Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Soldiers of Islamic Army of Caucasus near Baku during battle for the city in 1918.jpg
Qafqaz İslam OrdusuOsmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Emblem of Azerbaijan National Independence Party.svg
Azərbaycan Milli İstiqlal Partiyası — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci il tarixində Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl ƏhmədovGülnarə Qurbanova ilə təmsil olunmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
SBSP logo.png
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısıNickelodeon üçün dəniz bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Birinci çıxışı 1 may 1999-cu ildə olan serialın indiyə qədər 188 seriyası yayımlanıb; onun doqquzuncu sezonunun premyeri 21 iyul 2012-ci ildə olub. Seriyalar uydurma sualtı şəhər Bikini Bottomda baş verir və hadisələrin mərkəzində Süngər Bob Kvadrat Şalvarın (Tom Kenni) macəraları və səyləri durur.

Süngər Bob Kvadrat Şalvar başqa personajları narahat edən həddindən artıq optimist dəniz süngəridir. Şounun əsas personajları bunlardır: Süngər Bobun ən yaxın dostu Patrik adlı dəniz ulduzu (Bill Faqerbakke), tamakharlıqla pula bağlanmış yencək və Krasti Krabda Süngər Bobun müdiri Mister Krab (Klensi Braun), təkəbbürlü və pis xasiyyətli osminoq Skvidvard Tentikals (Rocer Bampas), Texasdan olan sincab Sendi (Karolin Lorens) və Mister Krabın biznesdə rəqibi Plankton (Mr. Lourens).

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Ostankino Tower.jpg