Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 183.824 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 183.824 məqalə mövcuddur.
Bon Jovi — 1983-cü ildə ABŞ-ın Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid Brayan və Alek Con Saçdan ibarət olan heyəti ilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupudur. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılığı xaricində qrup təxminən 30 ildir eyni heyət ilə musiqi fəaliyyətinə davam edir.
Bon Jovi, karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlamışdır. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı əldə edən qrup, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert vermiş və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə etmişdir. Bon Jovi 2006-cı ildə İngiltərədə UK Music Hall of Fame tərəfindən şərəfləndirildi və İngilis Q jurnalının 2004-cü ildə hazırladığı Bütün Zamanların Ən Böyük 50 qrupu sıralamasında 14-cü sırada yer aldı. |
Qafqaz Albaniyasının incəsənəti — Qədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir.
Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi. |
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı — Böyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. |
- Azərbaycan Respublikasının Prezidentinin 27 may tarixli sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
- Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli ukraynalı, baş leytenant Kirill Ağasıyevə "Ukrayna Qəhrəmanı" fəxri adı verib.
- İtaliyanin Turin şəhərində keçirilən 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində 631 səslə Ukrayna (Kaluş Orkestrı (şəkildə)) bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub.
- Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb.
- 3 apreldə Bakı şəhərinin Səbail rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda güclü partlayış olub.
- Azərbaycan Respublikasının 1-ci prezidenti Ayaz Mütəllibov 83 yaşında vəfat edib.
- 25 fevraldan etibarən Belarusdan hücuma keçən Rusiya Silahlı Qüvvələrinə məxsus birliklər Kiyev şəhəri uğrunda döyüşlərə başlayıblar.
- 24 fevralda Çernobıl təcrid zonası və Pripyat uğrunda baş verən şiddətli döyüşlərdən sonra ərazi Rus ordusunun nəzarətinə keçib.
- Praqa şəhərində yerləşən və dekonstruktivizm üslubunda olan Rəqs edən ev Amerika aviasiyasının Praqanı bombalayan zaman dağılan binanın yerində tikilib.
- Albaniyanın cənub-qərbində yerləşən Lloqara Milli Parkında hər il beynəlxalq paraplan yarışları keçirilir.
- Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı qayalarda çəkilmiş Gəmiqaya petroqliflərinin (şəkildə) tədqiq olunması barədə Naxçıvan MR Ali Məclisi 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir.
- Yapon romanlarının bir növü olan ranobe adətən 100 səhifədən və 40.000–50.000 sözdən ibarət olur.
- 1964-cü ildə Çexiyanın ən böyük və dərin gölü olan Qara gölün ətrafında Nasist Almaniyasına məxsus mühüm sənədlər tapılmışdır.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi