Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Van Eyck - Arnolfini Portrait.jpg
Arnolfini cütlüyünün portreti — məşhur flamand rəssamı Yan van Eyk tərəfindən təxminən 1434-cü ildə çəkilmiş erkən İntibah üslubunda olan rəsm əsəridir; o, Avropa incəsənət tarixində ilk məlum qoşa portret nümunəsi hesab edilir. Portret (81,8 × 59,7 sm) 1434-cü ildə Brügge şəhərində yaradılmışdır və 1842-ci ildən etibarən London milli qalereyasında saxlanılır (zal № 56, inv. № NG186).

Rəsm əsərində tacir Covanni di Nikolao Arnolfini və onun arvadının Brügge şəhərində yerləşən şəxsi mülkündə təsvir olunduqları güman edilir. Rəsm əsəri Şimal İntibahı dövrünə aid edilən flamand və holland incəsənət məktəblərinin ən qəliz interpretasiya olunan nümunəsi sayılır, tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr isə günümüzə qədər davam edir.

Gözəlliyi, ikonoqrafiya kompleksi, həndəsi ortoqonal perspektivi, mühitin əks etdirilməsi üçün güzgünün istifadəsi və əsərin bəzi tədqiqatçılar tərəfindən nigah müqaviləsinin rəsmiləşdirilməsini əks etdirməsinin qəbul edilməsi nəzərə alınmaqla, portret qərb incəsənətində ən original və mürəkkəb sənət nümunələrindən biri hesab edilir. Ernst Qombriçə görə “İtaliyada DonatelloMazaççonun əsərləri kimi, bu əsər də özünəməxsus yeni və inqilabçı xüsusiyyətə malikdir. (Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Afyonkarahisar.JPG
Abdullah BattalƏməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Battalın həyatı ilə bağlı tarixi faktlar azdır. Lakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Battal Qazi kimi həm ərəb, həm də sonrakı türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Shahriar.jpg
İran azərbaycanlılarının siyahısıİran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15 - 35 milyondur. Bu isə İran əhalisinin 18% - 50%-ni təşkil edir.

Azərbaycanlılar əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar, aborigen xalqdır və əhalinin əsas hissəsini təşkil edirlər. Ərdəbil, Urmiya, Təbriz, Zəncan ostanlarında əhalinin əsas hissəsidirlər.

Bütünlükdə isə farslardan sonra İranda yaşayan xalqlar içində sayca ən çoxdurlar.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Moscow Hotel National stairway asv2018-09.jpg