Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 178.127 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 178.127 məqalə mövcuddur.
Naxçıvan xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən əsası qoyulmuş Azərbaycan xanlığı. Zəngəzur kəndindən başlamış Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi.
Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənub-şərqdən İlanlıdağ, şimal-şərqdən Böyük və Kiçik Ağrı dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi. Heydərqulu xan 1763-cü ilə qədər hakimiyyətdə olmuşdur. Araşdırmalar göstərir ki, Naxçıvan xanlığı Qarabağ, Maku, Qaradağ, Gəncə və İrəvan xanlıqları ilə Heydərqulu xanın vaxtında yaxın dostluq münasibətləri yaratmışdı. Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən uğurlu dövr Şükurəli xanın dövrünə təsadüf edir. |
Heytəm Kenuey — "Assassin's Creed" video oyun seriyasında persona, seriyanın Amerika inqilabı dövrünü əhatə edən buraxılışlarında əsas personajlardan biri olan britaniyalı tampliyer. Heytəm "Assassin's Creed III" video oyununun ilk öncə protaqonisti, daha sonra isə antaqonisti olaraq təqdim edilir və "Assassin's Creed Rogue" video oyununda köməkçi personajdır. Onun keçmişinə daha sonra "Assassin's Creed: Forsaken" romanında toxunulur.
Usta assasin Edvard Kenueyin oğlu olan Heytəm atasının öldürülməsindən sonra "Tampliyer Ordeni"nə qoşulur, nəticədə Şimali Amerika kolonial mərasiminin böyük ustadı olur və qitədə tampilyerlərin dominantlığının əsasını qoyur. O, özünün də xəbəri olmadan Radunhageydu, digər adı ilə Konnorun atası olur. Konnor "Assasinlər Qardaşlığı"na qoşulur və öz atasını döyüşdə öldürür. |
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955-2017-ci illər ərzində 8 atom sualtı gəmisi batmışdır, bunlardan: 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq, 2 gəmi yanğın, 2 gəmi silahların partlaması səbəbindən batmış, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir. Gəminin zədə almamasına baxmayaraq, o, təhlükəsizlik baxımından batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil. |
- Lionel Messi ilə "Barselona" klubu yollarını ayırıb.
- İranın yeni seçilən prezidenti İbrahim Rəisi (şəkildə) səlahiyyətlərinin icrasına başlayıb.
- Türkiyənin 17 müxtəlif ilində baş verən meşə yanğınları 4 nəfərin ölümünə səbəb olub.
- Təxirə salınmış 2020 Yay Olimpiya Oyunlarının Tokioda açılış mərasimi keçirilib.
- 2032 Yay Olimpiya Oyunlarının Avstraliyanın Brisben şəhərində keçiriləcəyi açıqlanıb.
- Liverpul limanı ərazidəki müasir dəyişikliklərə görə UNESCO-nun Ümumdünya irsi siyahısından çıxarılıb.
- XIV əsrdə inşa olunmuş Cin məscidi adını Qurani Kərimdəki Cin surəsindən aldığı ehtimal edilir.
- 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş "La-Sota vağzalına qatarın gəlməsi" filmi cəmi 50 saniyə davam edir.
- 1933–1945-ci illərdə Adolf Hitlerin mühafizəsini təmin etmək üçün fəaliyyət göstərən təhlükəsizlik təşkilatı SS-in emblemdəki işarələr ildırımları simvolizə edir.
- "Latviya" (Lettia, Letthia, Leththia) sözünə ilk dəfə "Letiya" şəklində Henrix səlnamələrində (1209) rast gəlinmişdir.
- İngiltərənin paytaxtı London şəhərində yerləşən Viktoriya memorialı (şəkildə) Böyük Britaniyanın dəniz gücünü ifadə edir.
- Kanada azərbaycanlıları əsasən Kanadanın Ontario vilayətində yaşayırlar.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi