Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
Web of Spider-Man Vol 1 129-1.png
Hörümçək-adamMarvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker olan personaj kimi düşünülmüşdür.

Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Cey Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək.

(Davamı...)

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Operation Uranus.svg
Uran əməliyyatıİkinci dünya müharibəsi ərzində 19-23 noyabr tarixləri aralığında Sovet qoşunlarının 6-cı alman ordusu və 4-cü tank ordusu, həmçinin 3-cü və 4-cü rumın ordularına qarşı hücuma keçdiyi strateji əhəmiyyətli əməliyyat. Əməliyyat beş ay davam edən Stalinqrad döyüşünün ortasından etibarən başlanmışdır və məqsədi Stalinqradın içərisində və ətrafında yerləşən alman qoşunlarını məhv etməkdən ibarət idi.

Əməliyyatla əlaqədar planlar 1942-ci ilin sentyabr ayında hazırlanmağa başlanmışdır. Əsas olaraq Qafqazdakı alman qüvvələrini və Stalinqrada hücuma hazır vəziyyətdə olan B Ordular Qrupunu eyni vaxtda mühasirəyə almaq və məhv etmək planlanmışdı. Qırmızı Ordu alman qüvvələrini Stalinqrad daxilində güclü döyüşlərə cəlb etməyi bacarmışdı ki, bu da qarşı tərəfin gücünü zəiflətmiş və onu psixoloji olaraq sarsıtmışdı. Digər tərəfdən də müttəfiq qoşunların cinahlarının müdafiəsi zəif təchizatlı və çox geniş əraziyə yayılmış macar, rumın və italyan qoşunları tərəfindən qorunurdu.

(Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
Портрет Ягуб-бека с придворными. Альбом Мехмета Завоевателя.png
Ağqoyunlu hökmdarlarının siyahısıAğqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Küveytə və şərqdə PakistanƏfqanıstandan, qərbdə TürkiyəSuriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur.

1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur. 1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. (Davamı...)

HSCommons.svg
Günün seçilmiş şəkli
Malva moschata Mitterbach 02.jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Taj Mahal 2012.jpg
Datum12.svg
Tarixdə bu gün
12 iyul: San-Tome və Prinsipi və Kiribatidə müstəqillik
San-Tome və Prinsipi bayrağı
  • 1862 — Şərəf Medalına (Medal of honor) ABŞ konqresi tərəfindən səlahiyyət verilir.
  • 1920 — Rusiya-Litva sülh müqaviləsi imzalanmışdır. Rusiya Litvanın müstəqilliyini tanımışdır.
  • 1962 — The Rolling Stones qrupu Londonda konsert vermişdir.
  • 1967 — Nevark, Nyu-Cersidə Nevark iğtişaşları başlamışdır.
  • 1975 — San-Tome və Prinsipi Portuqaliyadan öz müstəqilliyini elan etmişdir.
  • 1979 — Kiribati adası Böyük Britaniyadan müstəqillik əldə etmişdi.
  • 2006 — Hizbullah insanlara düzgün vəd əməliyyatının başladığını bildirmişdir.
  • Digər günlər: 11 iyul12 iyul13 iyul

    PL Wiki CzyWiesz ikona.svg
    Bilirsinizmi...
    Vikipediya məqalələrindən
    Tik-Tok personajı