Viki

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Vikipediyanın Azərbaycan dili səhifəsinə xoş gəlmisiniz!

Viki (ing. Wiki) — havay adalarında yerli dildə "daha tez" deməkdir.

Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə ABŞ-ın Areqona ştatının Portlend şəhərində yaşayan Vord Kenninqem (Ward Cunningham) tərəfindən işlənmiş və veb-səhifələrin idarəsi, birbaşa veb brauzerdən (veb səyyahdan) redaktə olunması üçün nəzərdə tutulmuşdur. Honolulu aeroportunda sərnişinləri avtobuslara çağıran sürücülərin "viki-viki" deyə adamları tələsdirmələri ezamiyyətini orada keçirən Kenniqemin nəzərindən qaçmamış və yaratdığı texnologiyanı "Viki texnologiyası" adlandırmaq qərarına gəlmişdir. Bunun üçün o əvvəlcə Apple Hypercad proqramından istifadə etmişdir. Hər dəfə səhifələrdəki mətn redaktə olunarkən, bütün versiyaların xüsusi verilənlər bazasında (VB) saxlanılması proqramın əsas funksiyasını təşkil edir. Belə ki, istənilən versiyanın VB-dan çağırılaraq yenidən tez bir zamanda veb-səhifədə bərpa olunması Viki texnologiyasının əsas prinsipidir.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

İnternetin əsasını qoyarkən mütəxəssislər "qlobal biliklər bazası" və ya "kollektiv bilik" əldə etmək arzusunda idilər. Lakin bunun əvəzinə bu gün İnternet qlobal xaosa çevrilmişdir. Odur ki, onlayn rejimində istifadəçinin lazım olan informasiya əldə etməsi və operativ dəyişdirməsi bu gün virtual məkanda ən aktual problemdir. Bu problemi həll etmək üçün mütəxəssislər şəbəkədə yeni-yeni layihələr, texnologiyalar yaratmaqdadırlar: çat, veb-forum, bloq. Bu texnologiyalar informasiya mübadiləsi aparmağa imkan versə də, onlardan heç biri ilə mükəmməl sayt yaratmaq mümkün deyildir. Yeni texnologialardan biri olan Viki texnologiyası isə bu problemlərin öhdəsindən üğürla gəlməkdədir.

Mahiyyəti[redaktə | mənbəni redaktə et]

Gnome-searchtool.svg Əsas məqalə: Viki texnologiyası

"Viki texnologiyaları" dedikdə "sürətli düzəliş texnologiyaları" başa düşülür. Bəzən Viki texnologiyalarını "canlı sənədlər texnologiyaları" da adlandırırlar. Bir çox istifadəçilər "Wiki" sözünün "what I know is" ifadəsindən alındığını hesab edirlər ki, bunun da mənası "mən nə bilirəm" mənasını verir. Bu ifadə Viki texnologiyalarının mənasını təyin edir: hər hansı biliyə malik olan istifadəçi, informasiyanı veb-saytda çap etməklə bu biliyi başqaları ilə bölüşdürür.

Viki texnologiyası İnternet istifadəçisinin veb-saytlarla qarşılıqlı əlaqəsini, İnternetdən çıxmadan səhifənin dəyişdirilməsini, informasiyaların strukturlaşdırılmasını, redaktə olunmasını nəzərdə tutur. Viki texnologiyası virtual məkanda müzakirələr aparmaq, VB, faylların saxlandığı anbar yaratmaq, poçt sistemi, əməkdaşlıq üçün alətdir.

Viki texnologiyasını təyin edən əsas şərtlər:

  • veb-səhifələrdəki informasiyaların veb-brauzerdə birbaşa dəyişdirilmə imkanının olması və bütün versiyalarin serverdə yadda saxlanılması;
  • hiperistinadların generasiyasının avtomatlaşdırılması və veb-səhifələr arasında onların aktuallığının dəstəklənməsi;
  • mətnlər üçün HTML dili əvəzinə ona oxşar, lakin daha sadə dilin istifadə edilməsi;
  • düzəlişlər tarixçəsinin olması – viki-məqalələrin yarandığı andan başlayaraq istənilən dəyişikliyə baxmaq və bərpa etmək imkanının olması;
  • hər kəs tərəfindən veb-məqalələrin redaktə oluna bilməsi.

Viki ensiklopediyalar[redaktə | mənbəni redaktə et]

Məqalələrin istifadəçilər tərəfindən idarə oluna bilməsi ideyası müxtəlif onlayn ensiklopediyaların yaradılması üçün çox uyğundur. İnternetdə Viki texnologiyası ilə işləyən müxtəlif ensiklopediyalar mövcuddur:

Texniki şərtlər[redaktə | mənbəni redaktə et]

Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün serverə LaTeX, DvipsImageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız Media Wiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin (MySQL) və ya PHP PgAdmin (Postgres) proqramlarından istifadə edilir.

Populyarlığı[redaktə | mənbəni redaktə et]

Son zamanlar İnternet qlobal şəbəkəsində Viki çox populyar anlayış olmuşdur. Təsadüfi deyildir ki, 2007-ci ildə wiki.com domen adı 3 mln. dollara satılmışdır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • R. M. Əliquliyev, İ. Y. Ələkbərova, R. T. Qasımova. "Kollektiv beyin və Viki texnologiyası". "IT Magazine" (İnformasiya-Kommunikasiya Texnologiyaları Jurnalı), 02(53)-2008, səh. 5–7.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]