Ana səhifə

Vikipediya, azad ensiklopediya
(Ana Səhifə səhifəsindən istiqamətləndirilmişdir)
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
AC-Origins-Cover-Art.jpg
Assassin's Creed Origins — "Ubisoft Montreal" tərəfindən hazırlanan, "Ubisoft" şirkəti tərəfindən yayımlanan və döyüş-macəra janrında olan video oyun. "Assassin's Creed" oyun seriyasındakı 10-cu əsas epizoddur (ümumilikdə 17) və 2015-ci ildə satışa çıxarılan "Assassin's Creed Syndicate" video oyununun davamıdır. Oyun 27 oktyabr 2017-ci il tarixində Microsoft Windows, PlayStation 4Xbox One platformaları üçün satışa çıxarılmışdır.

Oyun Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur. Oyunun hekayəsi azadlığı dəstəkləməklə sülh üçün vuruşan "Gizli Olanlar" (ing. The Hidden Ones) — "Assasin Qardaşlığı"nın (ing. Assasin Brotherhood) sələfi və məcburi şəkildə qayda-qanunun təmin olunmasıyla sülh arzulayan "Qədimlər Ordeni" (ing. Order of Ancients) — "Tampliyer Ordeni"nin (ing. Templar Order) sələfi arasında olan və əsrlərdir davam edən münaqişənin mənşəyini öyrənir. Oyunun baş qəhrəmanı Bayek mecaydır — xalqı qorumağa and içmiş ali vəzifə. Oyunçular Qədim Misirin açıq dünyasını at, dəvə və ya qayıqla gəzə bilərlər.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Gold Star medal of Azerbaijan.png
Azərbaycanın Milli Qəhrəmanlarının siyahısıAzərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən aşağıdakı şəxslərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 201 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. Bugünə kimi 221 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.
Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Rosy-faced lovebird (Agapornis roseicollis roseicollis).jpg