Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 192.453 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 192.453 məqalə mövcuddur.
Müqəddəs Georgi kafedralı — ətrafındakı Müqəddəs Böyük Bazili ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744–1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir.
Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir. 1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. |
Qaraçaylıların deportasiyası — "Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsini nəzərdə tutulur. Deportasiya II Dünya müharibəsi zamanı, 1943-cü ilin noyabr ayında baş vermişdir. Deportasiya Sovet dövlətinin rəhbəri İosif Stalin tərəfindən təstiqləndikdən sonra NKVD-nin rəhbəri Lavrenti Beriyanın əmri ilə həyata keçirilmişdir.
Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930-1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır. Rəsmi olaraq deportasiya qaraçaylıların işğalçı alman qüvvələri ilə əməkdaşlığına cavab idi. Əvvəlcə II Dünya müharibəsi dövründə üsyan etmiş şəxslərin ailə üzvləri ilə məhdudlaşan deportasiya sonradan genişləndirilərək bütün Qaraçay etnik qrupunu əhatə etdi. (Davamı...) |
Fullmetal Alchemist fəsillərinin siyahısı — yapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır.
Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir. |
- Nikos Xristodulidis Kipr Respublikasının prezidenti seçilib.
- Dorin Reçan Moldovanın Baş naziri vəzifəsinə təyin edilib.
- Türkiyə və Suriyada baş vermiş zəlzələ (şəkildə) nəticəsində azı 50.000 nəfər həlak olub və 122.000 nəfər yaralanıb.
- Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri həlak olmuş, iki nəfər yaralanmışdır.
- Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə başlayan aksiyalar baş tutub.
- Tayland hərbi dəniz qüvvələrinə məxsus Suxotay korvetinin batması nəticəsində 13 dənizçi ölmüş, 9 nəfər itkin düşmüşdür.
- Afrikanın ən məşhur memarlıq abidələrindən biri olan Cənnə Böyük məscidi (şəkildə) qədim şəhər Cənnə ilə yanaşı 1988-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına əlavə olunub.
- Qədim Misir mifologiyasında axirət dünyasının baş tanrısı Anubis sayılsa da, sonrakı dövrlərdə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir.
- Mingəçevir SES haqqında ilk elmi məqalə Cəlil Məmmədquluzadənin oğlu Midhət Məmmədquluzadə tərəfindən dərc edilmişdir.
- "Şouşenkdən qaçış" filmi Stiven Kinqin "Rita Heyvort və Şouşenkdən qaçış" romanının motivləri əsasında çəkilmişdir.
- Bakı milyonçusu Musa Nağıyev İsmailiyyə Sarayını gənc yaşda vəfat edən oğlu İsmayıl bəy Nağıyevin şərəfinə tikdirmişdir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi