Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 182.188 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 182.188 məqalə mövcuddur.
Qasımuşağı xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalça.
Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50-60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır. XVIII əsrdə Hacısamlı nahiyyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalına xüsusi diqqət yetirilərdi. Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab, şal və s. əşyalar evdə, sadə əl alətləri ilə toxunurdu. Toxuculuq zamanı istifadə edilən alətlər dəmir və taxta olmasından asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı. XIX əsrin ortalarından başlayaraq Şərq xalqlarının incəsənət mədəniyyətinə artmış maraqlar nəticəsində avropalı sənətşünaslar Azərbaycanla maraqlanmağa başladılar. Onlardan bir çoxu Qasımuşağı obasının xəritədə olmadığını dəfələrlə qeyd edirdilər. Ən yaxın keçmişdə, sovet dönəmində Qasımuşağı obası Kürdhacı kənd sovetliyi adlandırılsa da, xəritədə bunu tapmaq mümkün deyildi. Buna səbəb isə kənd sovetliklərinin (indiki inzibati ərazi dairələrinin) heç bir xəritədə qeyd edilməməsi olmuşdur. (Davamı...) |
Qasımov qardaşları — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin tikintisini həyata keçirmiş "Qasımov qardaşları və K" şirkətinin sahibləri. Qasımov qardaşları tərəfindən Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı, Yeni Avropa otelinin binası, Mitrofanovun sarayı kimi monumental binalar tikilmişdir. Musa Nağıyevin Bakıda tikdirdiyi əksər binaların tikintisini həyata keçirən qardaşlar Fuad Axundova görə İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər.
Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi olub. Qardaşlar Bakıya gələrək burada işləməyə başlayırlar. Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. Bakıya gələrək xarratlıqla məşğul olub. O, qısa bir zamanda ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tam tikinti işlərini yerinə yetirən şirkət yaradır. Sifarişçi layihə ilə tanış olduqdan sonra ödəniş edib və təyin olunmuş vaxtda işi təhvil alırdı. |
Azərbaycan rəssamlarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqlarının tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların rəssamlarının siyahısı. Siyahı soyadı sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən, digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən rəssamlar daxildir. |
- 25 fevraldan etibarən Belarusdan hücuma keçən Rusiya Silahlı Qüvvələrinə məxsus birliklər Kiyev şəhəri uğrunda döyüşlərə başlayıblar.
- 24 fevralda Çernobıl təcrid zonası və Pripyat uğrunda baş verən şiddətli döyüşlərdən (şəkildə) sonra ərazi Rus ordusunun nəzarətinə keçib.
- Fevralın 24-də Rusiya Ukraynanı istila etməyə başlayıb.
- Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb.
- Rusiya Prezidenti Vladimir Putin televiziya ilə müraciətində Ukraynanın Donbas regionunda separatçıların nəzarətində olan ərazilərdə yaradılmış qondarma Donetsk və Luqansk "xalq respublikalarının" müstəqilliyini tanıdığını elan edib.
- 1994-cü ildə keçirilmiş Barbados–Qrenada futbol oyununda komandalar qrupdan çıxmaq üçün öz qapılarına qol vurmağa çalışmışdılar.
- Torpaqdan və sudan istifadə edib bilyard şarını xatırladan kürə əmələ gətirməkdən ibarət olan yapon sənəti dorodanqo (şəkildə) adlanır.
- 2007-ci ildə Rusiyanın Sibir federal dairəsinin Omsk vilayətinə narıncı qar yağmışdır.
- UNO-larla birlikdə Aya və digər planletlərə uçduğu bildirən ufoloq Corc Adamski XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır.
- Kvadrat qarpızlar ilk dəfə 1978-ci ildə Yaponiyanın Kaqava prefekturasının Zentsuci şəhərinin fermerləri tərəfindən onların soyuducuya rahat yerləşməsi üçün istehsal edilib.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi