Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Avqustun 5 günü (film, 2011).jpg
Avqustun 5 günüGürcüstanABŞ-ın birgə istehsalı olan 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi haqqında çəkilmiş bədii film. Gürcüstanda film "Haqq yolunda mübarizə" adı altında nümayiş etdirilmişdi və demək olar ki bütün KİV-də geniş şəkildə ictimaiyyətə təqdim olunmuşdu.

Gürcüstanın Diaspora işləri üzrə naziri Mirza Davitayanın bildirdiyinə görə, "qısa zaman içərisində heç bir filmə tamaşaçılar tərəfindən belə geniş maraq hələ olmamışdı". Gürcüstanın Diaspora işləri üzrə Dövlət Naziri Mirza Davitayanın bildirdiyinə görə, "qısa zaman içərisində heç bir filmə izləyicilər tərəfindən belə geniş maraq hələ olmamışdı". Onun sözlərinə görə, Google axtarış sisteminin verdiyi statistik məlumatlar onu göstərir ki, film, hələ Gürcüstan premyerasına 1 həftə qalmış artıq 134 min nəfəri maraqlandırmışdı. Filmə maraq əsasən Gürcüstan və Rusiya əhalisi göstərmişdi. Bundan başqa Gürcüstanda filmə maraq elə yüksək idi ki, hətta 2009-cu ildə vizyona girmiş "Avatar" filminin reytinqini də ötmüşdü.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Doqmit-lodinq-skrin.jpg
Doqmitpostapokaliptik mövzulu rol video oyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) video oyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa video oyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) video oyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də video oyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir.

"Black Isle Studios"un istehsal etdiyi və "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" video oyununda "Sığınacaq sakini" adlanan oyunçu personaj Doqmit ilə ilk dəfə Canktaun adlı bir şəhərdə qarşılaşır. Doqmitin keçmiş sahibi yerli qanqster Gizmo tərəfindən işə alınan cinayətkarlar tərəfindən öldürülən, Maks Rolatanskiyə yaxından bənzəyən adsız bir şəxs idi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Babur of India.jpg
Böyük Moğol imperiyası hökmdarlarının siyahısıBöyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir.

Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
2018 - Комплекс Києво-Печерської лаври.jpg