Çili

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Çili Respublikası

República de Chile
Çili
Çili gerbi
Gerb
Şüarı: Por la razón o la fuerza
Himni: Himno Nacional
Çili xəritədə yeri
PaytaxtıSantyaqo
Ən böyük şəhəriSantyaqo- 6,5 milyon , Valparaiso - 905 min, Konsepsyon -815-min ( 2015-ci il)
Rəsmi dilləriispan dili
Dini
katolisizm
Rəhbərlik
• Prezident
Gabriel Boric [11.III.2022 ~]
Yaranması18 sentyabr 1810
Tarixi 
• Yaranması
18 sentyabr 1810
Ərazisi
• Ümumi
756950 (38-ci yer)
• Su (%)
1,6
Əhalisi
• 2015-ci təxmini
17,6 milyon (62-ci yer)
• 9.IV.2012 siyahıya alma
16 341 929
• Sıxlıq
23/km2 (59.6/kv. mil)
ÜDM (AQP)2014-cü təxmini
• Ümumi
409 milyard (44-cü)
• Adam başına
23 000 (76-cı)
ValyutasıÇili pesosu
Yolun hərəkət istiqamətisağ
Telefon kodu+56
ISO 3166 koduCL
İnternet domeni.cl
Çili

Çili (rəsmi adı Çili Respublikası) – şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan Cənubi Amerika ölkəsi. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina yerləşir. Paytaxtı Santyaqo şəhəridir. Ölkənin 18 milyon nəfər əhalisi vardır. Adı Aymara dilində "Dünyanın sonu" mənasına gələn chilli sözündən gəlir.

Tarixi[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində (1810-1823) Bernardo Bernardo O'Higgins və Manuel Rodrigesin başçılığı ilə aparılan azadlıq mübarizəsi nəticəsində Çili xalqı İspaniyanın müstəmləkə əsarətindən azad oldu. 1837-ci ildə Çili və Argentinanın Boliviya-Peru Konfederasiyasına qarşı müharibəsı baş verir. 1864-1883 -ci illərdə isə İspaniyaya qarşı olan və tarixə Birinci Sakit okean müharibəsi kimi düşən münaqişə baş verir. İkinci Sakit okean müharibəsində əldə edilən qələbələr nəticəsində Çili Cənubi Amerikanın qərb sahillərinin şəriksiz hökmranına çevrildi. XIX əsrin ortalarında Çilidə Almaniyadan köçənlərin bir sıra yaşayış məskənlərinin əsası qoyulur.

Əhali[redaktə | mənbəni redaktə et]

Vulkan Parinakota
San Pedro de Atakama.
Salar Maricunqa Atakama sıhrası.
Laquna verde
Çilinin vilayətləri
Robinzon Kruz adası.
Embalse el Yeso.
Vina del Mar.
Río Achibueno.
Bío-Bío.
Moça adası.
Vulkan Osorno.
Chiloé.
Glaciar San Quintín.
Tierra del Fuego.
Navarino adası

Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hinduları yaşayır) hindular təşkil edir. Əhalinin ən sıx olduğu yer paytaxt Santyaqo və ətrafıdır. Ümumi əhalinin təxminən yarıya qədəri bu ərazidə yaşayır. Şəhərdə 6.5 milyon insan yaşayır ki, bu ölkənin 1/3-ini təşkil edir. Şimalda və cənubda əkinçiliyə yararlı olan Andların arasında qalan ovalıqlar da sıx məskunlaşmış yerlərdir. Santyaqonun 100  km qərbində liman şəhəri Valparaisoda 1.5 milyon insan yaşayır.

Ölkənin şimal və cənub uc nöqtələrində əlverişsiz yaşayış şəraiti olduğundan əhali seyrəkləşir.

Milli tərkib[redaktə | mənbəni redaktə et]

Çili əhalisinin %95'ini Avropalılar və onların nəsilləri təşkil edir.[1][2][3][4] Xüsusilə Basklar. Ölkəyə əsasən 19. əsrdə Avropa'dan İngilis, İrland, Alman immiqrantlar gəlmiş; sonralar isə Xorvatiya, Fələstin, İtaliya'dan immiqrant gəlrmişdi. Yerli hindollar, əhalinin sadəcə % 3,2'sini təşkil edir.

Çili Statistik göstərilərə görə Çilidə 50.000 (0,30%) civarında Müsəlman var. Bir çox İslami quruluşun olduğu Çili'də; Çili Müsəlman İcması və Es-Selâm Məscidi Santyaqo şəhərində, Bilal Məscidi Iquique şəhərində, Muhamməd Mədəniyyət Mərkəzi VI Coquimbo şəhərində yerləşir.

1856-cı ildə Suriya, FələstinLivandan Çiliyə çox sayda Müsəlman köç etdi. Bu Müsəlmanlar Müsəlman İcması Birliyini qurdular. 1907-ci ildə ölkədəki Müsəlmanların sayı 1498-ə çıxmış, bu rəqəm 0,04% nisbəti ilə ölkə tarixində ən yüksək nisbətə yüksəldi.[5]1988 ilində Şeyh Tevfik Rumi başçılığı ilə ilk məscidi Santiaqo'da inşa etdilər. Məscid 1989-ci ildə tikildi. 1980-ci ilin sonlarına qədər bir sıra yerli Çili İslamı seçmişdi. Bu məscid tamamlandıqdan sonra İslama keçənlərin sayısında önəmli bir artım oldu. 1998 ildə Şeyh Tevfik Ruminin vəfatından sonra Üsame Ebu Gazali məscidə imam olaraq seçildi.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Sahəsi 756.945 km2 olan Çili Cənubi Amerika qitəsinin şimaldan-cənuba Antarktikaya qədər uzanan bir ölkə olsa da, orta eni sadəcə 180 km-dir. Ölkənin ən dar yeri (Antarktikadakı Çili torpaqları sayılmazsa) 90 kmdir. Ən geniş yerinin uzunluğu 240 kmdir. Avropa ilə müqayisə olunsa, Danimarkadan Saxara səhrası'na uzanacaq qədər bir məsafə qət edilir. Bu ölkəni «Antraktidaya açılan darvaza» da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Vilyams, ən cənub yaşayış məntəqəsi Puerto Torodur. Ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) Çili ərazisində yerləşir. Şərq-qərb məsafəsi çox az olsa da, bu iki uc arasında çox hündürlük fərqi var. Ölkə ayrıca şimaldan cənuba çox fərqli iqlim, bitki örtüyü və coğrafi şəkillər göstərir. Bu üzdən Çili, bir çox qaynaqlardatəzadlar(müxtəlifliklər) ölkəsi olaraq tanınır. Həqiqətən də şimaldakı çölü, Afrikanın Saxarasını, cənubdakı kanalları Norveç kanallarını, Los Laqosdakı Osorno və ətrafı İsveçrə Alplarını xatırladır.

Ərazi[redaktə | mənbəni redaktə et]

Çili idari olaraq on beş bölgəyə ayrılmışdır. Bunlardan on dördü, başlarındakı Roma rəqəmləriylə ifadə edilən, şimaldann cənuba sırasıyla Tarapacá, Antofagasta, Atacama, Coquimbo, Valparaíso, O'Higgins, Maule, Bío-Bío, Araucanía, Los Lagos, Aysén, Magallanes y la Antártica Chilena bölgələri və sonradan əlacə olunan Los Ríos ilə Arica və Parinacota bölgələridir. Bunlarla bərabər bir də Región Metropolitana de Santiago bölgəsi vardır.

Çilinin ərazi quruluşu[redaktə | mənbəni redaktə et]

Çili şəhərlərinin siyahısı Çili ərazisi 15 vilayətdən ibarətdir.

Açar Adı İspanca Paytaxtı
XV Arica y Parinacota, Chile Arica and Parinacota Región de Arica y Parinacota Arica
I Tarapaca, Chile Tarapacá Región de Tarapacá Iquique
II Antofagasta, Chile Antofagasta Región de Antofagasta Antofagasta
III Atacama, Chile Atacama Región de Atacama Copiapó
IV Coquimbo, Chile Coquimbo Región de Coquimbo La Serena
V Valparaíso, Chile Valparaíso Región de Valparaíso Valparaíso
VI O'Higgins, Chile O'Higgins Región del Libertador General Bernardo O'Higgins Rancagua
VII Maule, Chile Maule Región del Maule Talca
VIII Biobío, Chile Biobío Región del Biobío Concepción
IX Araucanía, Chile Araucanía Región de la Araucanía Temuco
XIV Los Rios, Chile Los Ríos Región de Los Ríos Valdivia
X Los Lagos, Chile Los Lagos Región de Los Lagos Puerto Montt
XI Aisén, Chile Aisén Región Aisén del General Carlos Ibáñez del Campo Coihaique
XII Magallanes, Chile Magallanes Región de Magallanes y de la Antártica Chilena Punta Arenas
RM Metropolitana, Chile Santiago Región Metropolitana de Santiago Santiago

Dağları[redaktə | mənbəni redaktə et]

Çili dağları, yer üzünün ən yüksək sıradağlar zəncirini yaradır. 6000 m'dən yüksək bir çox zirvəsi vardır. Bunlardan biri olan Çili'nin ən yüksək dağı (6.880 m) Ojos del Salado eyni zamanda dünyanın ən yüksək vulkanıdır. Aşağıda ən məşhurları göstərilib

Çaylar və göllər[redaktə | mənbəni redaktə et]

Ölkənin özəl coğrafi vəziyyəti səbəbiylə, uzun çayları yoxdur. Ən uzun çayı olan Rio Loa'nın uzunluğu 443 km'dir. Ölkənin şimalında Atacama Çölü'ndəki ekstremal quraqlıq, böyük su yığımlarının olmasına imkan yaratmır. Şimalındakı az sayda çay And Dağlarındaki qarlardan bəslənirlər. Cənuba endikçə artan yağışlarla bu bölgələrdəki çaylara daha çox su həcmi gətirir. Çaylar, Çili iqtisadiyyatında, xüsusəndə enerji sahəsində önəmli rol oynayır. Bununla birlikdə somon balıkçılığı və raftinq kimi macəra turizmi də mövcuddur. Şimaldan cənuba önəmli çayları aşağıda sıralanmışdır.

Gölləri arasında şimaldakı duz gölləri sayıla bilər ki bunların ən əsası olaraq Salar de Atacama'yı söyləyə bilərik. Bununla birlikdə ən şimalda, yer üzünün ən yüksəkdə olan göllərindən biri olan Lago Chungará gölü yerləşir. Gölün sahəsi 21,5 km² olub, 4.500 m yüksəklikdə yerləşir.

Bir qrup böyük və gözəl göllər Temuco şəhərinin cənubundan başlayıb Puerto Montt'a qədər uzanır. Bunlar sırasıyla belədir.

Mədəniyyət[redaktə | mənbəni redaktə et]

Çili mədəniyyəti, ispan mədəniyyəti və köklü əhalinin mədəniyyətlərini özündə birləşdirir. Mədəniyyət ispan dilində inkişaf etmişdir.

Din[redaktə | mənbəni redaktə et]

Çili əhalisinin 80 % - katolik xristianları, 13 % - protestantlardır. Qalan 7 % başqa dinlərə sitaiş edirlər.

Dil[redaktə | mənbəni redaktə et]

Rəsmi dövlət dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dilində (aymara, arakuana, mapuçe) də danışır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Argentina, como Chile y Uruguay, su población está formada casi exclusivamente por una población blanca e blanca mestiza procedente del sur de Europa, más del 90% E. García Zarza, 1992, 19" (PDF). 2009-12-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
  2. "SOCIAL IDENTITY Marta Fierro Social Psychologist". 2009-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-25.
  3. "massive immigration of European Argentina Uruguay Chile Brazil" (PDF). 2009-02-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
  4. "Latinoamerica" (PDF). 2009-03-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
  5. "Arxivlənmiş surət". 2011-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07. (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)