Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
Center of Bel.jpg
PalmiraSuriyanın Hims mühafazası ərazisində yerləşən qədim semit şəhəridir. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir.

Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi.

Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır.

(Davamı...)

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Семья Газдиевых у тела умершей дочери (Казахстан).jpg
Osetin-inquş münaqişəsi31 oktyabr4 noyabr 1992-ci il tarixlərində silahlı toqquşmalara səbəb olan Şimali Osetiyanın (Rusiya Federasiyası) Priqorodnı rayonu ərazisində osetininquş xalqlarının çox sayda qurbanlarına səbəb olan etno-siyasi qarşıdurma. Münaqişənin dərin siyasi və etnik kökləri vardır.

Hər iki xalq həm osetinlər, həm də inquşlar bir — birlərini bu ərazilərə gəlmə hesab edir və Vladiqafqaz şəhərini və ətrafını öz doğma torpaqları sayırdılar.

Çar Rusiyası tərəfindən bölgənin işğalına qədər hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır. Çar höküməti bölgəni ələ keçirdikdən sonra inquşlarla müqayisədə xristian dininə malik olan osetinlərə daha geniş hüquqlar tanımışdı. Nəticədə inquşlar malik olduqları torpaqların bir hissəsindən məhrum oldular.

(Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
Norske nobelinstiutt 1.jpg
Sülh üzrə Nobel mükafatı laureatlarının siyahısıSülh üzrə Nobel mükafatı hər il Norveç Nobel Komitəsi tərəfindən "millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi və ya azaldılması və sülh qurultaylarının keçirilməsi və təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə" təqdim edilir. Nobelin vəsiyyətinə əsasən, mükafat Norveç Nobel Komitəsi tərəfindən idarə olunur və Norveç Parlamenti tərəfindən seçilmiş beş nəfərdən ibarət komitə tərəfindən verilir.

Hər laureatbir bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. Bu mükafat kimya, fizika, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahələrində insanlığa əlamətdar töhfələr verənlərə təqdim edilən Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir.


HSCommons.svg
Günün seçilmiş şəkli
Ploceus velatus beak open.jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Novel Coronavirus SARS-CoV-2.jpg
Datum23.svg
Tarixdə bu gün
Mişel Platini
  • 1040SəlcuqlularQəznəlilər arasında Dəndənəkan döyüşü baş verdi.
  • 1568Niderland İspaniyadan müstəqilliyini elan etdi.
  • 1846Meksika-ABŞ müharibəsi: Meksika prezidenti Amerikaya müharibə elan etdi.
  • 1949Almaniya Federativ Respublikası quruldu.
  • 1960İsrail Xolokostun əsas təşkilatçılarından saydığı Adolf Eyxmanın Argentinadan oğurlanaraq ölkəyə gətirildiyini elan etdi.
  • 1988Mişel Platini futbol karyerasını başa vurdu.
  • 1992Java proqramlaşdırma dilinin ilk versiyası buraxıldı.
  • 2006Egey dənizi üzərində TürkiyəYunanıstanın F-16 təyyarələrinin toqquşması nəticəsində yunan pilot həlak oldu.
  • Digər günlər: 22 may23 may24 may

    PL Wiki CzyWiesz ikona.svg
    Bilirsinizmi...
    Vikipediya məqalələrindən
    Flag of Canada.svg