Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Petergof city coa.png
PeterhofRusiya ərazisində yerləşən şəhər. Peterhof, Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Fin körfəzinin cənub sahilində yerləşir. Sankt-Peterburqun qərbində, dəmir yolu ilə 29 km məsafədə yerləşən böyük və əhəmiyyətli bir turizm, elm və təhsil mərkəzidir.

Şəhərdə "Yeni Peterhof", "Köhnə Peterhof" və Oktyabr DY-nun və Baltik xəttinin "Universitet" stansiyaları yerləşir. Fin körfəzinin əsas liman şəhərlərindən biridir. Əhali sayı - 73,2 min nəfərdir (2010-cu ilin siyahıyaalmasına görə).

Peterhofun əsası 1710-cu ildə, imperatorun şəhərdənkənar iqamətgahı kimi qoyulmuşdur. Şəhər statusu 1762-ci ildə verilmişdir. Şəhərdə dünya memarlığının ən məşhur abidəsi, XVIII—XIX əsrlərə aid "Peterhof" muzey-qoruq kompleksi yerləşir. 2005-ci ildən şəhər "Naukoqrad" (yəni elm mərkəzi) statusunu əldə etmişdi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Coppa warren, 5-15 dc., 02.JPG
Vorren qədəhi — B.e.-nın 5-15-ci illərinə aid olan gümüş qədəhdir. Qədəh üzərində iki eynicinsli əlaqə səhnəsi təsvir edilmişdir. Qədəhin Yəhudi müharibəsi dövrünə aid olan və Fələstin ərazisindən aşkarlanmış dəfinədən əldə edilməsi güman olunur. Qədəh 1999-cu ildə Britaniya muzeyi tərəfindən 1.8 milyon funt-sterlinqə alınmışdır ki, bu da o zaman üçün muzeyin ən bahalı birdəfəlik alışıdır. Qədəh adətən Yuililər-Klavdilər sülaləsi dövrünə (b.e. I əsri) aid edilsə də, bu tarixləndirməyə şübhəylə yanşanlar da vardır.

Qədəh ilk müasir sahibi olan Edvard Perri Vorrenin adı ilə adlandırılmışdır. Vorren öz sənət kolleksiyası ilə məşhur olmuş, onun kolleksiyasına Rodenin "Öpüş" və Kranaxın "Adəm və Həvva" əsərləri də daxil olmuşdur. Vorren qədəhi Romada art-dilerdən 1911-ci ildə, £2,000 qiymətinə almışdır. Qədəh Romaya Yerusəlimdən gətirilmiş, orada isə Battir şəhəri ərazisindən (qədim Bethther) imperator Klavdinin sikkələri ilə birlikdə aşkarlandığı və ehtimal ki, Yəhudi müharibəsi dövründə basdırıldığı deyilmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Fullmetal123.jpg
Fullmetal Alchemist fəsillərinin siyahısıyapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Ruïne Casti Munt Sorn Gieri Waltensburg (actm) 17.jpg