Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 190.968 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 190.968 məqalə mövcuddur.
Nəsrlə yazılmış Milad nəğməsi — Çarlz Dikkens tərəfindən yazılmış və daha çox "Milad nəğməsi" adıyla tanınan povest-nağıldır. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanın əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının tuhları gəlir.
Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin “Milad nəğməsi”ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinq və Duqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır. |
Polad Həşimov — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020-ci illərdə).
2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, senyabr ayında 2-ci Qarabağ müharibəsinin başlamasına aparan dövrdə mühüm rol oynamışdır. |
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı — Zlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır.
2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Friends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. |
- 2022-ci il dekabrın 12-dən Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə başlayan aksiyalar davam edir.
- Tayland hərbi dəniz qüvvələrinə məxsus Suxotay korvetinin batması nəticəsində 13 dənizçi ölmüş, 9 nəfər itkin düşmüşdür.
- Argentina milli futbol komandası 2022 FİFA Dünya Kubokunun finalında penaltilər seriyasında Fransa millisini məğlub edərək üçqat dünya çempionu olub (şəkildə).
- Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olmuş, 81 nəfər yaralanmışdır.
- Braziliyada keçirilən prezident seçkilərində daha əvvəl iki dəfə prezident olmuş Luis İnasiu Lula da Silva hazırkı prezident Jair Bolsonarunu məğlub edib.
- Hindistanın Qücərat ştatının Morbi şəhərində piyada körpüsünün aşması ən azı 135 nəfərin ölümü ilə nəticələnib.
- 1431 — Burqundiya hersoqu satqınlıq nəticəsində tutulan Janna d'Arkı İngiltərə kralının nümayəndəsi keşiş Koşona 10 min franka satdı.
- 1491 — hüquqşünas Pyotr Ravenskiyə "Feniks" adlı əsərini çap etdirmək hüququ verən sənəd verildi. Bu müəlliflik hüququ haqqında tarixdə ilk sənəd sayılır.
- 1777 — General Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ ordusu ABŞ İstiqlal müharibəsinin gedişi zamanı Britaniya əsgərlərini Nyu-Cersi ştatının Prinston şəhərində məğlubiyyətə uğratdı.
- 1804 — Gəncə şəhəri rus qoşunları tərəfindən işğal olundu.
- 1959 — Alyaska ABŞ-ın 49-cu ştatı oldu.
- 1977 — Apple şirkəti ilk kompüterini istehsal etdi.
- 1996 — ilk qatlanıb-açılan mobil telefon olan Motorola StarTAC modeli satışa çıxarıldı.
- XIX əsrdə Şamaxıda fəaliyyət göstərmiş Şamaxı rəqqasələri təkcə Şirvanda deyil, Qərbi Avropada belə məşhurlaşmışdır. Belə ki, fransız yazıçısı Aleksandr Düma, diplomatı Artur de Qobino öz yazılarında, rus rəssamı Qriqori Qaqarin isə öz rəsm əsərlərində Şamaxı rəqqasələri ilə bağlı məlumatlar vermişdilər.
- İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx donanmasında sualtı qayıq komandiri kimi xidmət etmiş və müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmisini batıran, daha 24 gəmisini zədələməklə sıradan çıxaran, "Dəmir xaç" ordeni kavaleri Viktor Ern 1907-ci ilin 21 oktyabrında Gədəbəydə anadan olmuşdur.
- "I" əməliyyatı və Şurikin digər macəraları filmində rol almış yeganə azərbaycanlı Hüseyn Axundovdur. Hüseyn Axundov Mosfilmdə tam ştata götürülmüş yeganə azərbaycanlı kimi də tarixə düşüb.
- Bakı Şəhər İcra Hakimiyyətinin binası 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi