Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 183.166 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 183.166 məqalə mövcuddur.
Palmira — Suriyanın Hims mühafazası ərazisində yerləşən qədim semit şəhəridir. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir.
Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. |
Qaraçaylıların deportasiyası — "Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsini nəzərdə tutulur. Deportasiya II Dünya müharibəsi zamanı, 1943-cü ilin noyabr ayında baş vermişdir. Deportasiya Sovet dövlətinin rəhbəri İosif Stalin tərəfindən təstiqləndikdən sonra NKVD-nin rəhbəri Lavrenti Beriyanın əmri ilə həyata keçirilmişdir.
Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930-1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır. |
Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı — Bu siyahı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 83 nəfərin adı və hərbi xidməti barədə qısa məlumatı əhatə edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verildi. |
- Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb.
- 3 apreldə Bakı şəhərinin Səbail rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda güclü partlayış olub.
- Azərbaycan Respublikasının 1-ci prezidenti Ayaz Mütəllibov (şəkildə) 83 yaşında vəfat edib.
- 25 fevraldan etibarən Belarusdan hücuma keçən Rusiya Silahlı Qüvvələrinə məxsus birliklər Kiyev şəhəri uğrunda döyüşlərə başlayıblar.
- 24 fevralda Çernobıl təcrid zonası və Pripyat uğrunda baş verən şiddətli döyüşlərdən sonra ərazi Rus ordusunun nəzarətinə keçib.
- Fevralın 24-də Rusiya Ukraynanı işğal etməyə başlayıb.
- Laymen Frenk Baumun “Öz ölkəsindən olan sehrbaz” nağıllar kitabının mexaniki insan olan Tik-Tok (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
- Malayziyada Sabah ştatının qərb sahilində yerləşən Kinabalu Milli Parkı 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır
- Pakistanın musiqi qrupu Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış Dil Dil Pakistan mahnısı ölkənin qeyri-rəsmi himni kimi qiymətləndirilir.
- Hal-hazırda 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunan stratagem mübaliğə ilə dedikdə insan beynində gizlənmiş və vaxtı çatan zaman dərhal istifadə oluna bilən xəncər deməkdir.
- Avstriyalı alpinist Qerlinde Kaltenbrunner 14 səkkizminlik zirvəni oksigen balonu istifadə etmədən fəth edən ilk qadın olub.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi