Ana Səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 159.902 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 159.902 məqalə mövcuddur.
Azərbaycanın İstiqlal Bəyannaməsi — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. |
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstüdür. Büstün e.ə. 1345-ci ildə heykəltəraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi.
Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hal-hazırda II Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir. Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi. Nefertitinin özü də bir simvola çevrildi. Nefertiti həm gözəlliyi, həm də bacarıqlı olması ilə tanınır. |
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı — Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.
Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. |
- Hindistan iki aydan sonra məhdudiyyətlərin tədricən azaldılmasına qərar verdikdən sonra bazar ertəsi ölkə daxilində uçuşlar bərpa edilib.
- Yaponiyanın baş naziri Şinzo Abe ölkə boyu koronavirusa yoluxma halları azaldığına görə bazar ertəsi fövqəladə vəziyyət rejiminin qaldırıldığını bildirib. Lakin o, virusun yenidən yayılmağa başladığı halda bunun yenidən həyata keçiriləcəyi barədə xəbərdarlıq edib.
- Avropa İttifaqına üzv olan 27 ölkənin səfirləri Belarus vətəndaşlarının blokun ərazisinə girişini asanlaşdıracaq və ucuzlaşdıracaq iki razılaşmanı qəbul ediblər.
- Yunanıstan COVID-19 pandemiyası səbəbilə tətbiq olunan məhdudiyyətləri yumşaltmağa başlayıb və nəticədə 500 çimərliyi ictimaiyyətə açıb.
- Dağıstanın baş səhiyyə rəsmisi 40-dan çox həkimin ya koronavirus, ya da pnevmoniya nəticəsində öldüyünü bildirib.
- Daşkənd Televiziya Qülləsi 1985-ci ildən 1991-ci ilədək dünyanın üçüncü ən hündür qülləsi ünvanını daşımışıdır.
- XVI əsrdə yaradılmış Belarus ərəb əlifbasından litva tatarları tərəfindən istifadə olunurdu. Onlar Böyük Litva knyazlığının hissəsi olan Belarus ərazisində yaşayırdılar.
- Şimali Afrika uğrunda gedən döyuşlərdə Üçüncü Reyx ordusuna rəhbərlik etmiş Ervin Rommel daha çox səhra tülküsü təxəllüsü ilə tanınmışdır.
- Müəyyən vaxt ərzində üfüq düşən düz günəş radiasiyası və ya ümumi günəş radiasiyası İnsolyasiya adlanır.
- Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi (şəkildə) tablosu I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmişdir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad mətn kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi