İnadkar

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bu böyük xoşbəxtlikdir ki, indiyədək olan müharibələri kişilər başlayıb. Əgər onları qadınlar törətsəydi, öz qəddarlıqlarında o qədər inadkar olardılar ki, indi yer üzündə bircə insan belə qalmazdı. Milan Kundera

C[redaktə]

  • Cahilliyə tutulmuş hökmdar yaxşını pisdən seçə bilmədən hərəkət edir. O inadkar olur və pis insanlar tərəfindən idarə olunur. Çanakya
  • Cavabı ümidsiz görünən suallardan hamı qaçmağa çalışır – məqsədə ən inadkar olanlar çatır. Əbu Turxan

E[redaktə]

  • Eşşək hər cür çətinliklərə dözür, hər cür ağırlıqları daşıya bilir, amma dözümü və səbri olmayan hər kəs onu tərs və inadkar adlandırır. Leonardo da Vinçi

F[redaktə]

  • Faktlar inadkar şeylərdir; və istəklərimiz, meyllərimiz və ya ehtirasımızın diktəsi nə olursa olsun , onlar faktların və sübutların vəziyyətini dəyişdirə bilməzlər ... Con Adams Boston qırğınında qətl törətməkdə ittiham olunan İngilis əsgərlərini müdafiə etmişdi. Con Adams

H[redaktə]

  • Heç vaxt ümidinizi itirməyin, inadkar və daha da inadkar olun. Tarixdə çoxlu misallar var ki, məğlub olanlar birdən-birə qalib də olurlar. Ümidin itirildiyinə heç vaxt qərar verməməlisiniz. Ted Kazinski
  • Hökmdar tənbəl, boş danışan, axmaq, qəddar, pis, inadkar, məyus və laqeyd bir qulunu qovmalıdır. Çanakya/Hökmdar

X[redaktə]

İ[redaktə]

K[redaktə]

  • Köləliyin ən inadkar tərəfdarları qul sahibləri deyil, imtiyazlı qullar idi. Qabriel Laub

L[redaktə]

  • Lovğa və inadkar adam hər şeyi öz bildiyi kimi edir, heç kəsin məsləhətinə qulaq asmır və tezliklə öz səhvinin qurbanı olur. Ezop

O[redaktə]

  • Oxumağın onun həyatını zənginləşdirib-zənginləşdirmədiyi sualına cavab vermək məcburiyyətində qalaraq, bəli cavabını verərdi, ancaq eyni məqsədlə onu hər hansı bir məqsəddən azad etdiyini də əlavə edərdi. Keçmişdə, vəzifələrini bilən və vəzifələrini mümkün qədər yerinə yetirmək niyyətində olan inadkar bir qadın idi. İndi tez-tez ikiyə bölündüyünü hiss edirdi. Oxumaq aktyorluq deyildi, problem bu idi. Səksən yaşında olsa da, hərəkətli bir qadın idi. Yenidən işığı yandırdı, dəftəri götürdü və qeyd etdi: "Həyatınızı kitablara qoymursunuz. Tapılır". Alan Bennet

Ş[redaktə]

  • Şücaət və cəsarət baxımından Türklərdən üstün, böyük hədəflərə çatmaq baxımından da onlardan inadkar heç bir qövm yoxdur. Cənabi Haqq onları aslan sifətində yaratmışdır. İbn Hassul

T[redaktə]

İstinadlar[redaktə]