Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Mubariz Ibrahimov.jpg
Mübariz İbrahimovAzərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli QəhrəmanıAzərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür.

Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov ən azı 4, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.

Döyüşdən sonra Mübariz İbrahimovun cəsədi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun cəsədi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Wohn und Gasthaus Goldene Waage.jpg
Qızıl Tərəzi eviAlmaniyanın Frankfurt şəhərinin köhnə hissəsində mövcud olmuş və 22 mart 1944-cü ildə Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri tərəfindən şəhərin bombalaması zamanı dağıdılmış Orta əsrlərə aid faxverk üslublu ev idi. Öz yüksək memarlıq dəyərinə və tarixi əhəmiyyətinə görə, bina şəhərin ən məşhur görməli yerlərindən biri hesab olunurdu. Müqəddəs Varfolomey İmperator kafedral kilsəsinin (və ya qısaca olaraq Frankfurt kafedralının) əsas portal girişinin qarşısında küncvari şəkildə tikilmiş Qızıl Tərəzi evi, bir tərəfdən olduqca dar Höllqasse (alm. Höllgasse‎), digər tərəfdən isə Domplatz meydanı ilə şəhərin tarixi mərkəzi hesab edilən Römerberq meydanını birləşdirən Markt küçələrinin kəsişməsində yerləşirdi.

Bir zamanlar öz detallı və zərif fasadı ilə göz oxşamış alman İntibah memarlığının şah əsəri hesab edilən bu ev, təxminən 1619-cu ildə inşa edilmişdir. Müharibədən sonrakı dövrdə yenidənqurmaya yardımçı ola biləcək evin möcüzəvi şəkildə salamat qalmış qalıqları, şəhər rəhbərliyinin qərarı ilə 1950-ci ildə sökülmüşdür. Sökülməzdən öncə dağıntı ərazisindən çıxarılmış arkadalar, tarixi eksponat qismində Frankfurtla qonşu olan Offenbax am Main şəhərinin cənubunda yerləşən Götzenhain rayonundakı özəl kitabxanaya daşınılmış, evin bünövrəsi və bəzi qalıqları isə 20 ildən artıq müddət ərzində torpaq altında qalmışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
World Heritage Sites Africa map-2.svg
Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısıBirləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Afrikada 145 Ümumdünya irsi obyekti təyin etmişdir. Bu obyektlər 35 suveren dövlətdə yerləşir. Dövlətlər arasında siyahıya daxil olmuş obyekt sayına görə Cənubi Afrika Respublikası on obyekt ilə liderdir. Ardınca doqquz obyektin yerləşdiyi EfiopiyaMərakeş, daha sonra səkkiz obyekt ilə Tunis və yeddi obyekt ilə Əlcəzair, Misir, Keniya, SeneqalTanzaniya gəlir.

Siyahıya daxil olan on ölkənin hər birində yalnız bir obyekt var. Dörd obyekt iki ölkə arasında paylaşılır: Maloti-Drakensberq parkı (LesotoCənubi Afrika), Nimba dağı Təbiət Qoruğu (Kot d'İvuarQvineya), Seneqambiya daş çevrələri (QambiyaSeneqal) və Viktoriya şəlaləsi (ZambiyaZimbabve). Sanqa meşəsi (Mərkəzi Afrika Respublikası, KamerunKonqo) və V-Arli-Pencari kompleksi (Benin, Burkina FasoNiger) isə üç ölkə arasında bölüşdürülür.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Georgia Jvari monastery IMG 9345 2070.jpg