Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Michelangelo - Creation of Sun Moon and Planets post restoration crop.jpg
Sikstin kapellası freskalarının restavrasiyasıXX əsrin əsas incəsənət restavrasiyalarından biridir.

Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən görkəmli nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508–1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515–1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Vostokpanel.JPG
Vostok-1Vostok proqramının ilk kosmik uçuşu və tarixdə ilk dəfə insanla orbital kosmik uçuş. Vostok-3KA kosmik kapsulu 12 aprel 1961-ci ildə Sovet kosmonavtı Yuri Qaqarin ilə birlikdə Baykonur kosmodromundan buraxılmış və bunun nəticəsində Yuri Qaqarin Yer ətrafında orbital sürətə çatan və Yer ətrafında tam orbiti tamamlayan ilk insan olmuşdur.

Kosmik uçuşun orbitinin ən aşağı nöqtəs iatmosferin yuxarı hissəsindən 169 kilometr (91 nmi) məsafədə idi. Uçuş startdan enişə qədər 108 dəqiqə çəkdi. Qaqarin 7 kilometr (23,000 ft) hündürlükdə kapsulundan ayrılaraq paraşütlə yerə endi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Jojo-Maly Szyszak 2005.jpg
Polşa milli parklarıPolşada yerləşən 23 milli parka verilən ümumi ad.

Polşa milli parkları əvvəllər Polşa Milli Parklar Nazirliyi (pol. Krajowy Zarząd Parków Narodowych) tərəfindən idarə olunurdusa, 2004-cü ildə bu iş Polşa Ətraf Mühit Nazirliyinin əlindədir. Milli parkların çoxu qismən və ya ciddi qorunan hissələrə bölünür.

Bundan əlavə milli parklar otulina adlanan bufer zonaları əhatə olunmuşdur. 2004-cü ildə Polşada qəbul edilmiş Təbiət Konservasiya Aktına görə: "Milli park 1000 hektardan az olmamaq şərti ilə təbiəti və təbiətin xüsusiyyətlərini qorumaq məqsədi ilə qurulan, təbii, elmi, sosial, mədəni və təhsil dəyərlərinə görə tanınan ərazini əhatə edir.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Istanbul asv2020-02 img62 Ortaköy Mosque.jpg