Portal:Coğrafiya

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
redaktə  

Coğrafiya

A Terra, planeta dinâmico em que vivemos.

Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια – Yer, torpaq və γραφειν – yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.

redaktə  

Qitələr

redaktə  

Cscr-featured.png Seçilmiş məqalə

Seal of Erie, Pennsylvania.svg

Eri (ing. Erie) — ABŞ-ın Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, PittsburqAllentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi.Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır.

redaktə  

Artículo bueno.svg Yaxşı məqalə

2010-10-07 19-27-34 Wrangel Boris.jpg

Vrangel adasıRusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə аdlandırılmışdır. Vrangel şərqqərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir. Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

redaktə  

Şəxs

Friedrich Ratzel.jpg

Fridrix Ratsel alm. Friedrich Ratzel‎ (1844-1904) — Alman etnoloqu, sosioloqu və coğrafiyaşünası. Diffuziyonizmin ilk nümayəndələrindən biri olan Fridrix Ratsel antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə isə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi. Əvvəlcə Münhen, 1886-cı ildən Leypsiq universitetlərinin coğrafiya üzrə professoru olan Ratsel "Antropocoğrafiya" (1882-1891), "Xalqşünaslıq" (1885-1888), "Torpaq və həyat" (1901-1902) və digər əsərlərində insanların yer üzərində yayılma arealını göstərməklə mədəniyyətin inkişafının coğrafi şəraitdən asılı olması ideyasını əsaslandırmağa cəhd etmişdir.

redaktə  

Bilirsinizmi?

redaktə  

Kateqoriyalar

redaktə  

Seçilən şəkil

redaktə  

Təbiət möcüzələri

Cataratas.jpg

İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar.

redaktə  

Bu ayda...

Nla.pic-an23814300.jpeg

redaktə  

Maraqlı faktlar

SableIsland1.jpg

Seybl adası yeganə adadır ki, hərəkət edir. Onun hərəkət sürəti ildə 200 metrdir.

redaktə  

Seçilmiş məzmun

redaktə  

Vikimediya

Coğrafiya Vikixəbərdə  Coğrafiya Vikisitatda  Coğrafiya Vikikitabda  Coğrafiya Vikimənbədə  Coğrafiya Vikilüğətdə  Coğrafiya Vikiversitetdə  Coğrafiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo-az.png
Wikiversity-logo.svg
Commons-logo.svg