Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 182.267 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 182.267 məqalə mövcuddur.
Böyük partlayış — müşahidə edilə bilən kainatın məlum olan ən erkən dövrlərindən, sonrakı geniş miqyaslı təkamülünə qədər araşdıran kosmoloji model və nəzəriyyə. Nəzəriyyə kainatın çox yüksək sıxlıq və yüksək temperaturun təsiri ilə necə böyüdüyünü təsvir edir, işıq elementlərinin çoxluğu, radiasiya, genişmiqyaslı struktur, Habbl qanunu (qalaktikalar nə qədər uzaq olsa, Yerdən daha sürətli uzaqlaşırlar) və kosmik mikrodalğa arxa plan şüalanması (CMB – cosmic microwave background) daxil olmaqla geniş hadisələr üçün hərtərəfli izahat verir.
Müşahidə olunan şərtlər fizikanın məlum qanunlarından istifadə edərək vaxtında geri ekstrapolyasiya edilsə, proqnoz yüksək sıxlıq dövründən əvvəl Böyük partlayış ilə əlaqələndirilən heçlik və ya sinqulyarlıq olduğunu göstərir. Cari biliklər sinqulyarlığın primordial olduğunu müəyyən etmək üçün yetərsizdir. |
Talış-Muğan böhranı — Azərbaycanda Birinci Qarabağ müharibəsi illərində, 1993-cü ilin iyunundan avqustuna qədər davam edən böhran.
Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Ermənistanla müharibə zamanı gerçəkləşən məğlubiyyətlər ardıcıllığı və hakimiyyətlə bağlı narahatlıqlar səbəbilə Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, bu əsnada digər bir hərbçi, Əbülfəz Elçibəy rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə müxalif, İrana meylli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Ələkrəm Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda Talış-Muğan Muxtar Respublikasını (TMMR) elan etmişdir. Ələkrəm Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi. (Davamı...) |
Latviya Prezidenti — (latış. Latvijas Valsts Prezidents) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır.
2015-ci il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Raymonds Veyonis icra edir. Onun səlahiyyət müddəti 2019-cu il iyulun 8-də başa çatır. 2019-cu ilin iyun ayında Latviya Seymində növbəti Prezident seçkilərinin baş tutması gözlənilir. |
- Azərbaycan Respublikasının 1-ci prezidenti Ayaz Mütəllibov (şəkildə) 83 yaşında vəfat edib.
- 25 fevraldan etibarən Belarusdan hücuma keçən Rusiya Silahlı Qüvvələrinə məxsus birliklər Kiyev şəhəri uğrunda döyüşlərə başlayıblar.
- 24 fevralda Çernobıl təcrid zonası və Pripyat uğrunda baş verən şiddətli döyüşlərdən sonra ərazi Rus ordusunun nəzarətinə keçib.
- Fevralın 24-də Rusiya Ukraynanı işğal etməyə başlayıb.
- Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb.
- Rusiya Prezidenti Vladimir Putin televiziya ilə müraciətində Ukraynanın Donbas regionunda separatçıların nəzarətində olan ərazilərdə yaradılmış qondarma Donetsk və Luqansk "xalq respublikalarının" müstəqilliyini tanıdığını elan edib.
- 1808 — Finlandiya Rusiya imperiyasına birləşdirildi.
- 1955 — Kiprdə Türk Müqavimət Təşkilatı fəliyyətə başladı.
- 1970 — Riçard Nikson ABŞ-da televiziya və radioda tütün məhsullarının reklamını qadağan edən fərman imzaladı.
- 1976 — Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən "Apple" şirkəti yaradıldı.
- 1979 — Ayətullah Xomeyni İran İslam Respublikasının yaradıldığını elan etdi.
- 2004 — Google şirkəti Gmail elektron poçt xidmətini yaratdığını elan etdi.
- 2009 — Xorvatiya və Albaniya NATO-ya qəbul edildilər.
- Bakıda tarixi memarlıq abidələri ilə zəngin Sovetski (şəkildə) adlı məhəllə var.
- 1995-ci il Bakı metrosu yanğını "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.
- Kral tiraniyasının rəmzi kimi tanınan Bastiliyanın alınması günü indi Fransada milli bayram kimi qeyd olunur.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi