Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 189.853 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 189.853 məqalə mövcuddur.
Quba xanlığı — 1680–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoydu. O, əvvəlcə xanlığı hakim kimi, Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başladı. Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən isə Quba şəhəri oldu. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı xanlığı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Müşkür, Bərmək və digər mahallar vardı.
XVIII əsrin ortalarında Quba xanlığının taxtına Hüseynəli xan keçdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi. 1756-cı ildə Səlyan xanlığını Quba xanlığına birləşdirdi. Onun dövründə Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi. 1770-cı ildə Azərbaycanda olmuş S. Qmelinin məlumatına görə, Qulqan, Şabran, Rüdbar da Quba xanlığına birləşdirildi. 1758-ci ildə Hüseynəli xan vəfat etdi. Hakimiyyətə onun 22 yaşlı oğlu Fətəli xan keçdi. |
Salman Mümtaz — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932).
Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi. Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilmişdir. Salman Mümtaza 1956-cı il noyabr ayının 17-də SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib. |
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr — hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və digər təyinatlı bir daş kitabədən ibərətdir.
Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda cəmi 10 yazılı başdaşı və cəmi bir digər təyinatlı epiqrafik abidə var. |
- Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış (şəkildə) nəticəsində 6 nəfər həlak olmuş, 81 nəfər yaralanmışdır.
- Braziliyada keçirilən prezident seçkilərində daha əvvəl iki dəfə prezident olmuş Luis İnasiu Lula da Silva hazırkı prezident Jair Bolsonarunu məğlub edib.
- Hindistanın Qücərat ştatının Morbi şəhərində piyada körpüsünün aşması ən azı 135 nəfərin ölümü ilə nəticələnib.
- Somalinin paytaxtı Moqadişoda iki avtomobilin partladılması nəticəsində 100-dən çox adam ölüb, azı 300 isə nəfər yaralanıb.
- Cənubi Koreyanın Seul şəhərində Hellouin şənlikləri zamanı yaranan izdiham nəticəsində azı 156 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
- Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyli İtaliyada keçirilən gənclər arasında şahmat üzrə dünya çempionatında qalib olublar.
- 1905 — Albert Eynşteyn kütlə və enerjinin ekvivalentliyini göstərən E=mc2 düsturunu açıqladı.
- 1955 — İran, Türkiyə, İraq, Pakistan və Böyük Britaniya Bağdad paktını təsis etdilər.
- 1957 — Xəzər dənizində fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik iki neftçi briqadası həlak oldu.
- 1958 — Şarl de Qoll Fransa prezidenti seçildi.
- 1991 — Qarakənd faciəsi baş verdi.
- 1991 — Fransız səyyahı Jerar Abovil ilk dəfə avarlı qayıqla Sakit okeanı keçdi.
- 1992 — Naxçıvanda "Yeni Azərbaycan Partiyası" təsis edildi.
- 1994 — Parisdə keçirilən iclasda ATƏM-in adı dəyişilərək ATƏT oldu.
- 1995 — Serbiya, Xorvatiya və Bosniya prezidentləri "Deyton sazişi"ni ratifikasiya etdilər.
- İslandiyanın Şimal Qütb dairəsi xəttini keçən yeganə adası olan Qrimsey adasında köpək və pişik saxlamaq qadağan edilmişdir.
- 1788-ci ildə nəşr olunmuş "İngilis aşbazlıq sənəti" kitabında göbələk ketçupu ilə yanaşı, qoz ketçupunun da resepti göstərilmişdi.
- Çinin Hançjou şəhərində yerləşən Milli Çay Muzeyi çaydan formasında tikilmişdir və yaxınlığında fincan formasında bina da yerləşir.
- Pantone 448 C rəngi dünyanın ən çirkin rəngi hesab edildiyi üçün 2012-ci ildə Avstraliyada sadə tütün qablaşdırmasının rəngi olaraq da seçilmişdir.
- "Yaponiyada parazitologiyanın atası" hesab olunan İsao İcima (şəkildə) enli lentşəkilli qurdların əsl mənşəyini nümayiş etdirmək üçün bu növün sürfəsini udmuşdu.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi