Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
Əqdnamə.png
Azərbaycanın İstiqlal Bəyannaməsi1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.

Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır.

(Davamı...)

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Nofretete Neues Museum.jpg
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstüdür. Büstün e.ə. 1345-ci ildə heykəltəraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi.

Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hal-hazırda II Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir.

Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi. Nefertitinin özü də bir simvola çevrildi. Nefertiti həm gözəlliyi, həm də bacarıqlı olması ilə tanınır.


(Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
AlfredNobel adjusted.jpg
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısıFiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.

Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.


HSCommons.svg
Günün seçilmiş şəkli
Camp - Notes on Fashion at the Met - Burberry rainbow cape (73854).jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Novel Coronavirus SARS-CoV-2.jpg
  • Hindistan iki aydan sonra məhdudiyyətlərin tədricən azaldılmasına qərar verdikdən sonra bazar ertəsi ölkə daxilində uçuşlar bərpa edilib.
  • Yaponiyanın baş naziri Şinzo Abe ölkə boyu koronavirusa yoluxma halları azaldığına görə bazar ertəsi fövqəladə vəziyyət rejiminin qaldırıldığını bildirib. Lakin o, virusun yenidən yayılmağa başladığı halda bunun yenidən həyata keçiriləcəyi barədə xəbərdarlıq edib.
  • Avropa İttifaqına üzv olan 27 ölkənin səfirləri Belarus vətəndaşlarının blokun ərazisinə girişini asanlaşdıracaq və ucuzlaşdıracaq iki razılaşmanı qəbul ediblər.
  • Yunanıstan COVID-19 pandemiyası səbəbilə tətbiq olunan məhdudiyyətləri yumşaltmağa başlayıb və nəticədə 500 çimərliyi ictimaiyyətə açıb.
  • Dağıstanın baş səhiyyə rəsmisi 40-dan çox həkimin ya koronavirus, ya da pnevmoniya nəticəsində öldüyünü bildirib.


Datum26.svg
Tarixdə bu gün
26 may: Orta Şərqdə ilk neft yatağı, Eyfel qülləsində lift
Edred
  • 451Sasanilərlə Qafqaz xalqlarının birləşmiş ordusu arasında Xalxal döyüşü baş verib.
  • 946Edred İngiltərənin şahı elan olunur
  • 1889 — Eyfel qülləsində ilk lift istifadəyə verilmişdir.
  • 1896Rusiyanın son çarı II Nikolay taxta çıxıb.
  • 1908İranın Məscid Süleyman (مسجد سليمان) şəhərində Orta Şərqdə ilk neft yatağı aşkar edilib.
  • 1918Gürcüstan Demokratik Respublikası qurulub.
  • 1993Azərbaycan Respublikası Madaqaskar ilə diplomatik əlaqələr qurmuşdur.
  • 2006 — İndoneziyada zəlzələ nəticəsində 5700 nəfər ölmüş, 200 min nəfər isə öz evlərindən ayrı düşmüşlər.
  • Digər günlər: 25 may26 may27 may

    PL Wiki CzyWiesz ikona.svg
    Bilirsinizmi...
    Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi