanış deyil. Nəzər yetirməyiniz xahiş olunur. Bikar Orxan (müzakirə) 13:43, 9 fevral 2023 (UTC)Cavabla[cavabla]

HəY Burocan (müzakirə) 17:12, 9 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Burocan mühafizə nə işə yaradı? Bikar Orxan (müzakirə) 06:22, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
İstifadəçiyə xəbardarlıq etdim. İstifadəçi yalnız qeyri-ensiklopedik yox həmdə Azərbaycan dilində olmayan məzmun əlavə edir. Əgər istifadəçi xəbərdarlıqa məhəl qoymazsa o zaman istifadəçi bloklanar. — Wealszy (müzakirə) 06:42, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
Salam.Zəhmət olmasa hansı qaydada yazılması üçün köməklik göstərin. Elbrus Qasimov (müzakirə) 08:27, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
== Mişni Laçın == {{Kömək edin|nocat=y}} Sualınız. — Elbrus Qasimov (müzakirə) 08:34, 14 fevral 2023 (UTC)Salam.Zəhmət olmasa Mişni səhifəsindən silinən məlumatların geri qaytarılmasına köməklik göstərin.Əvvəlcədən təşəkkür edirəm.Cavabla[cavabla]
Nəticə:
Cavablandırıldı
Sualınız. — ~~~~ Elbrus Qasimov (müzakirə) 08:34, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
Salam.Zəhmət olmasa Mişni səhifəsindən silinən məlumatların geri qaytarılmasına köməklik göstərin.Əvvəlcədən təşəkkür edirəm. Elbrus Qasimov (müzakirə) 12:20, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]

Təklif

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hər kəsə salam. Təklif edirəm ki, Türkiyədə və Suriyada baş vermiş dəhşətli fəlakətlə əlaqədar biz də dəstəyimizi vikipediya logomuzda əks etdirək. Zəhmət olmasa mövzu ilə əlaqədar fikirlərinizi və logonun hazırlanmasında edə biləcəyiniz dəstəyi qeyd edin. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:08, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]

  • − Əleyhinə: Hamı kimi mən də Türkiyədə baş vermiş fəlakətə görə çox üzgünəm. Amma nə türkcə Vikipediya Türkiyə Vikipediyasıdır, nə də azərbaycanca Vikipediya Azərbaycan Vikipediyası. Vikipediya ancaq ensiklopediyanı genişləndirmək və ya bunu təbliğ etmək üçün istifadə olunmalıdır. Loqonu dəyişdirmək buna xidmət etmir. Ukraynanın Rusiya ilə müharibəyə görə loqosunu dəyişdirməyini də dəstəkləməmişəm heç vaxt. Bizim burada ən böyük dəstəyimiz müvafiq məqalələri işləyib oxuculara dolğun və dəqiq məlumat çatdırmaq olmalıdır.— Şiroi Akuma 10:40, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • − Əleyhinə: WD-nın bildiriyi fikirə əsasən. Düz deyir, bunu etsək, onda gərək bizdəki əlamətdar günlər üçün də belə loqolar hazırlayaq. Bura isə Azərbaycan Vikipediyası deyil, azərbaycanca vikipediyadır. Onun yerinə mövzu ilə əlaqədar məqalələri işləyib, oxuculara təqdim edərək töhfə vermək ən böyük dəstək olar, qatılıram. Başımız sağ olsun! Hörmətlə, Gadir (müzakirə) 15:11, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • − Əleyhinə: White Demon ilə həmfikirəm — Wealszy (müzakirə) 11:36, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • + Lehinə: matəm lentinin lehinəyəm. --► Hörmətlə: SolaVirum 16:01, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • − Əleyhinə:Xeyal (müzakirə) 16:06, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • − Əleyhinə: @White Demon-un fikirlərinə qatılıram. Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 19:49, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • + Lehinə: digər həmkarlarla həmfikrəm -- ⟨Qraf⟩061   (müzakirə) 08:50, 11 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • + Lehinə: həmkarların fikrinə qatılıram. — MOSES 10:39, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • + Lehinə: Loqoya lentin əlavə edilməsinin. — surə m 19:28, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • + Lehinə:Baskervill (müzakirə) 03:57, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]

Şərhlər

  • Loqonu ya Türk bayrağına boyaya bilərik, ya da türk vikisində olduğu kimi qara matəm lenti yerləşdirmək olar. Azərbaycanda rəsmi olaraq matəm elan olunmayıb deyə bu nə dərəcədə doğru olar bilmirəm amma, əksər dövlət təşkilatları belə o lentdən istifadə edir. amma sözsüz ki, viki icma əsasən icmaya əsaslanır ki, xalqın matəm ab-havasına uyğun olaraq məncə lentdən istifadə edə bilərik. bir də loqonun bayrağa uyğun olaraq boyama məsələsinə qaldıqda təkcə Türkiyə mi, yoxsa həm Suriya, həm Türkiyə mi olacaq, qərarlaşdırılmalıdır. mən lentin tərəfdarıyam. Atakhanli (müzakirə) 10:24, 10 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • Zəlzələdə ölmüş Suriya milli komandasının futbolçusu Nadir Coxadar və Türkiyə deputatı Yakup Taş haqqında məqalələri yaratdım. Türkiyə–Suriya zəlzələsində (2023) ölənlər, Türkiyə–Suriya zəlzələsindən (2023) zərər çəkmiş tikililər, Türkiyə–Suriya zəlzələsi (2023) kateqoriyalarını da təşkil etdim. Hələki beynəlxalq reaksiyalar və afterşokların siyahısı məqalələri yaradılmayıb. Zəlzələdən zərər çəkmiş nə qədər tikili var ki, hələ də vikipediyamızda məqalələri yoxdur.— Şiroi Akuma 02:23, 11 fevral 2023 (UTC)Cavabla[cavabla]
    @White Demon təşəkkürlər, digər həmkarlar yaratmasa mən bu günə yaradacam. Atakhanli (müzakirə) 10:53, 11 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Salam, @White Demon. Nadir Coxadar səhifəsinin adı, məncə, Nadir Cuxədar olmalıdır — ərəb dilində [o] səsi yoxdur, habelə şəxs digər vikilərdə Cuxadar kimi qeyd olunub. Bir də, Yakup Taş adı bizim dilə tərcümə edilməli və Yaqub Daş adlandırılmalı deyil? Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 12:20, 11 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Adlar tərcümə oluna bilməz. Ərəb dilini bilmirəm, amma "o" demirlərsə, "Cuxadar" ola bilər. Şiroi Akuma 12:46, 11 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Adlar tərcümə oluna bilməzsə, niyə kainat liderinin adı bizim Vikipediyada türkcədəki orijinalında yox, azərbaycanca tərcüməsi ilə yazılır? Yaxud mərhum Dəniz Baykal, Mustafa Kamal Atatürk, Kamal Qılıncdaroğlu, Kamal Sunal... Görünür, digər adlar kimi Yaqub Daş da tərcümə edilməlidir.
    Bir də, ərəb dilində ـَ ilə göstərilən sait bizim dilə ə kimi transliterasiya olunur; yəni Cuxadar əvəzinə Cuxədar yazılmalıdır. Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 17:53, 11 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Wiki6421 ilə razıyam, hər iki məsələdə --► Hörmətlə: SolaVirum 19:50, 11 fevral 2023 (UTC)Cavabla[cavabla]
    YoxN birincisi, biz transliterasiyadan danışırıq, tərcümədən yox. Onları ona görə belə yazırıq ki, yerli media onların adlarını belə yazır. Əsas mənbələrdi, sonra transliterasiya. Bütün mənbələr Rəcəb yazıbsa, bizdə məcbur Rəcəb yazmalıyıq. Amma Yakup Taş məsələsində elə deyil, özümüzdən Amerika kəşf edib Yaqub Daş yaza bilmərik. O vaxt yaza bilərik ki, yerli mediada kifayət qədər "Yaqub Daş" yazsınlar. Bu məntiqlə hərəkət etsək, Emma Stounu da Emma Daş yazmalıyıq. Şiroi Akuma 01:12, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Elə mən də transliterasiyadan danışıram və transliterasiya da bir növ tərcümədir — əlifba tərcüməsi, hansı ki, türklər buna harf çevirisi adını veriblər. Özümüzdən Amerika kəşf edə bilmərik məsələsində haqlı ola bilərsiniz, ona bir sözüm yoxdur; hərçənd
    buraya türk dilindən olan transliterasiyalarla bağlı bir qayda əlavə oluna bilərdi. Yeri gəlmişkən, belə bir məsələ də var ki, Emma xanımın soyadı stonedur, daş deyil. Vəlakin türk dilindəki taş sözü isə bizim dilimizdəki daş sözü ilə faktiki olaraq eyni sözdür. Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 08:20, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    "Stone" ingiliscə "daş" deməkdir. Şiroi Akuma 08:41, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    İngiliscə səviyyəm bunu anlamağa bəs edir, çox sağ olun. Məsələ burasındadır ki, sözlər eyni söz deyil, mənaları eyni olsa da. Azərbaycancatürkməncə daş, qaqauzcatürkcə taş, uyğurca تاش, qazaxca тас və s. isə eyni sözlərdir. Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 10:14, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Sözlərin eyni məna daşıması eyni sözlər olduğunu göstərmir. "Taş"la "daş" eyni mənşədən olan və eyni mənaya malik iki fərqli sözdür. Azərbaycan dilində "t" hərfi də var, səsi də var, niyə görə "Taş" soyadını "Taş" əvəzinə "Daş" yazırıq ki? Şiroi Akuma 10:28, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Düşünürəm ki, məsələyə çox yanlış yanaşırsız. Alman dilindəki "stein" (daş) sözü ilə ingilis dilindəki "stone" (daş) sözü də eyni mənşədən olan sözlərdir. Sizin məntiqinizlə yanaşsaq, soyadı Stein olan alman haqqında EnVikidə məqalə yaradılsa, soyadı Stone kimi göstərilməlidir. Elə şey olmur axı. Şiroi Akuma 10:36, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    "Stone" məsələsində qətiyyən razı deyiləm. Ancaq ad-soyadı türkcə olan şəxslərin məqalələri necə adlandırılmalıdır, bu, az viki üçün bir az qarışıq və problemli məsələdir. Bu hər vaxt belə olub. Çünki elə məqalələr var ki, olduğu kimi adlandırılıb, elələri də var ki, müəyyən dəyişikliklər edilərək. "Rəcəb"-i mənbələr elə yazır deyə elə yazırıq, amma ki, məncə, nümunə kimi göstərilən daş məsələsinin bura heç bir aidiyyatı yoxdur. Elə məsələn, az vikidəki adı Zeynəb olan bir şəxsi türk vikisində zənn etmirəm ki, nə vaxtsa, olduğu kimi adlandırarlar. Götürüb Zeynep yazacaqlar, bəs onlarda B hərfi yoxdur ki, belə yazırlar? Məsələn, WD bu məqalənin adını dəyişdirib qoymuşdu, "Aras Bulut İynəmli". Z-nı S hərfinə, D-nı da T hərfinə çevirmişdi, amma Ə hərfinə toxunmamışdı. İndi ortaya belə bir sual çıxır, bu məqaləni doğru şəkildə necə adlandırmalıyıq? Gadir (müzakirə) 11:30, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    White Demon, həmişə belə tətbiq olunub türkdilli adlarda. Rəcəb Tayyib Ərdoğan niyə yazaq? Türklər niyə Tevfik Behramov yazır? Özbəklər niyə Mirzo Dovud Huseynov yazır? Türkmənlər niyə Ylham Alyýew yazır? --► Hörmətlə: SolaVirum 15:12, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Solavirum haqlıdır əslində. Onlarda olursa bizdə niyə olmur? Tevfik adını yaxşı deyək ki, q hərfi yoxdu, Tofik yaza bilərlər, niyə yazmırlar? Çünkü onlarda o ad o formada da yazılır. Bizdə eyni cür yazmalıyıq deyə düşünürəm. Gadir (müzakirə) 15:28, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Mən heç cür başa düşmürəm ki, mənim dediklərimlə digər vikipediyaların nə əlaqəsi var. Onlar "səhv" edirsə, bizə bundan nə? (öz mənbələrindəki versiyalara əsaslanırlar deyə səhv etmədiklərini düşünürəm). "Bəs başqa türkdilli vikipediyalarda..." demək artıq whataboutism sayılır, arqumentlərimin birbaşa çürüdülməsi deyil. Xahiş edirəm, kimsə mənə bir tutarlı səbəb göstərsin ki, niyə görə dilimizdə ada dair yerli mənbə olmadığı hallarda bizim dilimizdə t hərfi ola-ola, /t/ səsi ola-ola niyə görə t-nı d yazmalıyıq? Mənə heç cür bu çatmır. Şiroi Akuma 15:45, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    İş orasıdır ki, bizdə hər şəxs haqda mənbə tapmaq mümkün olmur axı. Düşünürəm ki, bu barədə ayrıca bir başlıq açıb müzakirə etmək daha uyğun olardı. Gadir (müzakirə) 15:49, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Əksər Azərbaycandilli mənbələr adları tərcümə edir, ona görə. --► Hörmətlə: SolaVirum 14:58, 13 fevral 2023 (UTC)Cavabla[cavabla]
YoxN Qəbul edilmədi. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:09, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]

Gülnaz Dadaşova məqaləsi

Salam. Zəhmət olmasa, hər kəs bu redaktəyə nəzər yetirsin. Mövzunu dəqiq bilmirəm, amma bu şərh diqqətimi çəkdi deyə icma ilə bölüşmək istədim. Gadir (müzakirə) 16:42, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]

Bu mesajı mən də görmüşəm. Ümumiyyətlə, AzVikidə hansısa istifadəçi (ya da istifadəçilər?) qarşı tərəfdən pul tələb edərək məqalələr saxlatdırmağa çalışır. Payriff məqaləsində də belə olmuşdu, kimsə şirkətlə əlaqə saxlayıb qeyri-ensiklopedik məqaləni pul qarşılığında saxlatdırmağı təklif etmişdi. Eyni şəxslər olması ehtimalı yüksəkdir. Təəssüf ki, kimliyi üzə çıxmadı. Həmin istifadəçini mütləq müəyyənləşdirib müddətsiz bloklamaq lazımdır. Həqiqətən dəhşətli şeydi, məqaləni saxlatdırmaq və ya sildirməmək üçün bu cür çirkli yollara əl atmaq. Ümid edirəm ki, həmin istifadəçi bu şərhimi oxuyur və etdiklərindən utanır. Şiroi Akuma 18:37, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
Bəli, mümkündürsə, keçidləri də yerləşdirin. Burada bu mövzuya aid bir başlıq daha açılmışdı (əgər səhv xatırlamıramsa, Bikar Orxan açmışdı başlığı, səhv xatırlamıramsa.) Dəqiq xatırlamıram, amma sanki burada elə bir mövzu var idi, çox yox, bir neçə ay öncə. Gadir (müzakirə) 18:55, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
Başlığı mən açmamışdım amma əsassız şübhəli mən idim). Payriff . İndiki mövzuya qaldığda isə eyni adam olduğunu sadəcə ehtimal eliyə bilərik. Bikar Orxan (müzakirə) 19:02, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
Hə, tamam, üzrlü sayın. Sadəcə mənə çox maraqlıdır ki, orada nə üçün Ahli iman abbas sizi ittiham edib? Gadir (müzakirə) 19:15, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
White Demon orda ehtimalı qeyd edib. Bikar Orxan (müzakirə) 19:19, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Gadir məsələni önə çıxardığınız üçün təşəkkür edirəm. məsələ çox ciddi araşdırılsın lütfən. ümumiyyətlə bu istifadəçi kimdir? 2017-dən fəaliyyəti var Atakhanli (müzakirə) 19:53, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Atakhanli yəqin ki, Solavirum ona görə əlaqə saxlamağa çalışıb. Bikar Orxan (müzakirə) 19:56, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Bikar Orxan məsələ ondadır ki, məqaləni bərpaya mən təqdim etmişəm. bu şəxs kimdir ki, ümumiyyətlə? bir də "zəng edib pul tələb olunmuşdur" deyir Atakhanli (müzakirə) 20:01, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
İstifadəçi əlaqə nömrəsini qeyd etmiyib. Ola bilər ki, Gülnaz Dadaşovaya zəng olunub, bu istifadəçi də onu şəxsən tanıyır. Bikar Orxan (müzakirə) 20:05, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
Salam.
Sizə Ak.C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu rəhbərliyi adından İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri olaraq yazıram.
Məlumat üçün bildirmək istəyirik ki, bizlə heç kəs bu barədə əlaqə saxlamamışdır. I5lamios1 (müzakirə) 21:28, 12 fevral 2023 (UTC)Cavabla[cavabla]
Bu məsələ artıq ciddiləşib. Bir dəfə də bir başqa kişi həkimə (adını xatırlaya bilmədim) zəng edib deyiblər ki pul ver məqaləni saxlayaq yoxsa silinəcək. Özü də başa salıblar ki, silinsə daha sənin adın Googledə çıxmayacaq. Mən bu silinərkən adın axtarışda çıxmamasını bu yaxında bilmişəm. Bunlar hardan bilirlər belə şeyləri maraqlıdır. Həkimin bir tanışı mənə zəng edib demişdi bunları. Mənə 2-3 gündən bir bu mövzuda zəng edib vikişilərdən şikayət, narazılıq edirlər. Gəlin vikipediyanın adını belə mövzularda pisə çəkməyək. Bura hamızın könüllü olaraq əmək verdiyimiz bir məkandı. — Araz Yaquboglu (müzakirə) 07:26, 13 fevral 2023 (UTC)Cavabla[cavabla]
mənim indi deyəcəklərim sadəcə mənim şəxsi düşüncələrimdir və lütfən hər hansı şəxsə böhtan kimi qəbul edilməsin. mən düşünürəm ki, ilk başda düşünmək olardı ki, bu fikiri yazan şəxs Gülnaz xanım tərəfi təmsil edir, çünki bildirir ki, "bərpa etmək üçün zəng edib pul tələb olunmuşdur". amma bu hal tutuşmur, bu o halda olardı ki, həmin istifadəçi adətən yeni istifadəçi olsun və ya edit sayı çox az olsun. hətta sırf bu cümləni yazmaq üçün viki hesabı açsın. (təcrübə belə göstərir). amma maraqlıdır ki, bu istifadəçi 2017-ci ildən fəaliyyətdədir və son redaktəsi 2021-ci ilə aiddir. 2 ildən sonra maraqlıdır ki, bu şəxs necə peydə oldu? fikrimə görə bu şəxs keçmişdən bu yana fəaliyyətdə olan "qoca" istifadəçilərdən biridir. hətta çox böyük ehtimalla biz onu mütləq tanıyırıq. bu hesab isə onun sadəcə ikinci hesabıdır. hesaba baxdıqda şəxs sadəcə azərbaycan mənbələrindən istifadə edir və əslində təxmin etmək olur ki, hansı icmadandır :) nədirsə kitab bol olan yerdəndir. Gülnaz xanımın məqaləsin mən SNS etmişdim və elmi fəaliyyəti barədə geniş məlumat olmadığı üçün (elə bunu da arqument göstərərək) məqalə icma qərarı ilə silinmişdi. ehtimal ki, şəxs məqalənin silinməsini fürsət bilib və Gülnaz xanımın ensiklopedikliyini nəzərə alaraq rahat BNS olunacağını bildiyi üçün bərpaya namizəd verib məqaləni bərpa elətdirmək üçün pul tələb etmək istəyirdi. amma mən pulsuz-parasız özüm məqalə üzərində işləyib təkrar BNS-yə təqdim etdim. və həmin şəxsin bununla da xəyalları suya düşdü. indi də yan hesab ilə bu cür mesajlarla suyu bulanıqlaşdırmaq, əlavə müzakirələr çıxarmaq istəyir.
ikinci bir ehtimal, güman ki, şəxs mənim onun məqalələrini daha öncə qeyri ensiklopedik olduğu üçün SNS edərək sildirdiyim şəxslərdən biridir və əminəm ki, söhbət fırlanıb mənim üzərimə gələcəkdi. şəxs bununla da mənim vikidəki 2 illik aktiv fəaliyyətimə kölgə salmağa çalışır.
ümumiyyətlə bu tip hallar da vikidə ilk deyil təəssüf ki. elə ən yaxın nümunəsi payriff məqaləsi. həmin məqalədə də eyni söhbətlər olmuşdu, heyif ki, şəxs tapılmadı. o məqalədə də digər patrul günahkar çıxardılmışdı guya və çox təəssüf ki, belə hallarda pul alıb məqaləni doğru düzgün tərtib etməyən şəxslər yox, həmişə patrullar günahkar çıxardılır.
mənə hələ məlumat çatır ki, bəzi tanınmış şəxslərin məqalələrindən sığorta kimi pul da alırlar. aylıq, illik müəyyən ödəniş alırlar ki, biz sizin məqalənizi qoruyacayıq. dırnaq arası instagram qorumaları kimi :)
bu yaxınlarda yığılan səs ovçusu təyinatlı "ordudan" da xəbər çıxmadı, nə məsələ idi. yaxşı ki, bloklandı hamısı.
və bu arada vikidən kimsə mənim şəxsi məlumatlarımı paylaşıb, mənə tez-tez zənglər olunur. vikidə hansısa məqalə bir az gec açılanda belə günahı məndən bilirlər, modemi yoxlamaq yerinə :) Atakhanli (müzakirə) 08:14, 13 fevral 2023 (UTC)Cavabla[cavabla]
Yazının süjet xətti çox ciddi idi, son cümləyədək. :D Sayğılarım, gözəl diləklərimlə, 6421 14:30, 13 fevral 2023 (UTC)Cavabla[cavabla]
@White Demon, @Solavirum "I5lamios1" adlı istifadəçinin mövzu açılan gün gəlib burada və Araz Yaquboglunun müzakirə səhifəsində görünüşə görə özünü məcbur hiss edib açıqlama verməsi də (daha doğrusu, digər istifadəçinin yazdıqlarını inkar etməsi) mənə çox qəribə gəldi. Maraqlıdır, heç bir redaktəsi olmayan və keçən il qeydiyyatdan keçilən bir hesab, bu mövzudan birdən birə (özü də bu başlıq açılan gün) necə xəbər tutdu da (ya da xəbərdar edildi?) bura izahat verməyə gəldi? Mən bir müddətdir aktiv olmadığım üçün olanlardan ətraflı xəbərim yoxdur. Amma belə görürəm ki, WD çox haqlıdır, həmin istifadəçi və ya istifadəçiləri müəyyən etmək lazımdır. Bu çox ciddi bir məsələdir və bir an öncə müəyyənləşdirmək lazımdır. @Atakhanli, bu arada, sizi ittiham etdiyimi əsla düşünməyin, sadəcə məqaləni ora da bura da təqdim edən sizsiniz ki, niyə belə etmisiniz və açığı, bütün bunlar da mənə çox qarışıq gəldi. WD, Solavirum, nə düşünürsünüz? Gadir (müzakirə) 16:45, 13 fevral 2023 (UTC)Cavabla[cavabla]
Deməli, pul tələb edən istifadəçi bu müzakirəni oxuyur :) Şiroi Akuma 02:32, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Gadir əslində məsələ deyəsən mən deyən kimidir. şəxs özü də bilmədən özünü ifşa edir. hansı icmadan olduğunu bildirir :) tam da mənim dediyim kimi. + adamın son cümləsinə də nəzər yetirin. :D nəysə. bundan əlavə, I5lamios1 - i heç bir redaktəsi olmayan istifadəçi kimi təqdim etmisiniz, amma şəxs cəmi 5 ay əvvəl qeydiyyatdan keçib və Gülnaz Dadaşova məqaləsin yaradıb. (necə ki, ilk təşkilat özləri cəhd edib, amma təcrübəsizlikdən silinib). redaktənin görünməməsinin səbəbi məqalənin silinməsidir. bundan başqa, şəxs özünü təqdim edib. Gülnaz xanımın direktor olduğu qurumun IT şöbəsinin rəhbəridir. bir də bildirmisiniz ki, "özünü məcbur hiss edib". sizin təşkilat adından biri belə bir müzakirə açsa və desə ki, bizdən bərpa üçün pul istənilib. Siz olmayan şeyi inkar etməzsiniz? və tək sual: Gülnaz xanımın tərəfi bildirir ki, onlardan bərpa üçün pul istəyən olmayıb. onda bu söz-söhbət haradan qaynaqlanır? ümumiyyətlə Araz bəyə yazan şəxs bunu haradan çıxardır?
@White Demon @Toghrul R mən həmin istifadəçinin check user olunmasının tərəfdarıyam. kömək edin bu məsələlərə son qoyaq. təmizləyək vikini. Atakhanli (müzakirə) 06:04, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
"pulla deyil ki, eliyək də" prinsipini əsas tutardım. Amma eyni iş yerində bir çox adamın vikipediya istifadə etdiyi qeyd olunub. Bu halda lazımsız bloklamalarla qarşılaşa bilərik və bunu istəmərəm. Hər iki istifadəçinin real olduğunu düşünürəm, təsadüfən bura gəlib çıxmaları real həyatdakı müzakirə nəticəsidi hansı ki, xəbərimiz ola bilməz. Pul məsələninin isə müraciətin ağızdan-ağıza ötürüldükdə əlavə olunduğu fikrindəyəm. Xülasə: bu hesabların bu yaxınlıqda bloklanan 20-40 hesabla əlaqəsi yoxdur. Ümid eliyirəm xanımın məktub qutusunu doldurmamısınız. Bikar Orxan (müzakirə) 07:06, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Atakhanli, I5lamios1 Kənd meydanındakı bu müzakirədən necə xəbər tutub? Faəliyyətindən hiss olunur ki, Vikipediyaya daimi girən şəxs deyil. Adını da teq etməmişik. Şiroi Akuma 07:30, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
Böyük ehtimalla eyni yerdə işləyirlər. Bikar Orxan (müzakirə) 07:36, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Bikar Orxan @Gadir @Onyeddi @Qraf061 @White Demon mənimlə az öncə Elmi-Tədqiqat Kardiologiya İnstitutu rəhbərliyi adından əlaqə saxlanıldı. məsələ tam olaraq mən dediyim kimi deyilmiş. bildirildi ki, qarşı tərəf ilə (onu yazan şəxs) əlaqə saxlanılıb, aydınlaşdırılıb. və mənə onlardan bərpa üçün pul tələb, təklif olunmadığını təkrar bildirdilər. (zatən daha öncə də bildirmişdilər) bəzi məsələləri isə mən bilmirəm açıqlamaq nə dərəcədə doğru olar. amma ehtiyac olarsa özləri açıqlama yazacaqlar. Atakhanli (müzakirə) 07:53, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Araz Yaquboglu Atakhanli (müzakirə) 08:10, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
Sualım cavabsız qaldı axı. I5lamios1 bu müzakirədən necə xəbər tutub? Bu istifadəçi axı gündəlik olaraq Kənd meydanına baş çəkmir. Şiroi Akuma 08:18, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
Açıqlama artıq mütləq olmalıdır deyə düşünürəm. - Onyeddi (müzakirə) 08:00, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
Atakhanli check user təqdim etmək elədə çətin deyil. Özünüzdə edə bilərsiniz. - Onyeddi (müzakirə) 07:21, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • İndi biz nə bilək ki, müzakirə nəticəsində məqalə bərpa olunsa pul istəyən şəxs zəng edib pul istəmiyəcək? Zəng edəcək ki, bərpa etdim ödəniş edin. Normal olaraq buradan məlumatsız şəxs vəya şəxslərdə minnətdarlığını bildirib ödənişini göndərəcək... - Onyeddi (müzakirə) 07:25, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
    Pul tələb olunduğunu deyən şəxs də, məlumatı 3cü tərəfdən alıb, heç o da dəqiq deyil. Bikar Orxan (müzakirə) 07:40, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • Zəng edən şəxsin nömrəsini əldə etmək də olar o zaman kimliyi ortaya çıxar. Belə hallar bundan əvvəl də təkrar olub həmin istifadəçi tapılıb blok edilməsə bu formada davam edəcək -- ⟨Qraf⟩061   (müzakirə) 07:42, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
  • Ramil Necefov təxmin edirəm ki, Gülnaz Dadaşovanı tanıyır. — Araz Yaquboglu (müzakirə) 07:59, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]
Bu məsələ ilə bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun e-mailinə məktub ünvanladım. Onlar əlaqə saxlamaq üçün nömrə verdilər. Amma hələ əlaqə saxlamamışam. — Wealszy (müzakirə) 09:24, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]

İndi başqa bir cavab gəldi və cavaba görə I5lamios1 istifadəçisinin həqiqətən Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işləyir və bu bu xəbərin böyük ehtimalla şayiədən ibarət olduğunu göstərir. İstəyən olsa yazışmanın ekran görüntüsünü vikiyə yükləyərəm. — Wealszy (müzakirə) 12:31, 14 fevral 2023 (UTC)Cavabla[cavabla]

Salam. Dünən iş yoldaşım tanıdığına yəni Kardiologiya İnstitutunun İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Nailə xanıma zəng etdi. Nailə xanım bildirdi ki, o "uşaq" yenə zəng etmişdir və bizə dedi ki, yazın ki, pul məsələsi yoxdur. əks halda məqaləni siləcəm. Onların işçi də (I5lamios1) həmin uşağın diktəsi altında o məktubu yazdı. Nailə xanım bir daha təsdiq etdi ki, pul istənilib (səs yazısı bizdə var.) Hətta o uşağın adını da dedi. Siz bu məsələni həll etmək istəyirsinizsə bunun müxtəlif yolları var. 1-ni mən sizə deyim: qrup yaradırsız və Nailə xanım, Gülnaz xanımla görüşürsüz. məsələni aydınlaşdırırsız. Məni istərdim ki, bu halların sonu kəsilsin. Bu ilk deyil, qarşısı alınmasa da son olmayacaq. Esperantoss (müzakirə) 06:29, 15 fevral 2023 (UTC)Cavabla[cavabla]

Twinkle vidcetinin əlavə edilməsi

Aşağıdakı müzakirə bağlıdır. Lütfən heç bir dəyişiklik etməyin. Yeni şərhlər müvafiq səhifədə müzakirə edilməlidir. Bu müzakirəyə heç bir əlavə edilməməlidir.


Bir çox Vikipediya versiyalarında artıq mövcud plagin. Bkz. Vikipedi:Twinkle O, istifadəçiləri qarşılamaqdan tutmuş səhifənin silinməyə namizəd göstərilməsinə və texniki xidmət şablonlarının əlavə edilməsinə qədər bir çox xüsusiyyətlərə malikdir. İnanıram ki, bu, bizə interfeys ilə çoxlu əl əməliyyatları etməyə imkan verəcək. Vikipediyaya Azərbaycan dilini əlavə etməyi təklif edirəm. Güman edirəm ki, bunu inzibatçı və ya interfeys meneceri (azwikidə bunun nə olduğunu bilmirəm) edə bilər. Mustafa MVC 18:02, 17 fevral 2023 (UTC)Cavabla[cavabla]

@Mustafa MVC zatən həmin qadcet azvikidə var.Qadceti buradan aktivləşdirə biləsiniz. — Wealszy (müzakirə) 04:52, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
Fərqli adı varmı? Mən görə bilmirəm. @Wealszy Mustafa MVC 13:24, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Mustafa MVC yuxarıda atdığım səhifəyə (nizamlamalara) daxil olaraq Qadcetlər bölməsini seçin sonra orada Twinkle adında qadcet var:
Wealszy Twinkle.jpg
Wealszy Twinkle azwiki.jpg
Wealszy (müzakirə) 14:34, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Wealszy bu da belə görünür.
Tercihler - Vikipediya.png
Mustafa MVC 14:46, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Mustafa MVC hansı brauzerdən istifadə edirsiniz? — Wealszy (müzakirə) 16:33, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Wealszy Google Chrome Mustafa MVC 16:40, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Mustafa MVC mümkünsə hesaba mobil telefonla daxil olub, sınayın. Telefonda göstərir ya yox. — Wealszy (müzakirə) 16:42, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Wealszy Hazırda mobil cihazımdan bağlantıya toxunmuşam və sən təqdim etdiyin ekran şəklinin göstərdiyi yeri baxdım, lakin Twinkle hələ də yoxdur. Mustafa MVC 16:48, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Mustafa MVC yeni hesab açıb gördüm ki, həmin hesabda da yoxdur. Ola bilsinki sizin həmin qadceti aktivləşdirə bilməniz üçün təcrübəli istifadəçilər qrupuna daxil olmalısınız. — Wealszy (müzakirə) 16:53, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Wealszy Sanıram bir az dəyişiklik etmək lazımdır :) Təşəkkür edirəm. Mustafa MVC 16:57, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
Yuxarıdakı müzakirə bağlıdır. Lütfən heç bir dəyişiklik etməyin. Yeni şərhlər müvafiq səhifədə müzakirə edilməlidir. Bu müzakirəyə heç bir əlavə edilməməlidir.


Yönləndirmə

Piramida səhifəsinin adını "Piramida (həndəsə)" olaraq dəyişdirilməsinə və Piramida sözünün Ehram səhifəsinə yönləndirilməsinə köməklik etməyinizi xahiş edirəm. — Patryk Schwarz (müzakirə) 00:37, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]

HəY Şiroi Akuma 08:40, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]
VP:ADM səhifəsinə müraciət etsəniz daha yaxşı olar. — Xeyal (müzakirə) 08:42, 18 fevral 2023 (UTC)Cavabla[cavabla]

Səna (bitki)

Səna (bitki) məqaləsində və bu məqalədəki Növləri bölməsindəki bütün məqalələrin ən başında belə bir xəta cümləsi var: "<td_align="right"_width="40%">Cins:<td_align="left">Səna&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Səna}}, taksonun sistematikasını təsvir etməlidir [[]]." samral müzakirə 08:33, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]

Samral bəy həmin tip məqalələrdə Sortilegus redaktələr edir. O üzdən yaranıb. Hissə-hissə aradan qaldırılır. — Araz Yaquboglu (müzakirə) 08:45, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]
Az qalıb. 1-2 həftəyə artıq xəta çıxaran biologiya məqaləsi qalmayacaq. — Sortilegus (müzakirə) 09:00, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]

Adların tərcümə olunması

Sizcə "Cek Sparrov" adını tərcümə edib "Cek Sərçə" yazmaq düzgündür? Bildiyim üzərə ad və soyadlar tərcümə edilmir axı. Vikipediyada belə məqalələr çoxdur. Odur ki, buna fikir bildirin. — Moses 09:55, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]

Bu məqalə yazılmamışdan əvvəl də adı mətbuatda Sərçə gedirdi. Məsələn. Mətbuatda necə adlandırıldığı və çox insanın tanıdığı formada adlandırma düzgün olar.Bikar Orxan (müzakirə) 10:01, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Moses Daha çox hansı adda tanınırsa o ad yazılır. — Wealszy (müzakirə) 10:23, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]
"Sərçə" Cekin ləqəbidir, adından sonra yazılması çaşdırmasın. Ləqəblər tərcümə oluna bilər (+ dublajlarda da tərcümə olunub deyə xatırlayıram). Salazar Ceki göyərtədə hərəkət edən kiçik quşa bənzədirdi deyə ona sərçə ləqəbi vermişdi. Məqalədə bu haqda məlumat verilib. Şiroi Akuma 15:03, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]

Səhifəni yaradan

Oral seks məqaləsi illər əvvəl mənim tərəfimdən yaradılıb lakin məqalənin səhifə məlumatlarında və tarixçəsində, məqalənin yaradıcısı Wikipediya M adlı istifadəçinin adı göstərilir. Tarixi xatırlamasamda məqalə illər əvvəl mənim tərəfimdən yaradılıb lakin məqalənin tarixçəsində məqalənin 2022-ci ildə Wikipediya M adlı istifadəçi tərəfindən yaradıldığı göstərilir lakin 2022-ci ildən də çox əvvəl məqalə tərəfimdən yaradılıb. Bundan əlavə məqalə, tərəfimdən yaradıldıqdan sonra 100-ə yaxın (biraz daha az və ya biraz daha çox ola bilər) müxtəlif istifadəçilər tərəfindən redaktə olunmuşdu lakin yenə məqalənin tarixçəsində sadəcə fərqli istifadəçilər olmaqla 7 redaktə göstərilir. Yaratdığım digər məqalələrdə olduğu kimi bu məqalədə də bütün bunları dəqiq xatırlayıram. Hansı məqalə olduğunu xatırlamıram amma daha əvvəldə bənzər hadisələr olmuşdu amma bu səfər bunun təkrarlanmasından dolayı, bu problemin necə yarandığını bura qeyd etmək və səbəbin bilmək istədim. Məsələn bilirəm ki inzibatçı panelində idarəçilər, redaktələri silə və yaxud gizləyə bilir. Səbəb bu və ya başqa bir məsələdirmi bilmirəm. Sadəcə bunun necə baş verdiyini öyrənmək istəyirəm. Oral seks məqaləsinin səhifə məlumatlarında və tarixçəsində məqalənin yaradıcısı Wikipediya M adlı istifadəçi görsənsədə, məqalənin mənim tərəfimdən yaradıldığını sübut edə bilirəm. Sadəcə bunun texniki problem ola biləcəyi ehtimalı üzərində dayandığım üçün sübutumu göstərmirəm. Müzakirənin gedişatına uyğun ehtiyac yarandığın təqdirdə sübutumu göstərəcəm. — Patryk Schwarz (müzakirə) 20:09, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]

Yanlış anlaşılmasın amma sadəcə məlumat verim ki JavaScript ilə vikipediyada statusundan asılı olmayaraq istənilən hər bir istifadəçinin qlobal fəaliyyətdə redaktələrini, yaratdığı şablonları, səhifələri ümumiyyətlə verdiyi bütün töhfələri silərək/yönləndirərək/gizlədərək, bunu başqa bir istifadəçi edibmiş kimi görsətmək mümkündür. — Patryk Schwarz (müzakirə) 20:27, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]

Keçmiş inzibatçı Azerifactory 2021-ci ildə sekslə bağlı bir çox məqaləni silmişdi və demişdi ki, bu məqalələr yenidən yaradılmalıdır. Atdığı addım düzgün deyildi deyə bir çoxu bərpa olundu. Oral seks məqaləsi də onun sildiyi məqalələrdən biri idi, amma nədənsə bərpa etmədik. Wikipedia M də məqaləni yenidən yaradıb. Məqalənin ilkin versiyasını bərpa etdim, artıq tarixçədə ilkin yaradılan versiyası görünür. Şiroi Akuma 20:32, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]
Çox sağolun Həmkar aydınlıq gətirdiyinizə görə. Yuxarıda qeyd etdiyim kimi məqalənin 2022-ci ildə yaradıldığı göstərilirdi amma tərəfinizdən edilən dəyişikliklərdən sonra məqalənin indi isə 2017-ci ildə mənim tərəfimdən yaradıldığı göstərilir. Son olaraq bir məlumatıda diqqətinizə çatdırım ki mən bu məqaləni yarandanda bu məqalə bu qədər kiçik həcmli deyildi, məqalədə çoxlu digər altbaşlıqlar var idi hər birinin izahı var idi və məqalədə islam, xristian və yəhudilik kimi altbaşlıqların məzmunu bu qədər qısa deyildi, uzun idi. Sadəcə məqalədəki məlumatların yarısı, ola bilsin biraz daha çoxu silinib/yoxdur. Məsələ aydınlaşdırıldığı üçün artıq bundan sonra məqalənin kim tərəfindən yaradıldığı önəmli deyil, bu səbəbdən artıq məqaləni məsləhət gördüyünüz şəkildə dəyişdirə bilərsiniz. 1 il fəaliyyətsizliyim olmuşdu mənim, yanlış xatırlamıramsa elə 2021-ci ildə, deyəsən bu dövrə təsadüf etdiyi üçün xəbərsiz olmuşam sekslə bağlı məqalələrin silinməsinə. Bundan əlavə məqalənin silinmə qeydlərində Azerifactory adlı istifadəçinin qeydi diqqətimə çəkdi, qeyd edib ki maşın tərcüməsi olduğuna görə məqalə silinib. Maşın tərcüməsi deyildikdə nə nəzərdə tutulur bilmirəm əgər tərcümə saytları nəzərdə tutulursa, onsuzda tərəfimdən yaradılan məqalələrin mütləq əksəriyyətini vikipediyanın ingilis dil bölməsindən tərcümədən keçirərək Azərbaycan dil bölməsinə qeyd edib, məqalələri elə yaradıram. Son olaraq bilmədiyim bir neçə məsələnidə aydınlaşdırmağınızı xahiş edirəm. Maşın tərcüməsi dedikdə nə nəzərdə tutulur? Maşın tərcüməsindən istifadə etmək qaydalara ziddir? Mənim vikipediyanın ingilis dil bölməsindən Azərbaycan dil bölməsinə, Azərbaycan dili qrammatikasına tam uyğun olaraq birəbir etdiyim tərcüməli məqalələr maşın tərcüməsi hesab olunur? Bir daha minnətdaram aydınlıq gətirdiyinizə görə. — Patryk Schwarz (müzakirə) 21:21, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]
Google Translate ilə copy-paste edib məqalə yaratmaq maşın tərcüməsidir. Şiroi Akuma 21:41, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]
Yaratdığım məqalələrin mütləq əksəriyyətini Google translate ilə 2019 dekabra qədər Türkiyə vikipediyasından, 2019 dekabr ayından günümüzə qədər ingilis dili vikipediyasından birbaşa duplicate etmişəm. Çox nadir hallarda bəzi məqalələri kitablardan birbaşa köçürmüşəm. "Birbaşa" dedikdə nəzərdə tutduğum odur ki, məsələn akademik ingiliscə tələb edən koronavirus məqaləsini və ya hazırda üzərində işlədiyim Kidoniya (Mars) məqaləsini, ingilis dili vikipediyasında necədirsə, eyni ilə o şəkildə Google translate ilə Azərbaycancaya tərcümə etmişəm amma tərcümə olunmuş sözü olduğu kimi replicate etmirəm, tərcüməni Azərbaycan dili qrammatika qaydalarına tam və yüksək dəqiqliklə sərbəst anlaşılacaq şəkildə uyğunlaşdırıb məqaləni yazıram. Akademik məqalələr yazdığım üçün və ingiliscə entanglement wedge cross section kimi akademik terminlərin əksəriyyətinin Azərbaycan dilindəki qarşılığını bilmədiyim üçün Google translate və ya maşın tərcüməsinə ehtiyac duyuram. Belə terminlərin çoxunun qarşılığını bilmirəm amma bilsəm belə yenə maşın tərcüməsinə ehtiyac duyuram qrammatik xətaların yarana bilməsi xətasına qarşı. Birbaşa dedikdə nəyi nəzərdə tutduğumu açıqladım. Belə bir fəaliyyət vikipediya qaydalarına ziddir? — Patryk Schwarz (müzakirə) 23:58, 19 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Patryk Schwarz, salam həmkar. İstənilən halda maşın tərcüməsindən istifadə dilin qrammatik və leksik normalarının pozulmasına rəvac verir (bu cürə üsulların istifadəçiləri tərəfindən əksi iddia edilsə də). Bu hal isə çox zaman məqalənin ümumi intellektual mahiyyətini zədələyə bilir. Ona görə də sözügedən metoddan istifadədən yayınmaq hər zaman tövsiyyə edilir. Burocan (müzakirə) 14:02, 20 fevral 2023 (UTC)Cavabla[cavabla]
Əziz @Burocan, təşəkkür edirəm şərhiniz üçün. Vikipediyanın uzun illərdir istifadəyə verdiyi maşın alətinin fəaliyyətini nəzərə alaraq belə başa düşürəm ki maşın tərcüməsinin doğruluğunu yoxlamaq şərtilə istifadə etmək olar amma edilməməsi daha yaxşı olar. — Patryk Schwarz (müzakirə) 21:02, 23 fevral 2023 (UTC)Cavabla[cavabla]

Editing news 2023 #1

Read this in another languageSubscription list for this multilingual newsletter

This newsletter includes two key updates about the Editing team's work:

  1. The Editing team will finish adding new features to the Talk pages project and deploy it.
  2. They are beginning a new project, Edit check.

Talk pages project

Screenshot showing the talk page design changes that are currently available as beta features at all Wikimedia wikis. These features include information about the number of people and comments within each discussion.
Some of the upcoming changes

The Editing team is nearly finished with this first phase of the Talk pages project. Nearly all new features are available now in the Beta Feature for Müzakirə alətləri.

It will show information about how active a discussion is, such as the date of the most recent comment. There will soon be a new "Mövzu əlavə et" button. You will be able to turn them off at Special:Preferences#mw-prefsection-editing-discussion. Please tell them what you think.

Daily edit completion rate by test group: DiscussionTools (test group) and MobileFrontend overlay (control group)

An A/B test for Müzakirə alətləri on the mobile site has finished. Editors were more successful with Müzakirə alətləri. The Editing team is enabling these features for all editors on the mobile site.

New Project: Edit Check

The Editing team is beginning a project to help new editors of Wikipedia. It will help people identify some problems before they click "Dəyişiklikləri yayımla". The first tool will encourage people to add references when they add new content. Please watch that page for more information. You can join a conference call on 3 March 2023 to learn more.

Whatamidoing (WMF) (müzakirə) 23:23, 22 fevral 2023 (UTC)Cavabla[cavabla]

Bloklanmışlar

Salam hər kəsə, mənə maraqlıdır məqalə yaratmaqda çətinlik çəkən istifadəçi necə olur ki, gəlir sns-də təcrübəli biri kimi iştirak edir? Deyəsən bu istifadəçidə Алиева Егана 10-15 dənə bloklanan istifadəçilərdəndi. Zəhmət olmasa nəzər yetirin. - Onyeddi (müzakirə) 23:28, 23 fevral 2023 (UTC)Cavabla[cavabla]

Salam. Mənim 45 yaşım var. fəlsəfə doktoru, dosent, Qabaqcıl təhsil işçiciyəm. ! aya yaxindi vikipediyanin şərtlərini sozun esl mənasinda oyrenirem. Gunu 1 saatini en azi qaydalari oxuyuram. Sizin İrad mənə tərif oldu. Tə.əkkür edirəm. Sevindim ki, qavraya bilmişənm qaydalari Алиева Егана (müzakirə) 04:12, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
burada ilk günden meni patronlarin birine avtomatik sual vermek ucun baqlayiblar, onlar fealiyyetini de izlemek bir mektebdir Алиева Егана (müzakirə) 04:15, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
Şübhə ilə yanaşmayin, boyuk elmi fealiyyetim var. İdareetme sisteminde de incesenet ve nedeniyyet saheleri uzre. Ve gelecekde vikipediyaci olmaq arzumdu. maraqli melumatlarla boluşmeye şad olardim. Алиева Егана (müzakirə) 04:17, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
Hormetli ONYEDDİ , men bloklanmiş deyilem, sadece feal olmaq və viki ailesine qoşulma qistirem. Xahiş edirəm meni bloklanmiş kateqoriyasindan cixarin. Əvvəlcdən təşkkür edirəm Алиева Егана (müzakirə) 04:33, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
İndi anladim.... axi siz ozunuz muzakirede yazirsiz ki fikriniz bildirin... mın yazdim((( Siz Allah üzürlü bilin Алиева Егана (müzakirə) 05:04, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
her tenqide ve muzakireye aciqam.
Алиева Егана (müzakirə) 05:46, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Onyeddi salam həmkar. şəxsin müzakirə səhifəsinə nəzər yetirin. özü də bildirib Maral Manafova məsələsini. amma bu şəxsin digər bloklanmış şəxslərlə əlaqəsi olmadığına inanıram. Atakhanli (müzakirə) 05:29, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Алиева Егана yenidən bildirim ki, Siz bloklanmamısınız. fəaliyyətinizə davam edə bilərsiniz və nömrənizi paylaşmamağı önərirəm :) Atakhanli (müzakirə) 06:26, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
Məsləhətinizi qəbul edirəm,ustad. Nomremi yiqişdirdim Алиева Егана (müzakirə) 06:30, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Onyeddi Salam həmkar. İstifadəçinin həmin hesablara aidiyyəti olmadığı qənaətindəyəm. SNS-də 500 redaktəsi olmayan istifadəçinin səs verməməsi barədə qeyd yoxdu(həmin səhifədə), Vikipediya:Səsvermə səhifəsində bu barədə qeyd var və istifadəçi onu görməyə bilər. (500 redaktə limiti ilə bağlı da müzakirə gedir: Keçid).
@Алиева Егана xanım, nömrənizi vikipediyada paylaşmamağı məsləhət görürəm. Bikar Orxan (müzakirə) 06:42, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
Dəyərli məsləhətinizə gorə təşəkkür edirəm Sizə Алиева Егана (müzakirə) 09:22, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Алиева Егана təcrübəsiz olmağınızı anlayışlı qarşılayırıq ancaq zəhmət olmasa nəsə yazarkən öz əlifbamızla yazın. @Atakhanli @Bikar Orxan anladım ancaq diqqətdə saxlamaq lazımdır istifadəçini. — Onyeddi (müzakirə) 09:12, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
Təşəkkür edirəm, nəzərə alaram, həyacanlı olmuşam tələsik yazdım deyə əlifbaları qarışdırdım. Diqqətiniz mənə yardımçı ola bilər. Öyrənməli çox sullarım var. Amma tez-tez sual verməklə bezdirməkdən də qorxuram. Üzürlü sayın. Алиева Егана (müzakirə) 09:26, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
@Алиева Егана hər hansı bir problem ilə qarşılaşsanız və ya sualınız yaranarsa mənlə müzakirə səhifəm vasitəsi ilə əlaqə saxlaya bilərsiniz. bezdirmərsiniz, əksinə xoş olar. inanıram ki, növbəti aylarda artıq vikipediyaya ciddi töhfə verən istifadəçilərdən biri olacaqsınız. Atakhanli (müzakirə) 11:04, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]
Təşəkkür edirəm. Şad oldum. Köməyinizə, istiqamət verdiyinizə, dəyərli məsləhətlərinizə görə. Алиева Егана (müzakirə) 16:23, 24 fevral 2023 (UTC)Cavabla[cavabla]