Ceyms Byukenen

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Ceyms Byukenen
James Buchanan
James Buchanan.jpg
bayraqAmerika Birləşmiş Ştatlarının 15-ci prezidentibayraq
4 mart 1857 — 4 mart 1861
Vitse-prezident Con Brekinric
Sələfi Franklin Pirs
Xələfi Avraam Linkoln
bayraqAmerika Birləşmiş Ştatlarının 17-ci Dövlət katibibayraq
10 mart 1845 — 7 mart 1849
Prezident Ceyms Noks Polk
Sələfi Ceyms Kelhun
Xələfi Con Kleyton
Şəxsi məlumatlar
Doğum adı James Buchanan, Jr.
Doğum tarixi
Doğum yeri US flag 13 stars – Betsy Ross.svg Merkersburq, Pensilvaniya, ABŞ
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri US flag 37 stars.svg Lankaster, Pensilvaniya, ABŞ
Vəfat səbəbi nəfəs çatışmazlığı[d]
Partiya Demokrat partiyası
Təhsili Dikinson Kolleci
İxtisası Hüquqşünas, Diplomat
Atası Ceyms Byukenen
Anası Elizabet Spear
Həyat yoldaşı subay
Hərbi xidmət
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları
Rütbəsi Könüllü
Döyüşlər 1812-ci il müharibəsi

İmzanın şəkli
Dini Presviterian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Byukenen (ing. James Buchanan; 23 aprel 1791, Merkersburq, Pensilvaniya, ABŞ1 iyun 1868, Lankaster, Pensilvaniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 15-ci prezidenti (1857-1861) və 17-ci Dövlət katibi (1845-1849). ABŞ-ın parçalanmasından və vətəndaş müharibəsindən əvvəlki son prezident.

Prezident seçkilərinə qədərki həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ceyms Byukenen 1791-ci il 23 apreldə Pensilvaniya ştatının Mersersberq şəhərciyində irland immiqrantı ailəsində anadan olmuşdur. (C.Byukenenin atası Amerikadan kənarda doğulmuş beş prezidentdən biridir).

Ceymsin atası varlı ticarətçi olaraq övladlarının təhsilinə ciddi fikir verirdi. Ailənin on bir uşağından biri, eyni zamanda böyük oğlu olan Ceyms ibtidai təhsilini Karlisldəki Dikkinson kollecində almışdı. 1809-cu ildə kolleci bitirərək Lankaster vəkillər kollegiyasının nüfuzlu nümayəndəsi Ceyms Hopkinsin rəhbərliyi altında vəkillik öyrənmişdir.

Qısa müddətə 1812-ci il müharibəsində (ABŞ-la İngiltərə arasında) könüllü kimi iştirak etdikdən sonra Lankasterə qayıdaraq müstəqil vəkillik praktikasına başlamışdı.[1]

Siyasi təcrübəsinin zənginliyinə görə Byukenen, demək olar ki, bütün prezidentləri üstələmişdi. O, 1814-1816-cı illərdə Pensilvaniya parlamentinin deputatı, [2], 1821-1831-ci illərdə federalistlər partiyasının (1824-cü ildən demokrat partiyasının) üzvü kimi konqresin deputatı olmuşdu. 1834-1845-ci illərdə Pensilvaniya ştatının Senatda nümayəndəsi kimi siyasi fəaliyyətini davam etdirmişdi. Ceyms Byukenen ədliyyə naziri təyin edilsə də, o. bu vəzifədən imtina edir. O, 1832-1833-cü illərdə diplomatik missiya ilə Rusiyada səfərdə olmuşdu. C.Polk administrasiyasında dövlət katibi vəzifəsini tutmuşdu. "Monro doktrinası"nın qızğın tərəfdarı kimi, İngiltərənin Mərkəzi Amerika və Oreqondan çıxarılması ideyasını müdafiə etmiş, Texas və Kaliforniyanın ilhaq edilməsində bilavasitə iştirak etmişdir.

Prezidentlik uğrunda mübarizə[redaktə | mənbəni redaktə et]

Ceyms Byukenen 1848-ci və 1852-ci prezidentliyə namizəd olmaq istəsə də müvəffəqiyyətsizliyə uğrayır. Onun bu arzusu 1856-cı ildə həyata keçmiş, o, Sinsinattidən demokratlar partiyasının nümayəndəsi kimi, prezidentliyə namizəd göstərilmişdir. C.Byukenenin seçkiqabağı kompaniyasının leytmotivini abolisionist təbliğata son qoymaqla İttifaqı qorumağa çağırış təşkil edirdi. Onunla yanaşı respublikaçı Con Fremon və Amerika partiyasından keçmiş viq Millard Fillmor da prezidentliyə iddiaçı idilər.

Quldarlığa loyal münasibəti, ABŞ torpaqlarının genişləndirilməsinin tərəfdarı olması ona Cənub ştatlarında, demək olar ki, mütləq qələbə qazandırır.

ABŞ-ın 15-ci prezidentinin fəaliyyətinin qiymətləndirilməsi haqqında[redaktə | mənbəni redaktə et]

Ceyms Byukenen ABŞ tarixinə quldarlıq problemini həll edə və İttifaqın dağılmasının qarşısını ala bilməmiş zəif prezident kimi daxil olmuşdur. O, cənublu olmasa da, müasirləri tərəfindən Cənub ştatlarının tərəfdarı kimi tənqid edilmişdir. 20062009-cu illərdə Amerika tarixçiləri tərəfindən müəyyənləşdirilən "ABŞ tarixinin ən pis prezidentləri" siyahısına başçılıq edir.[3]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Букэнэн, Джемс // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Horton, Rushmore G. The Life and Public Services of James Buchanan. New York, NY: Derby & Jackson. 1856. səh. 17.
  2. Curtis, 1883. səh. 22
  3. "U.S. historians pick top 10 presidential errors". Archived from the original on 2006-06-24. İstifadə tarixi: 2016-06-05.