Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Nizami divanının Azərbaycan dilində nəşrinin üz qabığı.jpg
Nizami Gəncəvinin divanıNizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır.

Nizaminin lirik irsindən əldə olan nümunələr klassik şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəlrübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami lirikasının əsas mövzusu olmuşdur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Operation Kalbajar.png
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.

Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir.

Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan DaşkəsənXanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən GoranboyŞaumyan rayonları, şərqdən AğdərəƏsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Royal Coat of Arms of the United Kingdom (Both Realms).svg
Britaniya monarxlarının siyahısı — burada İngiltərə, Şotlandiya, İrlandiya, Böyük BritaniyaBirləşmiş Krallığın və həmçinin Britaniya adalarında mövcud olan dövlətlərin monarxlarının siyahısı verilmişdir:

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Covid-19 San Salvatore 02.jpg